Icma.az
close
up
RU
Türk birliyi dədə babalarımızın tarixi arzusudur

Türk birliyi dədə babalarımızın tarixi arzusudur

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə cənab Prezidentimiz İlham Əliyevin nitqində həm ikitərəfli Azərbaycan-Macarıstan, həm də çoxtərəfli əsasda Azərbaycan-TDT münasibətlərinə, təşkilatın bu gününə və gələcəyinə, dövlətimizin verdiyi töhfələrə dair prinsipial məsələlər vurğulanıb.

Azərbaycan və Macarıstan arasında əməkdaşlığın inkişafında şəxsiyyət amili, ölkə rəhbərlərinin münasibəti, qarşılıqlı səfərləri mühüm rol oynayır. Dövlət başçımızın Macarıstana 6, Baş nazir Viktor Orbanın isə Azərbaycana 7 səfəri zamanı münasibətlərin hüquq-müqavilə əsasını möhkəmləndirən və inkişaf yollarını müəyyənləşdirən sənədlər imzalanıb. Hər iki ölkə etibarlı strateji tərəfdaşdır.

Nitqdə Macarıstanın müstəqil siyasət aparan ölkə olmasında və beynəlxalq nüfuzunun artmasında Baş nazir Viktor Orbanını şəxsi rolunun qeyd edilməsi təkcə xarici siyasət deyil, eyni zamanda dost, qardaş ölkənin daxili məsələlərinin həlli baxımından da əhəmiyyətlidir.

Dövlət başçımızın nitqində Azərbaycanın çoxtərəfli əsasda TDT ilə əməkdaşlığının vurğulanması da əhəmiyyətlidir. İndiyədək Azərbaycanın təşkilata üzv olan ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması təkcə maraqların deyil, eyni zamanda qardaşlığın təzahürüdür. Rəsmi olaraq fəaliyyətə başlayacaq Türk İnvestisiya Fondu üzv dövlətlərin gücünü artıracaq, bir sıra məsələlərin birgə səylərlə operativ həllinə imkan verəcəkdir. Ən vacib məsələlərdən biri olan türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirməkdən ötrü avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulması əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu göstərir. Görülən işlər nəticəsində açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib, beynəlxalq əhəmiyyəti artıb, mövqeləri möhkəmlənib. Orta Dəhlizin bir parçası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artması, Azərbaycanın Xəzər dənizindəki 50-dən çox ticarət gəmisinin türk dövlətlərinə tranzit xidməti göstərməsi, Ələt Beynəlxalq Ticarət Limanının yükdaşıma qabiliyyətinin artması, səkkiz beynəlxalq hava limanı, yaxınlarda istifadəyə veriləcək 9-cu hava limanı ölkələrimizin əməkdaşlığında vacib yer tutur.

TDT-nin qeyri-rəsmi Budapeşt Zirvə toplantısının keçirilməsi, orada ölkə başçımızın nitqi təşkilatın böyük perspektivlərinin olduğunu göstərir.

Türk birliyi dədə-babalarımızın tarixi arzusu və müasir mürəkkəb bir dövrdə zamanın tələbidir. Allah birliyimizi qorusun!

Musa QASIMLI,

Milli Məclis sədrinin müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri