Icma.az
close
up
RU
Turizm üçün ikinci postpandemiya dövrü?

Turizm üçün ikinci postpandemiya dövrü?

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın Şərqdəki gərginlik turizm sektoruna də təsirsiz ötüşməyib. Bahalıq və təhlükəsizliklə bağlı narahatlıqlar bir çoxlarını səyahət planlarını dəyişməyə vadar edə bilər. Rəy sorğuları avropalıların daxili turizmə üstünlük verəcəyini göstərir. Bu da dünya üçün birinci hal deyil. Postpandemiya dövründə də ilk yay mövsümündə hava yolları açıq olsa da, insanlar vətəndə istirahət etməyə üstünlük verirdilər.

Avtosfer.az xəbər verir ki, avropalılar yay tətili üçün Asiya, Afrika və Yaxın Şərq əvəzinə daha yaxın məkanları seçə bilərlər. Yaxın Şərqdəki münaqişə biletn qiymətləri və səyahət zamanı çətinliklərlə bağlı narahatlığı artırıb. Ötən ay əksər Avropa ölkələrində xaricə səhayət paketlərinın satışında azalma müşahidə olunub.

Fransada aparılmış rəy sorğusunun nəticələrinə görə, istirahət planlaşdıranların 71%-i yayı ölkə daxilində keçirəcək. Respondentlərin cəmi 9%-i istirahətini Fransadan kənarda keçirməyi planlaşdırır. İrana qarşı hərbi əməliyyatlar başlayandan uzaq məsafələrə biletlər 100 avrodan çox bahalaşıb. Yaxın Şərqdə gedən proseslər Avropaya turist axınına da təsir edə bilər. 

Turizmçilərin əksinə olaraq,  Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası müharibə başlayandan insanların səyahət vərdişlərini dəyişməsinə dair məlumatların olmadığını bildirir. Assosiasiyanın prezidenti Vilyam Volş deyir: “Bu günədək insanların səyahət vərdişlərini dəyişdirdiyinə dair heç bir dəlil görməmişik. Səyahətə tələbat güclü olaraq qalır. Düşünürəm ki, insanların davranışlarını dəyişəcəklərini demək üçün hələ tezdir. Keçən həftə Dubay aeroportundan uçdum. Hava limanı işləyirdi, təyyarələr dolu idi”.  

Qurum rəhbəri yaxın həftələrdə başlayacaq yay turizm mövsümü üçün də nikbin fikir söyləyir: “Avropada yay dövründə turizmin güclü olacağını gözləyirik. Bilet qiymətlərinin bir az yüksək olacağı və tələbatın azala biləcəyi ilə bağlı bəzi narahatlıqlar ola bilər. Hələlik buna dair heç bir ciddi dəlil yoxdur”.

Qeyd edək ki, belə bir fenomen koronavirus pandemiyasından sonra müşahidə olunmuşdu. O zaman Avropada quru və hava yoları açıq olsa da, insanlar ölkədən çıxmağa risk etmirdilər.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 May 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri