Icma.az
close
up
RU
Türk dövlətləri üçün vahid hüquq sistemi

Türk dövlətləri üçün vahid hüquq sistemi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Türk dövlətləri üçün vahid hüquq sistemi: nə real, nə zəruri?

Özbəkistanda Türk dövlətlərinin vəkillik qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüş Türk dünyasında hüquqi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərib. Türk dövlətləri arasında hüquqi inteqrasiya, ortaq hüquqi mexanizmlər və vətəndaşların sərbəst hərəkəti məsələləri müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım məsələ ilə bağlı öz fikirlərini bölüşüb:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi inteqrasiya mümkündür. Dövlətlərin suverenlik hüquqları və konstitusion quruluşları qorunmaqla qanunvericiliyin uyğunlaşdırılması, hüquqi yardım və məhkəmə qərarlarının qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq inkişaf etdirilə bilər. Vəkillik qurumları arasında əməkdaşlıq da bu prosesə mühüm töhfə verə bilər. Azərbaycan və Türkiyə arasında bu istiqamətdə ciddi məsafə qət edilib. İşlər davam etdirilir, xüsusilə Özbəkistanda bu sahədə Türkiyənin həyata keçirdiyi çalışmalar var”.

 Millət vəkili bildirib ki, Türk dövlətləri arasında ortaq hüquq sisteminin yaradılması asan məsələ deyil. Onun sözlərinə görə, hər bir ölkənin öz təcrübəsi və hüquqi praktikası mövcuddur. Bununla belə, ortaq hüquqi prinsiplərin və müəyyən sahələr üzrə ümumi qaydaların formalaşdırılması mümkündür. İlk növbədə ticarət, investisiya, arbitraj və rəqəmsal əməliyyatlar sahəsində hüquqi uyğunlaşmanın təmin edilməsi daha real görünür.

 Şamil Ayrımın sözlərinə görə, bütün ölkələrdə keçərli olacaq vahid hüquq sisteminin yaradılması genişmiqyaslı razılaşmalar və konstitusion dəyişikliklər tələb edən uzunmüddətli hədəfdir. O qeyd edib ki, bu istiqamətdə görülən işlər ortaq əlifba və ortaq tarixlə bağlı təşəbbüslərə bənzər şəkildə bütün Türk dövlətlərinin eyni həssaslıqla dəstəyini tələb edir. Eyni zamanda, Türk dövlətləri arasında yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının genişləndirilməsi də mümkün istiqamətlərdən biridir.

 “Türkiyə-Azərbaycan təcrübəsi bunun konkret nümunəsidir. İki ölkə vətəndaşlarının birbaşa qarşılıqlı səfərlərində yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə etməsinə imkan verən qayda 1 aprel 2021-ci ildə qüvvəyə minib və bu tətbiq bu gün də davam edir. Eyni mexanizm digər Türk dövlətləri arasında da tətbiq oluna bilər. Bunun üçün qarşılıqlı razılaşmalar əldə edilməli, çipli şəxsiyyət vəsiqələrinin tanınması, təhlükəsiz məlumat mübadiləsi, şəxsi məlumatların qorunması və ölkədə qalma müddətləri tənzimlənməlidir. Şəxsiyyət vəsiqəsi ilə səyahət sərhəd nəzarətinin ləğvi və ya avtomatik olaraq işləmək və məskunlaşmaq hüququnun verilməsi demək deyil”, - deyə o bildirib.

Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib:

“Azərbaycan Respublikası Vəkillər Kollegiyası son illərdə beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə və platformalarda iştirak edir, o cümlədən Ərəb dövlətlərinin vəkillik qurumları ilə memorandumlar imzalayır. Türk dövlətlərinin vəkillik qurumları ilə əməkdaşlığın genişlənməsi də bu prosesin mühüm istiqamətlərindən biridir. Özbəkistanda Türk dövlətlərinin vəkillik qurumlarının rəhbərlərinin bir araya gəlməsi də bunun göstəricisidir”.

Hüquqşünas bildirib ki, Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız siyasi, iqtisadi, nəqliyyat və enerji məsələləri ilə məhdudlaşmır, hüquq sahəsi də bu prosesin mühüm istiqamətlərindən birinə çevrilir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi inteqrasiya mümkündür və vacibdir. Bununla belə, söhbət vahid hüquq sisteminin yaradılmasından deyil, ortaq hüquqi məkanın formalaşdırılmasından getməlidir.

 Ə.Nuriyevin sözlərinə görə, iqtisadi əlaqələr genişləndikcə məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrası, kommersiya və arbitraj qaydalarının yaxınlaşdırılması, elektron sənədlərin və imzaların tanınması, hüquqi yardımın sadələşdirilməsi kimi məsələlərdə ortaq standartların formalaşdırılmasına ehtiyac yaranır. O qeyd edib ki, vəkillik əməkdaşlığı da bu prosesdə xüsusi əhəmiyyət daşıyır və gələcəkdə vəkillərin qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri müzakirə oluna bilər.

 “Avropa İttifaqının modelini olduğu kimi Türk dövlətlərinə tətbiq etməyə ehtiyac yoxdur. Burada məqsəd milli hüquq sistemlərini birləşdirmək deyil, onların daha səmərəli qarşılıqlı fəaliyyətini təmin etmək olmalıdır. Əsas məsələ vətəndaşın, sahibkarın və investorun bir Türk dövlətindən digərinə keçərkən hüquqlarının müdafiəsi üçün işlək və qarşılıqlı tanınan mexanizmlərə malik olmasıdır. Taşkənddə vəkillik qurumlarının bir araya gəlməsinin əhəmiyyəti də məhz bundadır”, - deyə o bildirib.

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri