Icma.az
close
up
RU
Türk Dövlətləri Beynəlxalq Universitetinin yaradılması Türk dövlətlərinin birliyi naminə önəmli layihədir

Türk Dövlətləri Beynəlxalq Universitetinin yaradılması Türk dövlətlərinin birliyi naminə önəmli layihədir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq. Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İKT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türk dünyasının birliyi, Türk dünyasının elmi-mədəni yaxınlığı təhsil sahəsində yaxınlaşmanı həyata keçirmək üçün çox vacib bir qərardır.

İlqar Orucov

“Türk Dövlətləri Akademiyasının yaradılması təşəbbüsü də irəli sürülmüşdü. Artıq bu akademiya fəaliyyət göstərir. Türk Dünyası Azərbaycan prezidentinin qeyd etdiyi kimi Azərbaycanın seçdiyi yeganə birlikdir. Dövlət siyasətində Türk Dünyası Birliyi və bu birliyi şərtləndirən parametrlər üzrə iqtisadi, siyasi, mədəni, elmi, təhsil, humanitar sahədə yaxınlıq və əlaqələri gücləndirmək müstəvisindən əməli fəaliyyəti özündə birləşdirir. Bunlardan biri də Türk Dövlətləri Beynəlxalq Universitetinin yaradılmasıdır. Türk dövlətlərinin birliyi naminə bu kimi fəaliyyətlər çox mühim əhəmiyyət kəsb edir.

Türk Dövlətləri Beynəlxalq Univerisitetinin yaradılması və burada müasir dövrün əmək bazarınıln tələbləri çərçivəsində çox vacib ixtsaslar üzər kadr hazırlığının həyata keçirilməsi çox əhəmiyyətlidir. Bu universitetin yaradılması naminə Azərbaycan tərəfi də məhz cənab prezidentin çağırışından irəli gələrək, bütün səylərini səfərbər edəcək. Ümumiyyətlə, bu universitet Türk dünyasının güclənməsinə bu birliyin əbədi olmasına, bu birliyin həm də əsaslarının formalaşmasına kömək edəcək”-deyən İlqar Orucov hesab edir ki, universitet təkcə kadr hazılığı ilə məşğul olmayacaq və eyni zamanda elmin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılacaq, eyni zamanda universitet bu birliyin beyin mərkəzi rolunu oynayacaq.

İlqar Orucovun fikrincə, universitetin qarşısında kifayət qədər böyük hədəflər var. Ekspert hesab edir ki, universitet Türk Dünyası Birliyinin bünövrəsini gücləndirəcək, elmə və texnologiyaya söykənmiş birlik daha güclü, daha perspektivli olmalıdır.

“Elmi əsaslı görülən işlər daha dayanıqlı olur. Bu baxımdan bu universiteti görəcəyi işlər çox olacaq. Kadr hazırlığı bir nömrəli vəzifədir. Eyni zamanda universitet bizim birliyimizin davamlı olması üçün əsaslar hazırlayacaq, müasir elmi baxışlar ortaya qoyacaq. Türk dövlətlərindən olan alimlər burada bir araya gəlcək. Gələcəyi müəyyənləşdirən beyinlər formalaşacaq. Universitet beyin mərkəzi olaraq, eyni zamanda Türk Dünyası Birliyi naminə tədqiqatlar aparacaq, öz töhfəsini verəcək.

İxtisaslara nəzər salmışam. Kifayət qədər böyük kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. Mühəndislik, tikinti, logistika, informasiya və kommunikasiya texnologiyaları, proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyya və sosial sahədə kadr hazırlığı universitetin fəaliyyətinin çoxsaylı profilə malik olmasından xəbər verir”-deyən İlqar Orucov vurğulayıb ki, universitetdə həyata keçirilən kadr hazırlığı bu birliyin möhkəmlənməsi üçün çox vacibdir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri