Icma.az
close
up
RU
“Türk dövlətləri əməkdaşlığı daha da gücləndirməlidir” Burhanəddin Duran

“Türk dövlətləri əməkdaşlığı daha da gücləndirməlidir” Burhanəddin Duran

Icma.az bildirir, 525.az portalına istinadən.

"Beynəlxalq sistem getdikcə dəyişən və mürəkkəbləşən şərtlər, ticarət, kövrək təchizat zəncirləri, enerji və təbii ehtiyatların təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, nizamsız miqrasiya, kibertəhdidlər və dezinformasiya kimi çoxşaxəli sınaqlarla üz-üzədir. Belə bir şəraitdə Türk dünyasının ortaq şəkildə hərəkət etməsi zəruridir”.

525.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri, professor Dr. Burhanəddin Duran Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclasında video müraciətində deyib.

O bildirib ki, qarşılaşdığımız şərtlər aramızdakı həmrəyliyi daha möhkəm səviyyəyə çatdırmaq üçün səylərimizi artırmağı vacib edir.

“Türk Dövlətləri Təşkilatı bu baxımdan regional dayanıqlılığı artıran, iqtisadi inkişafı dəstəkləyən, beynəlxalq əməkdaşlığa açıq bir vizyon daşıyır. Xəzər və müxtəlif marşrutlar üzrə enerji və nəqliyyat sahəsində əməkdaşlıq, ticarət əlaqələri, rəqəmsal iqtisadiyyat, süni intellekt, təbii fəlakətlər və fövqəladə hallara hazırlıq da daxil olmaqla bir çox sahədə yaratdığımız tərəfdaşlıqlar Türk dünyasının malik olduğu böyük potensialı ortaya qoyur”, - o bildurib.

Əlavə edib ki, bu prosesdə dezinformasiya məsələsi bizim üçün mühüm əhəmiyyət daşıyır;

 “Dezinformasiya yerli və beynəlxalq səviyyədə məsuliyyətli yanaşma tələb edir. Bu səbəbdən Türk dövlətləri olaraq gələcəklə bağlı əməkdaşlığımızı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, tərəfdaşlıqların inkişafını və xüsusilə maarifləndirmə və kommunikasiya imkanlarımızı gücləndirməliyik. Türk Dövlətləri Təşkilatı Zirvəsi bu ortaq gücün inkişafında yeni bir dönüş nöqtəsi olacaqdır. Bizlər Türk dünyasının ortaq mənafelərini nəzərə alarkən, regional və qlobal problemlərə qarşı ortaq bir anlayışa sahib olmalıyıq”.

Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvəsinə toxunan Duran deyib ki, biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri