Icma.az
close
up
RU
Türk birliyi Rusiyanın qorxulu yuxusudur Ekspert

Türk birliyi Rusiyanın qorxulu yuxusudur Ekspert

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Türk birliyi ideyası Moskvanı birmənalı olaraq narahat edir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) sürətlə güclənməsindən narahat olmasını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, TDT Rusiyanın ən qorxulu yuxusudur: 

"Rusiya XİN rəhbəri Sergey Lavrov həmin qurum yaranarkən söhbətin mədəni, mənəvi, iqtisadi əlaqələrdən getdiyi halda onun bir o qədər də problem olmadığı, ancaq hərbi-siyasi birlikdən söhbət gedərsə, məsələni türk dövlətlərilə müzakirə etməli olacaqlarını bəyan edib. Hətta o, açıq şəkildə bildirmişdi ki, TDT yaransa, Rusiya da ora daxil olacaq. Yəni hər fürsətdən istifadə edib çalışırlar ki, belə bir quruma əngəl olsunlar. Bu da onu göstərir ki, məsələ ciddi şəkildə Rusiyanı narahat edir. TDT keyfiyyətli əhali sayına görə ciddi bir güc mərkəzidir. Burada söhbət 4,5 milyon kvadratmetr ərazi və 160 milyonluq əhali potensialından gedir. Həmin ərazi iqtisadi, nəqliyat və loqistika baxımdan da zəngindir. İstehsal gücü və satış bazarı baxımından da böyük bir meydandır".


Ekspert vurğulayıb ki, TDT həmçinin Rusiyanın imperiya maraqlarının qarşısını alır:

"Rusiyanı həmçinin, TDT-nin müdafiə qüdrətinin artmasından əndişələnir. Moskva bölgənin iqtisadi resursları və geosiyasi imkanlarına da sahib olmağa  çalışır. Ona görə də TDT Moskvanı qane  etmir".

Həmsöhbətimiz qeyd edir ki, Ukrayna müharibəsinə başının qarışması Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya tam olaraq fokuslanmasına imkan vermir:

"Bu müharibə TDT-də inteqrasiyanın sürətlənməsinə Rusiyanın maneə olmasını sözsüz ki, bir qədər əngəllədi. TDT bir sıra sahələr üzrə əməkdaşlıq edir. Qurumun vahid investisiya fondu mövcuddur. Dil, mədəni, hərbi sahədə  münasibətlər də yüksək səviyyədə inkişaf edir. Qərb gücləri və Rusiya artıq fərqindədir ki, TDT-də əsas aktor olaraq Türkiyə və Azərbaycanın iradəsi ortadadır. Ona görə də yaranmış vəziyyət geosiyasi gücləri düşündürür. Bir sözlə, nə Qərb, nə də Rusiya bölgəni heç cürə sakit buraxmaq istəmir. Çünki bölgəmiz dünyanın ürəyinin məhvərinin əsas açar coğrafiyasıdır".

Ekspert gözləyir ki, Rusiya-Ukrayna müharibəsinin bitməsilə bölgəmizdə də maraqlar toqquşması daha da güclənəcək:

"Rusiya tərəfindən fərqli-fərqli vaxtlarda həm Mərkəzi Asiya, həm də Cənubi Qafqazla bağlı aşağılayıcı ifadələr, təhdidləri eşidirik. Moskvada düşünürlər ki, həmin bölgə ölkələri özlərinin xarici siyasətini Rusiya ilə koordinasiya etməlidir. MDB də məhz bu məqsədlə yaradılıb. Rusiya bununla ortaya neoimperalist doktrinasını qoyur ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa, Baltik ölkələrinin işğalı da bu doktrinaya daxildir. Yəni Rusiya hələ də imperalist arzularla yaşayır. Ukrayna müharibəsilə Rusiya tam gücdən salınmasa, bu ölkə köhnə vərdişlərini yenidən sürdürəcək".

Qeyd edək ki, rusiyalı türkofob politoloq Mixail Aleksandrov erməni mediasına müsahibəsində deyib Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyi yaratmasının qəbuledilməz olduğunu bildirib. O, etiraf edib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: "Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək".

O, həmçinin Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazalarının əhəmiyyətinə baxmayaraq, Ermənistandakı bazanın daha vacib olduğunu vurğulayıb. Bu sayaq açıqlamalar, habelə bəzi Rusiya rəsmilərinin Türk Dövlətləti Təşkilatının güclənməsindən narahat olması onu göstərir ki, belə vəziyyət Moskvada ciddi təlaş yaradıb. İndilikdə diqqətin Ukrayna məsələsinə yönəlməsi səbəbindən Rusiya digər regiolara o qədər də diqqət ayıra bilmir. Amma aydın məsələdir ki, Ukrayna müharibəsindən qalib çıxacağı təqdirdə, Kremlin postsovet məkanında aqressivliyi daha da artacaq və bu fonda Rusiya sözügedən məkanda kənar güclərin olmasına indiki qədər sakit yanaşmayacaq. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri