Icma.az
close
up
RU
Türk Birliyi və Zəfər Tarixi: 44 gün Qarabağda adlı konfrans keçirilib FOTO

Türk Birliyi və Zəfər Tarixi: 44 gün Qarabağda adlı konfrans keçirilib FOTO

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ərzincan Binali Yıldırım Universitetinin ev sahibliyi ilə “44 gün Vətən müharibəsi”nin Zəfər tarixinin 5-ci il dönümü qeyd edilib. 

Sherg.az xəbər verir ki, konfransa Erzincan Binəli Yıldırım Universitetinin rektoru professor Akın Ləvəntin dəvəti ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi,  ehtiyatda olan Polkovnik Eldəniz Namazov və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos İlhamə Qəsəbova məruzəçi qonaq qismində qatılıblar. “Türk Birliyi və Zəfər Tarixi: Qarabağda 44 Gün” adlı konfransda Prof. Dr. Erdoğan Büyükkasap Konqres və Mədəniyyət Mərkəzində baş tutub. Konfransda Ərzincan Bələdiyyə Başçısı Bekir Aksun, 3-cü Ordu Komandanı vəzifəsini icra edən general-mayor Mehmet Zeki Eren, Erzincan Binəli Yıldırım Universitetinin rektoru Prof. Dr. Akın Levent, Ərzincan valisinin müavini Nurullah Kaya, universitetin rektor müavinləri Prof. Dr. A. Ercan Ekinci, Prof. Dr. Adem Başıbüyük və Prof. Dr. Çağrı Çırak, şəhər protokolu, akademik və inzibati heyət, tələbələr və çoxsaylı qonaqlar iştirak ediblər.

Konfransın açılışında Ulu Öndər Mustafa Kamal Atatürkün, Ulu Öndər Heydər Əliyevin və Türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sukutla yad edilib və hər iki qardaş ölkənin dövlət himni səsləndirilib. 

Çıxış etmək üçün kürsüyə dəvət olunan professor Dr. Ali Kafkasyalı, slayd təqdimatı ilə Erməni və Qarabağ məsələsinin tarixi əsaslarından danışaraq Qafqaz bölgəsinin strateji əhəmiyyətinə diqqət çəkdi. Kafkasyalı, Zəhtabinin “Tarixi”, Bəhadir xanın “Şəcərəyi-Türk” əsəri və fransız tarixçi Brossetin “Gürcüstan tarixi” adlı mənbələrindən nümunələr gətirərək, Qafqazın ən qədim türk yurdlarından biri olduğunu vurğulayıb.

Ehtiyatda olan Polkovnik Eldəniz Namazov 44 günlük müharibə prosesindən danışaraq qeyd edib ki, Zəfər bir gündə qazanılmadı. Zəfər minlərlə gəncin, anaların duası, xalqın birliyi və qardaş dəstəyinin nəticəsi idi. Və bu zəfəri qorumağın yeganə yolu -o ruhu yaşatmaqdır.

Torpaq ancaq üzərində azad insanlar yaşadıqda Vətəndir. Qardaşlıq ancaq çətin gündə sınandıqda həqiqi olur. Biz bu sınaqlardan alnıaçıq çıxdıq.Və bu gün buradan bir zabit kimi deyil, bir Türk oğlu kimi deyirəm: Biz gələcəyə birliklə gedəcəyik, çünki Türkün gücü birliyindədir, Türkün şərəfi Zəfərindədir!

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova sonda çıxış edərək qeyd edib ki: Bu gün biz tariximizin ən şanlı səhifələrindən birini- 44 günlük Vətən müharibəsini böyük qürur və iftixar hissi ilə xatırlayırıq. Bu müharibə yalnız torpaqlarımızın azadlığı uğrunda deyil, həm də milli ruhumuzun, birliyimizin və yenilməz iradəmizin təntənəsi idi.

Sonda plaketlər təqdim edilib.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri