Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

Sumqayıt qatarı qəza törədib, ölən var

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

Türk dövlətlərinin 2024cü il uğurları

Türk dövlətlərinin 2024cü il uğurları

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

TDT ölkələri iqtisadi-sosial hədəflərə çatmaq üçün tarixi sənədlər imzalayıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Türk Ticarət və Sənaye Palataları Birliyinin imkanlarından istifadə etməklə ixracı və qarşılıqlı investisiyaları artırmağı planlaşdırır. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Birliyin Baş Assambleyasında bildirib ki, yeni platforma vasitəsilə qarşılıqlı investisiyaların təşviqi hədəf seçilib. Eyni zamanda, tərəflər arasında iqtisadi dövriyyələrin artırılması nəzərdə tutulur.

Şuşada bəyan edilən niyyət...

2024-cü il TDT ölkələri üçün kifayət qədər uğurlu il kimi yadda qalmaqdadır. Cari il ərzində təşkilatın iqtisadi-sosial hədəflərinə uyğun olaraq bir çox istiqamətlər üzrə tədbir və konfranslar, iş adamları və dövlətin iqtisadi strukturları arasında işgüzar görüşlər keçirilib, mühüm sənədlər imzalanıb.

2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsi qardaş ölkələr arasında iqtisadiyyatın bütün sahələri üzrə yeni baxışları əks etdirir.

Bəyannamədə iqtisadi, ticari, tranzit, nəqliyyat, “yaşıl enerji”, bank, maliyyə, sığorta, rəqəmsal quruculuq, aqrar-sənaye və digər layihələrin həyata keçirilməsi üçün niyyətlər ifadə olunub. Ötən dövr ərzində həmin sazişdən irəli gələn tədbirləri icra etmək üçün xüsusi plan hazırlanıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr iqtisadi-ticari dinamikaları artırmaq, investisiyaları təşviq etmək məqsədilə bir neçə ay əvvəl sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Saziş imzalayıb. Sənədə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurları asanlaşacaq və  daşınma-logistika rejimi yumşaldılacaq, eləcə də qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsi həyata keçiriləcək. Nəticədə yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək.

TDT-nin DEPA sazişi

Həmçinin, noyabrın sonlarında Türkiyə, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyası yaradılıb ki, bu təsisatın məqsədi azad ticarətin təşviqini təmin etməkdir. Eləcə də, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması məqsədilə Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsi tətbiq ediləcək. Bununla bağlı tərəflər cari ilin iyun ayında anlaşma əldə edib. DEPA razılaşması qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

Ən mühüm sazişlərdən biri cari ildə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı olub və qısa dövr ərzində fondun fəaliyyəti təmin edilib. Noyabr ayından fəaliyyətə başlayan İnvestisiya Fondu ilkin 500 milyon dollar nizamnamə kapitalı ilə ölkələrdə iqtisadi-maliyyə-sərmayə planlarını həyata keçirmək funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Mərkəzi Banklar Şurasının yaradılması

TDT-nin əsas niyyətlərindən biri olan Mərkəzi Banklar Şurasının yaradılması da cari il ərzində baş tutub. Şuranın strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.

Türk dövlətləri cari il ərzində “Made in Turan” brendini yaratmağa da nail olub. “Made in Turan” layihəsi türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını dünyaya daha geniş rakursdan tanıtdırmaq məqsədi ilə yaradılıb. Milli brend konsepsiyasının başlıca hədəf və məqsədi türk dünyasının iqtisadi birliyini daha da möhkəmləndirmək və milli şirkətlərin “Made in Turan” adı altında dünyaya çıxışına motivasiyalar verməkdir. Konsepsiyaya uyğun olaraq, türk dövlətlərinin sahibkarlar üçün biznes təlimlərinin təşkili, investorlarla startaplar arasında əlaqələrin koordinasiyası, beynəlxalq tədbirlərdə birgə ixrac brendi altında iştirak etmək və tərəfdaş ölkələrlə əməkdaşlığın yeni yollarını müəyyən etmək, ixrac üzrə biznes modellərinin yaradılmasına dəstək göstərmək və digər prioritetlər müəyyənləşib. Türk dövlətləri birgə ticarət nişanı təsis etməklə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların cəlbi, müasir birgə istehsal və emal alyansının qurulması və ixrac coğrafiyalarının genişlənməsi sahəsində böyük imkanlar əldə etməyi düşünür.

TDT-nin iqtisadi potensialı qlobal ÜDM-in artımını 2 dəfə üstələyib

Bütün bu təşəbüslər TDT-nin ümumi iqtisadi potensialının artmasına mühüm rol oynayıb. 2024-cü ilin birinci yarısında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin toplam iqtisadiyyatında yaranan əlavə dəyərin həcmi  900,4 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz çoxdur. Müqayisə isə xatırladaq ki, hesabat dövründə qlobal iqtisadi artım 3,1 faiz olub. Bu, o deməkdir ki, türk dövlətlərinin iqtisadi artım templəri dünya üzrə artım dinamikasını 2 dəfə üstələyib. İlin sonunda türk dövlətlərin ümumi daxili məhsulu (ÜDM) təxminən 2 trilyon dollar proqnozlaşdırılır ki, bu da qlobal ÜDM-in 2 faizi deməkdir. Qeyd edilən dövr ərzində ölkələr arasında mal və əmtəələrin mübadiləsində də artımlar baş verib.

Hazırda TDT dövlətlərin apardığı qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi təxminən 45-48 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizi deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq trans - regional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi bu hədəflərin reallaşmasına imkan verməklə, TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyini möhkəmləndirəcək.

Dövlət başçılarının 11-ci Zirvə görüşü

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü və imzalanan sənədlər isə mühüm və yaddaqalan hadisə kimi xatırlanmaqdadır. Bu tədbir Türk dünyasının gücünün, nüfuz və qarşısıalınmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının yeni güc mərkəzi kimi qarşıda daha stateji hədəfləri vardır. Burada ilk növbədə, Uzaq Asiyadan - Çindən Avropaya uzanan XXI əsrin ən nəhəng tranziti olan “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhliz üzərində yerləşən ölkələri bir ittifaqda cəmləşdirmək hədəfi daha qlobal strateji xəttdir. Zəngəzur dəhlizi də artıq “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir, bu baxımdan Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi TDT-nın məqsədlərinə çatmasında tarixi fürsət hesab edilə bilər.

TDT ölkələri hazırda 2025-ci ilin fevral ayında keçiriləcək Türk Dövlətlərinin İqtisadi Forumuna hazırlaşır. Bu tədbirdə Macarıstan, Rumıniya, Gürcüstan, Bolqarıstan, Moldova və digər ölkələrin iqtisadi heyətlərinin və biznes icmalarının da iştirakı nəzərdə tutulub. Forumda yeni iqtisadi niyyətlər və hədəflər müəyyənləşəcək, ötən konfranslarda əldə edilmiş razılaşmaların hüquqi-iqtisadi çərçivəsi müəyyənləşəcək, digər mühüm prioritetlərlə bağlı sazişlər imzalanacaq. Eyni zamanda, regionun digər ölkələrinin də bu birliyin iqtisadi-ticari zəncirinə qoşulması üçün birgə anlaşma sənədlərinin imzalanması gözlənilir. Bu isə TDT-nin qlobal və regional mövqeyini artırmaqla, yeni geoiqtisadi hərəkatın başlanması deməkdir.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see253

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see194

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see194

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see193

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see192

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see188

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see186

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see185

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see182

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see182

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see181

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see181

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see163

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see162

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see154

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

02 İyun 2026 04:01see152

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

02 İyun 2026 06:11see146

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see144

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri