Icma.az
close
up
RU
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verir

Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, inkşafına verdiyi töhfələrdən, təşkilata daxil olan ölkələr arasındakı mövcud münasibətlərdən,  işğaldan azad olunan ərazilərdə görülən genişmiqyaslı yenidənqurma və bərpa işlərindən, həyata keçirilən  layihələrdən bəhs edib.

Prezident İlham Əliyev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə həmkarı Sadır Japarova təşəkkür edib. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu xatırladaraq, bu dövr ərzində Təşkilatın uğurlu inkişaf yolu keçdiyini bildirib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb.

“Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil”, deyən Prezident İlham Əliyev  Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində verdiyi maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini xatırladıb, həmçinin qeyd edib ki, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Prezident İlham Əliyev son dövrlərdə Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların artdığını bildirib. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün ölkəmizin öz sərmayələrini artırdığını diqqətə çatdırıb. Ölkə başçısı əlavə edib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

Prezident İlham Əliyev çıxışında işğal dövründə düşmənin torpaqlarımızda törətdiyi vandalizmə toxunaraq, bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv etdiklərini diqqətə çatdrıb. Ölkə başçısı indi azad edilən ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirildiyini, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri döndüklərini bildirib.

Məlum olduğu kimi bu ay ölkəmiz daha bir böyük tədbirə,  COP29 iqlim konfransına ev sahibliyi edəcək. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. “Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir”, deyən ölkə başçısı bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu vurğulayıb.

Sahib Şükürov,

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri