“Türk axını” ilə Avropaya qaz ixracı artdı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın “Türk axını” sualtı boru kəməri vasitəsilə Avropaya qaz ixracı yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Rusiyanın enerji nəhəngi olan “Qazprom” şirkəti yanvar ayında “Türk axını” sualtı boru kəməri vasitəsilə Avropaya təbii qaz tədarükünün orta gündəlik həcmini yeni bir cədvələ salıb. Yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artım olub.
Ukraynanın 2025-ci ilin yanvarında başa çatan Moskva ilə beş illik tranzit müqaviləsini uzatmamaq qərarından sonra Türkiyə Rusiya qazının Avropaya daşınması üçün yeganə tranzit yolu olaraq qalır.
Yanvar ayında Rusiya qazının “Türk axını” vasitəsilə Avropaya nəqli ötən ilin eyni dövründəki 1,57 milyard kubmetrə qarşı 1,73 milyard kubmetr təşkil edib”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2025-ci ildə “Qazprom”un Avropaya qaz ixracı Ukrayna marşrutunun bağlanmasından sonra 44% azalaraq 1970-ci illərin ortalarından bəri ən aşağı səviyyəyə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 Fevral 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















