Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Türk Dünyası Kiprdə bir araya gəlir

Türk Dünyası Kiprdə bir araya gəlir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti və ŞKTR Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ŞKTR-da “Türk Dünyası Novruz Festivalı” keçirəcək.

525.az xəbər verir ki, bu barədə cəmiyyətin sədri Orxan Həsənoğlu məlumat verib.

“19-23 mart 2025-ci il tarixləri arasında keçiriləcək Festivala  Türkiyə BMM-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə BMM-ŞKTR Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Orxan Ərdəm və qrup üzvü millət vəkilləri Əhmət Ərbaş və Hüseyin Yaman iştirak edəcəklər. Ayrıca olaraq  Azərbaycan-ŞKTR Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və qrup üzvü Musa Quliyev qatılacaqlar. Eyni zamanda Azərbaycan ilə birlikdə TÜRKSOY dəstəyi ilə qazax, özbək, qırğız sənətçilər musiqili qonaqlarımız olacaqlar”, - deyə o bildirib.

Orxan Həsənoğlunun sözlərinə görə, Türk Dünyası Novruz Festivalı tədbirləri iki ayrı şəhər və üç bölgədə keçiriləcək. Belə ki, festivalın rəsmi açılışı 20 mart 2025-ci il tarixdə ŞKTR ən böyük mədəniyyət mərkəzlərindən biri olan, Gazimağusa şəhərində yerləşən Rauf Denktaş Mədəniyyət və Kongress Mərkəzində baş tutacaq. Festivalın ikinci günü isə ŞKTR-da təhsil alan yerli və əcnəbi tələbələrin çoxluq təşkil etdiyi Girnə şəhərində Beynəlxalq Final Universiteti Kampüsündə keçiriləcək. Festivalın bağlanış mərasimi isə Lapta bölgəsində yerləşən Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirlərə ŞKTR prezidenti Ərsin Tatar, Baş nazir Ünal Üstel, ŞKTR Parlamentinin sədri Ziya Öztürklər, ŞKTR nazirləri, millət vəkilləri, yerli QHT və media mənsubları qatılacaqlar. Bunlarla birlikdə ŞKTR yaşayan Türk Dilli xalqların nümayəndələri və çox sayıda əcnəbi tələbə dəvət olunublar. 

Türk Dünyası Novruz Festivalı zamanı TÜRKSOY-un dəstəyi ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Kipr və Türkiyədən sənətçilər dəvət olunub. Ölkəmizi festivalda millət vəkilləri ilə birlikdə Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə Abdullayeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Nicat Kazım, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Flarmoniyasının solisti Zülfüqar Mahmudov və Naxçıvan Dövlət Flarmoniyasının solisti Əfsanə Babayeva milli musiqilərimiz ilə töhfə verəcəklər.

Festival günlərində həmçinin ölkəmizi tanıtmaq məqsədi ilə stentlər qurulacaq. Milli mətbəximizdə Novruzun simvolu olan şirniyyatlar qonaqlara təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri