Icma.az
close
up
RU
Menu

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Çaki öldü

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Tramp Rusiyaya sanksiyaları dayandırdı Səbəbi

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Türk Dövlətləri Təşkilatının təkamülündə mühüm addım

Türk Dövlətləri Təşkilatının təkamülündə mühüm addım

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şərq və Qərbin görüş nöqtəsi” adlanan, Türk dövlətlərinin birliyini, regional və qlobal miqyasda varlığını, qərblə şərq arasında birləşdirici rolunu özündə ehtiva edən TDT-nın Budapeşt Sammiti 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ Sammitindən sonra ikinci qeyri-rəsmi Zirvə görüşüdür.

Budapeşt görüşü Türk Dövlətləri Təşkilatının qlobal arenada artan nüfuzunun göstəricisi olmaqla yanaşı TDT-nin Avropadakı ilk belə yüksək səviyyəli toplantısı kimi təşkilatın regional çərçivədən çıxaraq, daha geniş beynəlxalq platformada təqdimatı kimi də qəbul oluna bilər. Görüşə Avropa İttifaqına üzvü olan Macarıstanın ev sahibliyi etməsi tarixi və geosiyasi baxımdan türk tarixi siyasi irsinin Avropada yenidən aktuallaşdırılması, tarixi yaddaşın siyasi kapitala çevrilməsi və türk dövlətlərinin transregional təsir gücünün sərgilənməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır. Geniş Türk coğrafiyasında baş verən inteqrasiya prosesləri Qərb və Şərq arasında yerləşən türk dövlətlərinin birlikdə yeni güc mərkəzi kimi çıxış etməyə yaxın olduqlarının ilk əlaməti kimi də başa düşülə bilər.

Qlobal siyasi arenada davam edən olduqca gərgin ictimai-siyasi proseslərin fonunda, belə tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. Son yeddi ildə TDT-də müşahidəçi dövlət kimi Macarıstan Türk dünyasının ilə Avropa ilə əlaqələrinə körpü olmaqla ənənəvi sərhədləri aşan daha geniş dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır.

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində qəbul edilən Yekun Bəyannaməsi təkcə təşkilatın daxilindəki koordinasiyanın və institusional çərçivələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regional və qlobal diplomatiyada fəallığını artıran aktor kimi TDT-nin iddialarını və potensialını nümayiş etdirməsi baxımından strateji əhəmiyyət kəsb edir. Təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən bu Bəyannamə həm də türk dövlətlərinin daha sıx inteqrasiyası üçün yaxın gələcəkdə atılmalı olan addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli bir sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanan, 71 bənddən ibarət Budapeşt Bəyannaməsinin məzmunu təşkilatın beynəlxalq sistemdə aktiv mövqeyə sahib olmaq niyyətində olan çoxölçülü diplomatik platforma olduğunu təsdiqləyir. Bəyannamədə üzv dövlətlərin siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində daha dərin əməkdaşlığa və daha sıx inteqrasiyaya hazır olduqlarının ifadəolunması TDT-nin gələcəkdə regional təşkilat modelindən çıxaraq funksional bloklaşma yolunda irəliləyə biləcəyini göstərir və bu, Türk dünyasında vahid siyasi mövqedən çıxış etmək iradəsinin ilk təzahürləridir.

Zirvə görüşündə qəbul olunmuş sənəddə Türk dövlətlərinin əldə etdikləri siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən dövlət başçıları “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Bəyannamədə müstəqil türk dövlətlərinin malik olduqları böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqları bildirilir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələr verməsi yüksək qiymətləndirilir və eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi öz əksini tapır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə çıxış edərək bütün Türk dünyasını ideoloji birliyin qorunması və gücləndirilməsi üçün konkret addımlar atmağa səsləyib. O qeyd edib ki, bu kontekstdə ən mühüm məsələlərdən biri, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) türk dövlətləri tərəfindən tanınması və bu məsələdə ortaq mövqeyin formalaşdırılması cəhdidir.

R.T.Ərdoğanın bu təşəbbüsü, xüsusilə Avropa İttifaqının Kipr məsələsində yürütdüyü ikili standartlara qarşı tutarlı bir cavabdır. Türkiyə Prezidenti ŞKTC məsələsini yalnız Kiprin statusu kimi yox, həm də Türk birliyinin vahid siyasi platforma üzərində koordinasiyası olunması zərurəti baxımından strateji məsələ olaraq qiymətləndirir.

Sammitə qatılan TDT üzvləri və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, kosmik araşdırmalar, yaşıl energetika, kibertəhlükəsizlik və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.

Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verdiyini xüsusi vurğulayıb: “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”, – deyən dövlət başçısı Azərbaycanın türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığa verdiyi töhfələri vurğulayıb.

Ölkə rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri fonunda Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən əsas tranzit ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi layihələr TDT ölkələrinin investorları üçün cəlbedicidir.

Macarıstanın Baş naziri Viktor Orbanın sosial şəbəkə səhifəsində yayımladığı “Azərbaycan Prezidenti Macarıstan kimi sülh naminə çalışır. Macarıstan sülh üçün çalışan hər kəsi dəstəkləyir” fikirləri və Azərbaycanı Macarıstanın müttəfiqi adlandırması ölkə başçımızın daxili və xarici siyasətinin beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunduğunun təsdiqidir. Hadisələrin axarı göstərir ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi bu təşkilatın real güc mərkəzinə çevrilməsində həlledici rol oynayır.

Prezident İlham Əliyev Sammitdəki çıxışında bildirmişdi ki, rəsmi Budapeştin Türk Dövlətləri Təşkilatında oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası Baş nazir Viktor Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün olmuşdur. Bir sıra Avropa ölkə başçılarının narazılıqlarına baxmayaraq Viktor Orban TDT-nin ötən ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində də iştirak etməsini Prezident İlham Əliyev yüksək qiymətləndirib.

Görüşdə həmçinin Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu bəyan edilib. Budapeşt görüşü bu il Bakıda təşkil olunacaq Zirvə toplantısı ərəfəsində TDT üzvlərinin öz prioritetlərini müəyyənləşdirmək və inteqrasiya proseslərinin yol xəritəsinin hazırlanmasına böyük töhfə kimi də qiymətləndirmək olar. 71 bənddən ibarət geniş həcmli Yekun Bəyannaməsində öz əksini tapan müddəaları inteqrasiya proseslərinin sürətləndirilməsinə hesablanmış əlavə təkan mexanizmi hesab etmək olar.

Budapeşt Zirvəsində qəbul edilən Bəyannamə TDT-nin siyasi transformasiyasını və institusional yetkinliyini göstərir və sənəd təşkilatın yalnız etnomədəni bağlılıq əsasında deyil, ortaq siyasi iradə və strateji maraqlar əsasında birləşdiyini göstərən bir çərçivə sənədi kimi çıxış edir.

Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində iqlim gündəminə dair qəbul edilən yanaşmalar təşkilatın beynəlxalq diplomatiyada yeni və vacib istiqamətdə – “yaşıl diplomatiya” sahəsində – iddialı addımlar atmağa başladığını göstərir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu çərçivədə irəli sürdüyü “Bakı İqlim Birliyi Paktı” təşəbbüsü TDT üçün qlobal davamlılıq diskursunda fəal iştirak baxımından strateji fürsət yaradır. Zirvə iştirakçılarının bu təşəbbüslərə verdiyi dəstək TDT-nin ekoloji məsuliyyətə əsaslanan diplomatik platformaya çevrilmək niyyətini ortaya qoyur. “Yaşıl” enerji dəhlizlərinin qurulması, tullantıların idarə olunması və iqlimədavamlı infrastruktur layihələrinin təşviqi kimi konkret təşəbbüslər təşkilatın dayanıqlı inkişaf hədəfləri ilə də uyumlu addımlar atdığını göstərir. TDT-nin “Türk Yaşıl Baxış” adlı strateji sənədi “yaşıl” keçid üzrə üzv ölkələr arasında uzunmüddətli əməkdaşlıq modelinin əsasını qoyan yol xəritəsidir. Bu sənəd təşkilatı “yaşıl diplomatiya”da normativ güc kimi mövqeləndirmə potensialına malikdir.

Zirvə görüşündə təhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olması TDT-nin mövcud regional və beynəlxalq çağırışlara uyğun şəkildə funksional transformasiya qabiliyyətinin göstəricisidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq, transmilli cinayətkarlıq və terrorizmlə mübarizə, eləcə də kibertəhlükəsizlik istiqamətində birgə fəaliyyət niyyətləri təşkilatın klassik mədəni inteqrasiya çərçivəsindən çıxaraq, çoxölçülü təhlükəsizlik aktoruna çevrilmək potensialının formalaşdığını təsdiqləyir. Belə çevik bir transformasiya Türk Dövlətləri Təşkilatını regional sabitlik mexanizmi roluna yaxınlaşdırır və bununla da onun geosiyasi əhəmiyyətini artırır.

Sammitdə üzv dövlətlərin fəaliyyətində iqtisadi, ticarət, nəqliyyat, mədəni, elmi, siyasi sahələrdə əməkdaşlığın artırılması zərurəti vurğulanıb. Enerji sahəsində əməkdaşlıq sammitin əsas mövzularından biri olub. Vurğulanıb ki, Türk dünyasının təbii qazdan bərpa olunan enerji mənbələrinə qədər zəngin enerji resursları regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Azərbaycan boru kəmərləri və enerji ötürmə xətləri inşa etməklə yanaşı, eyni zamanda günəş və külək enerjisi layihələrinə investisiya qoyur. Bu sahələr üzrə fəaliyyət TDT üzv dövlətlərinin qlobal enerji bazarındakı dalğalanmalara qarşı dayanıqlılığını təmin etməyi hədəfləyir.

Avropa İttifaqının üzvü olan Macarıstanda TDT dövlət başçılarının Zirvə görüşünün təşkil olunması eyni türk dövlətlərinin Avropa İttifaqına əməkdaşlıq ismarıcı kimi də dəyərləndirilə bilər.

Zirvə görüşündə ölkə başçımızın çıxışları bir daha göstərdi ki, ölkəmiz TDT-nin gələcək strategiyasında əsas aktordur. Zirvə toplantısında irəli sürülən təşəbbüslər, sərgilənən strateji planlama səyləri bu təşkilat çərçivəsində ölkəmizin fəal rolunun məntiqi nəticəsidir. Azərbaycan türk dünyasının birliyi və inteqrasiya proseslərinin sürətləndirilməsi istiqamətində fəal siyasi mövqe sərgiləməkdədir. Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü böyük əhəmiyyət daşıdığı kimi, Budapeşt sammiti də bu ideoloji xəttin davamı və Avropa ilə əməkdaşlıq zəminində uzlaşdırılması baxımından mökəmləndirilməsi baxımından TDT-nın təkamülündə mühüm bir addım oldu.

Cavanşir Feyziyev

24 may 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Çaki öldü

29 May 2025 00:07see121

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see117

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see116

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see116

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

28 May 2025 23:16see114

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see114

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Tramp Rusiyaya sanksiyaları dayandırdı Səbəbi

28 May 2025 22:34see112

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri