Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Türk dünyası bizim ümumi ailəmizdir

Türk dünyası bizim ümumi ailəmizdir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ankara Bəyannaməsi bu dostluğun möhkəmlənməsinə zəmin yaradacaq

Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev

Əslində, cənab Prezident bu arqumenti dəfələrlə dilə gətirmişdir. Çünki son zamanlar beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, bitib-tükənməyən müharibə, münaqişə və anlaşılmazlıqlar, getdikcə daha da mürəkkəbləşən məsələlər dövlət başçılarının qarşısında çox mühüm vəzifələr qoyur. Bir tərəfdən dünyanın köhnə nizamı dəyişdirilir, digər tərəfdən isə yeni nizama keçid fəsadlarsız ötüşmür. Ona görə də liderlər xalq və milli dövlətçilik naminə daha uzaq perspektivlər barədə düşünür, daha münasib planlar üzərində çalışırlar. Biz məmnunuq ki, Azərbaycan Prezidenti həmin planları məhz qardaş xalqların ailəsinin liderləri ilə birlikdə qurur və yeni-yeni uğurlara imza atır.

Xatırladaq ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa verdiyi önəm Türk əməkdaşlıq təşkilatları ilə işbirliyi nəticəsində əldə olunmuş nailiyyətlərin də əsasını təşkil edir. Respublikamızın paytaxtında Türk əməkdaşlıq təşkilatlarından ikisinin – Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) mənzil-qərargahlarının yerləşməsi ölkəmizin Türk dünyası ilə əlaqələrini mahiyyət və keyfiyyətcə yeni mərhələyə yüksəltməsi istəyinin bariz göstəricisidir. Bundan başqa, türkdilli ölkələrin hamısında etiraf edirlər ki, bu qardaş xalqları tərəqqi yoluna aparan qatarın əsas lokomotivləri Türkiyə Cümhuriyyəti və Azərbaycandır. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Məmnunuq ki, son zamanlar elə bir ay olmur ki, TDT-nin fəaliyyətinin daha da səmərəli olması üçün hansısa addımlar atılmasın. Bir neçə gün əvvəl qardaş Türkiyə Cümhuriyyətinin paytaxtında Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi bu baxımdan xüsusi önəm kəsb edir. Mütəxəssislərin fikrincə, bu sənəd regional əməkdaşlıq, xüsusilə, Orta Dəhliz və Zəngəzur Dəhlizi vasitəsilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm perspektiv vəd edir.

Ekspertlər yazırlar ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas ticarət yoludur. Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarına istinad edənlərin fikrincə, hazırda Orta Dəhliz Çin və Avropa arasında ticarətin böyük bir hissəsini təşkil edir. Üstəlik, bu istiqamətdə daha böyük göstəricilər proqnozlaşdırılır. Azərbaycan Prezidentinin tez-tez xatırlatdığı infrastrukturun inkişafı və alternativ ticarət marşrutlarına artan tələbat Orta Dəhliz vasitəsilə yük daşımalarını sürətləndirəcək və ənənəvi dəniz yollarından daha qısa və əlverişli alternativlər təqdim edəcək. Adıçəkilən dəhlizdən istifadə edən bütün ölkələrdə etiraf edirlər ki, bu dəhliz vasitəsilə tranzit müddətlərini 10-15 gün azaltmaq potensialı mövcuddur.

Ankarada baş tutan tədbirə gəlincə, xüsusilə vurğulamalıyıq ki, Azərbaycanın, Türkiyənin və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olan Zəngəzur Dəhlizi Azərbaycanla ölkənin digər iqtisadi rayonu olan Naxçıvan arasındakı təxminən 40 kilometr uzunluğundakı nəqliyyat marşrutudur. Məlumdur ki, bu marşrut Orta Dəhlizin ən qısa keçid nöqtəsini təşkil edir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər həmin yolu “Türk dünyasının qapısı” adlandırırlar. Bildirilir ki, bu dəhlizin açılması Mərkəzi Asiyadan gələn malların Türkiyə və Avropaya sürətli və effektiv şəkildə çatdırılmasına imkan verəcək. Beynəlxalq təşkilatların tədqiqatlarına görə, Zəngəzur Dəhlizi tam fəaliyyətə keçdikdən sonra bu dəhliz vasitəsilə illik 2 milyon ton yük daşınması gözlənilir ki, bu, Orta Dəhlizin tranzit imkanlarını daha da artıracaq.

Nazirlərin üçtərəfli görüşündə başqa bir mühüm nəqliyyat xətti də müzakirə olunub. Qeyd olunub ki, Bakı – Tbilisi – Qars dəmir yolu və logistika mərkəzlərinin inkişafı kimi əsas layihələr Orta Dəhliz üzərində ticarət axınlarını sürətləndirəcək. Qeyd olunub ki, Dünya Bankının hesablamalarına görə, bu istiqamətdə infrastruktur layihələrinə 2030-cu ilə qədər 10 milyard ABŞ dolları səviyyəsində investisiya qoyulacağı gözlənilir. Bu da regionda iqtisadi artımı sürətləndirəcək və ticarət əlaqələrini daha da möhkəmləndirəcək.

Qısası, Ankara Bəyannaməsi Azərbaycan, Türkiyə və Özbəkistanı daha sıx iqtisadi və nəqliyyat əməkdaşlığına yönəldən razılaşma olmaqla Orta dəhliz və Zəngəzur dəhlizlərinin inkişafına dəstək verəcək. Dəhlizlər vasitəsilə tranzit daşımalarının artması ölkələrin TDT daxilində ticarət dövriyyəsini yüksəldəcək, daha sürətli və sərfəli nəqliyyat marşrutları təmin edəcək. Orta Dəhliz vasitəsilə Çin və Avropa arasındakı ticarətin artması TDT ölkələri arasında ticarət dövriyyəsinin 2025-ci ildə hədəflənən 100 milyard ABŞ dollarına çatdırılmasında həlledici əhəmiyyətə malikdir.

Sonda xatırladaq ki, Ankara Bəyannaməsi barədə söz açarkən ötən il iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi”ni yada salmamaq mümkün deyil.

Çünki Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdiyi “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün “Qarabağ Bəyannaməsi”nin 5-ci bəndində deyilir:

“Tərəflər ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa- – Türkiyə – Cənubi Qafqaz – Mərkəzi Asiya – Çini birləşdirən Trans – Xəzər Beynəlxalq Şərq – Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar”.

“Qarabağ Bəyannaməsi”ndə qarşıda duran vəzifələrin icrası məqsədi ilə müvafiq qurumlara konkret tapşırıqlar da verilmişdir: “Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar”.

Fikrimizcə, Ankarada təşkil olunmuş görüş və imzalanmış Bəyannamə məhz “Qarabağ Bəyannaməsi”nin icrası istiqamətində atılan addımlardandır.

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri