Icma.az
close
up
RU
Türk dünyası yenidən dirçəliş dövrünə qədəm qoyur MÖVQE BİLDİRİLDİ

Türk dünyası yenidən dirçəliş dövrünə qədəm qoyur MÖVQE BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mərkəzi Asiya dünyanın elə bir regionudur ki, bu bölgə uğrunda geosiyasi mübarizə tarixən daim mövcud olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, Türk dövlətlərinin zəifləməsindən sonra Rus imperiyası regionu öz əsarəti altına alaraq burada əsas söz sahibinə çevrilmişdir: "Sovet İttifaqının dağılması ilə yenidən müstəqilliyini qazanan türk respublikaları — Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan — bu dəfə şərqdən Çin, qərbdən Avropa dövlətləri, şimaldan isə Rusiya kimi nəhəng güclərin maraq dairəsinə düşmüşdür. Rusiya MDB, KTMT və Avrasiya İttifaqı kimi qurumlar vasitəsilə bölgədəki təsirini qorumağa çalışır. Beləliklə, Mərkəzi Asiya yenidən böyük dövlətlərin geosiyasi mübarizə meydanına çevrilmişdir.

Son illərdə isə Türk Dövlətləri Təşkilatının fəaliyyəti nəticəsində Mərkəzi Asiya respublikaları, Türkiyə və Azərbaycan ilə birlikdə türklüyün yeni dirçəliş dövrünə qədəm qoymuşdur. Bununla belə, qeyd olunan səbəblərdən irəli gələrək, dünya güclərinin region uğrunda mübarizəsi bu gün də davam edir. Bu mübarizənin əsas səbəblərindən biri Mərkəzi Asiyanın tarixi İpək Yolu üzərində, yəni mühüm nəqliyyat və logistika qovşağında yerləşməsidir. Eyni zamanda, bölgənin zəngin karbohidrogen ehtiyatlarına malik olması da böyük dövlətlərin diqqətini cəlb edir.

Bütün bunlara baxmayaraq, Mərkəzi Asiyanın türk respublikaları getdikcə daxili imkanları hesabına suverenliklərini möhkəmləndirir, iqtisadi potensiallarını artırır və daha balanslaşdırılmış siyasət yürütməyə çalışırlar. Xüsusilə Qazaxıstan və Özbəkistan regionda söz sahibi olmaqla yanaşı, digər dövlətlərlə əməkdaşlıq edərkən yaxın tərəfdaşları — Azərbaycan və Türkiyə ilə sıx əlaqələr saxlayırlar. Türk Dövlətləri Təşkilatının fəaliyyəti Mərkəzi Asiyanı qlobal geosiyasi qarşıdurmanın mərkəzinə çevirmək məqsədi daşımır. Əksinə, bu təşkilat Türk birliyinin regionda yeni siyasi güc kimi formalaşmasına şərait yaradır. Bu baxımdan, Azərbaycan və Türkiyə dövlət başçılarının Mərkəzi Asiya ölkələri ilə davamlı dialoqu, iqtisadi və siyasi əməkdaşlıqların inkişafı region dövlətlərinin digər güclərin təsirindən asılı olmadan müstəqil qərarlar qəbul etməsinə mühüm töhfə verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri