Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin Bakı görüşü

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin Bakı görüşü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

Görüşdə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstan Respublikası daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

İclası açıq elan edən Vilayət Eyvazov iştirakçıları səmimiyyətlə salamlayaraq Təşkilata üzv dövlətlərin xalqlarını sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrarası dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dinamik inkişaf etdiyini, bu kontekstdə Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi sahəsində məlumat mübadiləsi, informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, açılması üzrə əlaqəli fəaliyyət və Təşkilatın daxili işlər orqanlarının rəqəmsallaşması sahəsində əməkdaşlığın perspektivləri kimi məsələlər müzakirə edilib.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti görüşünün Qazaxıstan Respublikasında keçirilməsi qərara alınıb.

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci görüşünə dair Birgə Kommünike sənədini imzalayıblar.

Çıxışlarda təşkilata üzv və müşahidəçi dövlətlərin daxili işlər nazirlərinin ikinci görüşünün türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan olacağına əminlik ifadə olunub, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri