Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

IV MƏQALƏ

Qlobal “fırtınalar” dönəmi

İndi demək olar ki, hər kəs bir qədər qəribə və şişirdilmiş görünən “qlobal fırtınalar” və buna bənzər ifadələri müasir dünyanın “geosiyasi nəbzi” kimi qəbul edir. Dünyanın elə bir regionu yoxdur ki, öncəki dövrlərə nisbətən, doğrudan da fırtına kimi görünməsin. Bunu artıq insan psixologiyası müasir dövrün standart mənzərəsi kimi təsəvvür edir. Türk cəmiyyətləri və Türk Dövlətləri Təşkilatı (TDT) Avrasiyada bu dinamikanın tam ortasındadır.

Birincisi, ona görə ki, türk xalqlarının dövlətləri az deyildir. Onlar coğrafi olaraq vahid məkanda yerləşirlər. Yaxın Şərqdən və Balkanlardan başlamış Uzaq Şərqə qədər çox geniş coğrafiyada mövcuddurlar və həm də həmin ərazi geosiyasi məkan olaraq qiymətləndirilir. Avrasiyada bu sayda və coğrafi sərhədləri geniş olan ikinci etnos yoxdur. Bunu inkar edənlər belə özlərinə inanmırlar. Bu qitədə hansı istiqamətə baxsan türk dövlətçiliyinin, mədəniyyətinin, həyat tərzinin, sosiallığının izini görəcəksən. Təəssüf ki, bu gerçəkliyi ədalətliliklə dəyərləndirməyənlər mövcuddurlar.

İkincisi, Türk cəmiyyətləri, hətta XXI əsrin keşməkeşli həyatında yüksək passionarlıqlarını saxlayırlar. Gənc təbəqənin dinamik və aktiv olması, türk insanının çalışqanlığı, torpağa bağlılığı, adət-ənənəsinə, ədalətə və törəyə sadiqliyi onu digərlərindən fərqləndirir.

Üçüncüsü, Türk coğrafiyası bir neçə dövlətqurucu etnosların əhatəsindədir. Bu da böyük və güclü dövlətlərin həm türklərə marağını, həm də onunla rəqabət hissini artırır.

Dördüncüsü, bir neçə güclü və zəif dövlətlərin siyasi xəritəsi daxilində türk toplumları vardır. Onların hüququ və haqqı məsələsi çox həssas məqama çevrilmişdir.

Beşincisi, Türk dövlətlərində müsəlman əhali mütləq əksəriyyəti təşkil edir. Bu da istər-istəməz türk xalqlarını dini rəqabət meydanına atır.

Altıncısı, türk dövlətləri XXI əsrdə dinamik inkişaf edənlər sırasındadırlar. Açıq-aşkar onların geniş geosiyasi və coğrafi məkana təsirləri hiss olunur. Bunun ən qatı əleyhdarları belə əmindirlər ki, “artıq türklərsiz olmaz”.

Nəhayət, Avrasiya məkanında son 40 ildə yalnız bir türk dövləti – Azərbaycan, ərazi bütövlüyünü təkbaşına siyasi-hərbi yolla bərpa etdi və bununla Cənubi Qafqazın 300 illik geosiyasi tarixində yeni mərhələnin əsasını qoydu!

Bunların fonunda TDT üçün ciddi siyasi və geosiyasi əhəmiyyəti olan bir proses də özünü göstərməkdədir.

Təşəbbüskar və fəal türk dövləti – Azərbaycan

Ulu öndər Heydər Əliyev keçən əsrin 90-cı illərində “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” dedi, çoxları inanmadı. “Bir millət, iki dövlət” kəlamının fonunda türk dövlətlərini birləşdirməyə başladı, elə də ciddiyə almadılar. Ulu öndər Ki-Vestdə ABŞ başda olmaqla həmsədrlərə və Ermənistana meydan oxudu, bir az təəccübləndilər. Prezident İlham Əliyev enerji strategiyasını dönmədən həyata keçirdi və beynəlxalq tədbirlərdə “Azərbaycan elə və ya belə ərazi bütövlüyünü təmin edəcək” söylədi, yenə də birtəhər qəbul etdilər. Və bütün bu şübhələri, saymazlıqları və “yan baxışları” İlham Əliyevin liderliyi və Ali Baş Komandanlığı ilə cəmi 44 günə Azərbaycan dövləti bədxahlara “yedirtdi”!

2020-ci il Noyabrın 9-u gecə Azərbaycanın dünyaya Günəş kimi parlamasından gözləri qamaşaraq ayıldılar! Lakin onlar üçün artıq gecdi, çünki qarşılarında hər addımını incəliyinə qədər ölçüb-biçən, yanında Türkiyə və Pakistan kimi güclü qardaşları olan, yumruq kimi birləşmiş, xalqına tam güvənən güclü Azərbaycan, onun məharətli, qətiyyətli, yüksək zəkalı Lideri vardı!

Türk dövlətçiliyi ənənəsinin ikinci nəfəsi

Qlobal geosiyasət baxımından əslində türk dünyasında və ayrıca türk dövlətçilik tarixində nə baş vermişdi? Cənubi Qafqazın Türk dövləti və ərazicə özünün güclü sayanlardan çox kiçik olan Azərbaycan Respublikası özünün milli taleyini dəyişmişdi, bu əsasda regionun taleyini yeniləmişdi və hər iki məqam qlobal geosiyasətə yeni nəfəsi gətirəcəkdi! Bütün bunların təməl faktoru isə faktiki olaraq Azərbaycanın son 300 ildə “nəfəsi daralmış” türk dövlətçiliyinə yeni nəfəs verməsi ilə bağlıydı! Bunu əslində, 2009-cu ildə türk dövlətlərinin Naxçıvan Bəyannaməsinin mətnindən və ruhundan anlamağa başlamışdılar. Vətən müharibəsi onun siyasət, diplomatiya, informasiya və hərb meydanında əyani sübutu oldu.

Buna görə də Mərkəzi Asiya dövlətlərinin İkinci Qarabağ müharibəsindən sonra fəallaşmaları və xüsusilə, Azərbaycana diqqətlərini artırmaları güclü dövlət ənənəsi və inkişafı olan böyük dövlətlərə mənzərəni aydın ifadə edirdi. Bizlərin sırasında hadisənin dövlətçilik baxımından möhtəşəmliyini anlamayanlar ola bilərdi, lakin təcrübəli güclü rəqiblər üçün qaranlıq bir məqam qalmamışdı: Türk dövlətçiliyinə yeni nəfəsi Azərbaycanın qələbəsi verdi!

Tarixi Bəyannamə

Gözlənildiyi kimi oldu: Azərbaycan və Türkiyə türk dövlətləri inteqrasiyasının ana sütunu olduqlarının hüquqi təsbiti olan Şuşa Bəyannaməsini imzaladılar. Sonrakı mərhələdə Şuşada TDT-nin tarixi zirvəsi və Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsi baş tutdu. Vurğulanan kontekstdə Şuşa Bəynannaməsi “bir millət, iki dövlət” fəlsəfəsinin türk birliyi modelinin siyasi-hüquqi təsbiti və təməl platforması oldu. Bu həqiqət TDT çərçivəsində görülən işlərə qətiyyən kölgə salmır, əksinə, iki qardaş dövlətin münasibətlərini konkret və dəqiq siyasi-hüquqi çərçivədə qurması ilə müstəqil dövlətçilik aspektinə nə qədər yüksək dəyər verdiklərinin əyani ifadəsidir.

Onu çox yaxşı ki, Mərkəzi Asiyadakı qardaş dövlətlərimiz və Pakistan gözəl anladılar. Məhz həmin səbəbdən həm TDT daxilində inteqrasiya, həm də ikitərəfli və üçtərəfli əməkdaşlıq platformaları türk dünyasının sivil əsaslarla birləşmək gücünü ortaya qoydu. Detalları hamı bilir. Yalnız onu vurğulayaq ki, Şuşa Bəyannaməsi olmasaydı, vurğuladığımız faktların heç biri olmayacaqdı.

Sadə məntiqi nəticə

Adi gözlə belə görünür ki, Türk dünyasının inteqrasiyasının təməlində Azərbaycan-Türkiyə münasibətləri və onun siyasi-hüquqi təmini olan Şuşa Bəyannaməsi dayanır! Əgər bu münasibətləri poza bilsən, bütövlükdə TDT-ni də tarixin arxivinə ata bilərsən. Bunu Azərbaycan və Türkiyə siyasi və informasiya dairələri ilə yanaşı, hər bir türk dövlətinin vətəndaşları da ciddiyyətlə qəbul etməlidirlər. Artıq düşmənlər də həmin həqiqəti qəbul etmədiklərinin siqnallarını açıqca verirlər. Hazırda TDT ətrafında baş verənlərin gizli məntiqi də onu sübut edir. Faktlara baxaq.

Əliyev–Ərdoğan görüşlərindən sonra informasiya təxribatları

Son illər Azərbaycan və Türkiyə prezidentlərinin elə bir təkbətək görüşü olmamışdır ki, onlardan sonra bir sıra dairələrin “kürkünə birə daraşmasın”! Əlaməti belədir: dərhal KİV və bir sıra “etibarlı diplomatik mənbələr” birbaşa görüşün adını çəkmədən Azərbaycanla Türkiyə arasında bir-birinə inamsızlıq mühiti yaratmağa çalışırlar. Onun da konkret informasiya təzahürü çeşidli olur. Məsələn, Türkiyədə bir sıra siyasi kəsimlər və KİV “etibarlı mənbələrə” və “tutarlı arqumentlərə” istinad edərək Azərbaycanı ittiham edirlər.

Eyni ssenari Azərbaycan informasiya mühitində peyda olur. Ümumi görüntü belə olur: Azərbaycan və Türkiyə informasiya məkanında bir-birinə inamsızlıq, etibarsızlıq əhvali-ruhiyyəsi mövcuddur! Çox təəssüf ki, bu təxribatçı və əsassız təhriklərə bəzən hər iki dövlətin ciddi jurnalistika dairələri də uyurlar və axına qoşulub, kim daha güclü ittiham edə bilər yarışına girişirlər. Adi vətəndaş isə bunlardan çaşa bilər və real mənzərəni görməyə bilərlər.

Ancaq bu şər prosesində maraqlı bir cəhət vardır. Hər iki tərəfdən ciddi arqument gətirəni yoxdur. Məsələn, türkiyəlilər “İsraili müdafiə edirsiniz” kimi absurd xəbər yayırlar (onlar ya qatı dini radikal dairələrə, ya da saxta demokratlara yaxın olanlardırlar), azərbaycanlılar isə “sizin seriallara baxmırıq” və ya filan vaxtı siz niyə belə hərəkət etdiniz” kimi cavablar yazırlar. Olur ki, qərəzlər və sifarişlərlə bir-birini ittiham edən “təhlil məqalələri” dərc edilir.

Təmkinli oxucu bunun əsassız olduğunu görür. Lakin başlıca səbəb ondan ibarətdir ki, iki qardaş dövlətin bir-birinə inamına, sarsılmaz dəstəyinə və strateji birliyinə nə Azərbaycanda, nə də Türkiyədə inanan yoxdur! Ola da bilməz, çünki Azərbaycan və Türkiyə ciddi dövlətlərdirlər və Şuşa Bəyannaməsinə imza atan liderlər dünya miqyasında vədlərinə tam əməl edən siyasətçilər kimi qəbul olunurlar.

Bundan başqa, TDT çərçivəsində aparılan işlər, dünya miqyasında Azərbaycan-Türkiyə tandeminin atdığı addımlar yuxarıda vurğulanan mənfi məqamların cəfəngiyyat olduğunu ortaya qoyur.

Azərbaycan və Türkiyə iki qardaş dövlət olaraq imkan verməzlər ki, kimsə aralarına girə bilsin və bütövlükdə türk birliyinə zərər verilsin. Bu məsuliyyəti hər iki dövlətin rəhbərliyinin tam qəlbdən qəbul etdiklərinə bizlərin zərrə qədər də şübhəsi yoxdur!

TDT Azərbaycan sammiti öncəsi

Oktyabr ayında Azərbaycanda TDT-nin çox mühüm sammiti gözlənilir. Bu Zirvə görüşünün tarixi olacağına şübhəmiz yoxdur. Türk Dövlətləri Təşkilatı üzərinə düşənləri dəqiq müəyyən edib, uyğun qərarlar verəcək. Azərbaycan və Türkiyənin rəsmi dairələri zaman-zaman bu barədə mediaya informasiyalar verirlər.

Deməli, bütün Türk dünyası və ayrıca TDT üçün tarixi məqam qarşıdadır. Yenə də Əliyev-Ərdoğan görüşünün bəhrələri altında əzilməkdən qorxan bədxah dairələrin müxtəlif informasiya təxribatları meydana gələ bilər. Əslində onların bir qismini sentyabr ayı boyunca hiss etdik. Ancaq bu zavallılar anlamırlar ki, qarşılarında dünyanın şər qüvvələrinə hər sahədə meydan oxuyan iki güclü türk dövləti və onların müdrik liderləri dayanmışdır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan nə etdiklərini çox gözəl bilirlər. Nə Türkiyədə fetöçular və saxta demorkatlar, liberallar, “neçəncisə kalonlar”, nə də Azərbaycanda onlara züy tutanlar bu möhtəşəm qardaşlığa zərər verə bilməzlər.

O cümlədən Azərbaycan üçün “Türkiyə, yoxsa İsrail” dixotomiyası kimi əsassız və saxta seçim görüntüsü yaratmağa cəhd edənlər özlərinə cəfa verməsinlər! Çünki İsrail həmişə Azərbaycanın dostu və əməkdaşlıqda tərəfdaşı olmuşdur və daima da olacaq. Bunun nə İrana, nə də Türkiyəyə ziyanı dəyə bilməz. Azərbaycan müstəqil dövlətdir. Türkiyə Azərbaycanın müasir tarixi mərhələdə bənzəri olmayan strateji müttəfiqi və etnik-mədəni baxımdan qardaşıdır. Bu da daima belə olacaq!

İrana gəldikdə isə Azərbaycan dövləti və azərbaycanlılar üçün çox yaxın və qiymətli dəyərdir. Azərbaycandan İrana heç zaman hansısa ziyan dəyə bilməz! Xüsusilə Prezident Məsud Pezeşkianın atdığı müsbət addımlar fonunda bu barədə danışmaq absurddur. Kimlərsə, kənardan məzhəb bəhanəsindən istifadə etməyə çalışar. Lakin azərbaycanlılar məzhəbpərəst olmamışlar və olmayacaqlar da!

Bütün bunlardan ümumi nəticə çıxara bilərik. Azərbaycan cəmiyyətində ən yaxın müttəfiqlərinə, qonşularına və tərəfdaşlarına qarşı təxribatçı informasiyalar yaymağa çalışırlar.

Bizlər çox təmkinli və dövlətçi olmalıyıq. Azərbaycan dövlətinə sadiq olanlar ölkənin heç bir qonşusu ilə pis münasibətdə olmasını istəməz.

Ayrıca, Türkiyə bizim yalnız çox qiymətli qardaşımız deyil, həm də etibarlı və güclü strateji müttəfiqimizdir. Onunla bərabər Pakistan vazkeçilməz qardaşımız və dostumuzdur, Rusiya güclü qonşumuz və strateji müttəfiqimizdir, İran qəlbində bir parçamızı daşıyan mənəvi-mədəni dəyərimiz, dövlətçiliyimizin qədim məkanıdır.

İndi düşünək: kimləri kimlərə dəyişməyi istəyə bilərik? Müdrik Azərbaycan xalqı və dövləti üçün belə bir sual yoxdur – o, seçimini çoxdan etmişdir!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri