Icma.az
close
up
RU
Türk dövlətlərinin bu qərarı təəssüfləndirici haldır İşçi Qrupun sədri

Türk dövlətlərinin bu qərarı təəssüfləndirici haldır İşçi Qrupun sədri

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. 3 ölkənin Kiprdə səfirlik açması birmənalı qarşılanmayıb.

Prezident İlham Əliyev də Bakıda bu gün keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İlham Əliyevin səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib.

"Azərbaycan ilə aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir.

Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm",-o deyib.

Modern.az-a açıqlamasında Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası İşçi Qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprində səfirlik açmaları təəssüfləndirici haldır:

“Şimali Kipr Türk Cümhuriyyətinin bugünkü statusu tanınmayan respublikadır. Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyünə təşəşbbüs göstərib və bu qəbul edilib. Şimali  Kipr Türk Respublikası hazırda Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi təşkilatın bütün tədbirlərində iştirak edir. Buna baxmayaraq Mərkəzi Asiya türk dövlətləri Cənubi Kiprdə öz səfirliklərini açdılar. Bu çox təəssüfləndirici haldır. Məhz bu, onun göstəricisidir ki, bu günə qədər hələ də müstəqil türk dövlətlərinin vahid siyasi platformadan çıxış etmələrinə nail ola bilməmişik. Olduqca təəssüfləndirici haldır. Şimali Kipr türkləri dünya türklərinin ayrılmaz hissəsi, onun bir seqmentidir. Onların müstəqillik hüququna etiraz olunduğu halda dünya türklüyü Şimali Kipr türklərinin maraqlarını qorumağa borcludur".

Deputat vurğulayıb ki, Azərbaycan dövləti Şimali Kiprli türk qardaşlarının arxasındadır:

"Türkiyə Şimali Kipr türklərinin maraqlarını qorumaq istiqamətindəki  fəaliyyətini uzun on illiklər ərzində davam etdirir. Əslində, Şimali Kipr Türk Respublikasının qarantı rolunda çıxış edir. Azərbaycan da Şimali Kiprlə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrini genişləndirməklə, onun Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul olunmasında aparıcı rol oynayıb. Dünən ADA Universitetində Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda bu məsələ ilə bağlı verilən suala cavabında cənab Prezident birmənalı şəkildə bildirdi ki, Azərbaycan birmənalı olaraq Şimali Kipr türklərinin maraqlarının qorunmasında fəal iştirak edir. Ölkəmizin başçısı vurğuladı ki,  Azərbaycan dövləti Şimali Kiprli türk qardaşlarımızın arxasındadır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri