Bu sahədə çalışanlara ŞAD XƏBƏR MAAŞ ARTACAQ
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Kitabxana sahəsində çalışan əməkdaşların əməkhaqqı şərtlərinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biri kimi diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, kredit.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə bildirib. Nazir qeyd edib ki, keyfiyyətli xidmətin təmin olunması üçün ilk növbədə kitabxana işçilərinin əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli maaşla təmin edilməsi vacibdir.
Onun sözlərinə görə, bu istiqamətdə artıq konkret işlər aparılır və model hazırlanıb. Kitabxana sistemində optimallaşdırma nəticəsində yaranacaq qənaət və resursların yenidən sahəyə yönəldilməsi, o cümlədən əməkhaqqının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Baxış sayı:99
Bu xəbər 10 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















