Türk Dünyası Strateji Düşüncə Mərkəzinin İdarə Heyətinin sədri Ədəbiyyat Muzeyinin qonağı olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 may, AZƏRTAC
Türk Dünyası Strateji Düşüncə Mərkəzinin (TÜMER) İdarə Heyətinin sədri Onur Beyhanın rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı Azərbaycan ədəbiyyatı ilə tanış olan qonaqlar klassik ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə daha çox maraq göstəriblər. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmovanın müşayiəti ilə keçirilən ekskursiyada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər klassiklərin irsi barədə müfəssəl məlumat verilib.
Sonda muzeyin rəylər və təəssüratlar kitabına “Azərbaycan tarixini yenidən yaşamış kimi oldum” – ürək sözlərini qeyd edən qonaqlar Azərbaycanın zəngin ədəbi irsinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















