Qırğızıstan səfiri: Türk dövlətləri üçün vahid media məkanının formalaşdırılması zəruridir
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün rəqəmsal platformalarda bir sıra problemlərlə üzləşirik. Buna görə də Türk dövlətləri üçün vahid media məkanının formalaşdırılması zəruridir.
APA xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov deyib.
O bildirib ki, bu, təşkilatın milli informasiya təhlükəsizliyinin daha da inkişafına mühüm töhfə verəcək: “Fikir mübadiləsi aparmaqla burada mühüm qərarlar qəbul edə biləcəyik. Bu gün TDT-yə üzv ölkələr müxtəlif istiqamətlərdə ciddi nəticələr əldə ediblər. Digər sahələrlə yanaşı, informasiya sahəsində əməkdaşlıq da son dərəcə vacibdir. Bu əməkdaşlıq qarşılıqlı məlumat axınlarının yaradılması və effektiv şəkildə həyata keçirilməsi deməkdir. Sosial şəbəkələr bəzən reallıqdan uzaq məlumatlar yaya bilir. Buna görə də xalqlarımız və ölkələrimiz arasında etimadın möhkəmləndirilməsi əsas məsələlərdən biridir”.
O həmçinin vurğulayıb ki, vahid bir sistemin yaradılması bu kimi problemlərdən və təhdidlərdən qorunmağa imkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















