Icma.az
close
up
RU
“Türk dünyası TV” günün media çağırışıdır

“Türk dünyası TV” günün media çağırışıdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu layihənin gerçəkləşməsi ortaq türk informasiya məkanının formalaşmasına təkan verəcək

Müasir texnologiyaların mediaya təsirlərinin müşahidə edildiyi çağdaş dönəmdə Türk dövlətlərinin ortaq elektron media seqmentinin yaradılması məsələsi yenidən gündəmdədir. Süni intellekt kimi operativ alqoritmdən də istifadənin nəzərdə tutulduğu ortaq layihə ətrafında müzakirələr hələ 2014-cü ildə başlamışdı.

Həmin il Türk Şurasının qərarı ilə türk dövlətlərinin birgə televiziya kanalının yayımlanması istiqamətində işlərə start verilsə də, yeni telekanalın 2016-cı ildə yayıma çıxacağı hədəflənsə də, naməlum səbəblərdən layihə reallığa çevrilmədi. Sonrakı illərdə bu ideya Türk dövlətlərinin media əməkdaşlığı gündəliyində öz aktuallığını qoruyub saxladı. Bu məsələ IV Şuşa Qlobal Media Forumundakı bəzi çıxışlarda da səsləndirildi. Bəs Türk dünyasının ortaq telekanalı necə olmalıdır? Bu elektron media tamaşaçı ilə türk dilinin hansı ləhcəsində “danışmalıdır”? Bu yazıda ekspertlərlə bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, avqustun 24-29-da Özbəkistanda təşkil olunan Beynəlxalq Media Forumu media əməkdaşlığının sərhədlərinin genişləndiyini göstərdi: “Daşkənd və Səmərqənddə “İslam sivilizasiyası: yeni baxış-yeni kəşflər” devizi ilə təşkil olunan tədbirə 50-yə yaxın ölkədən təxminən 300 media nümayəndəsi, ekspertlər, televiziya rəhbərləri, prodüserlər qatıldı. Forumun məqsədi tarixi və mədəni irsin yeni media, kino, rəqəmsal platformalar, süni intellekt və digər kommunikasiya vasitələri ilə dünya auditoriyasına çatdırılmasıdır. Bu geniş beynəlxalq tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı xüsusi diqqət çəkib. Nümayəndə heyətimiz forumda sıradan iştirakçı kimi deyil, beynəlxalq media dialoqunun təşkili sahəsində əhəmiyyətli təcrübəsi olan ölkənin təmsilçiləri kimi qatılıb. Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya və media gündəliyində mühüm brendə çevrilib. 2026-cı ildə sayca 4-cü Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilatın təmsil olunması bunun əyani nümunəsidir”.

Media ekspertinin fikrincə, Azərbaycan və Özbəkistanın bu sahədəki təcrübələrinin bir-birini tamamlaması belə bir həqiqəti ortaya qoyur ki, Türk dünyası artıq beynəlxalq səviyyəli media forumları təşkil etmək, qlobal informasiya gündəliyinə çıxmaq və bu platformalar üzərindən öz mədəni-siyasi mesajlarını dünyaya çatdırmaq potensialına malikdir: “İndi strateji hədəf ayrı-ayrı təcrübələri vahid əməkdaşlıq müstəvisində birləşdirməkdir. Siyasi, iqtisadi və mədəni yaxınlaşmanın davamlı olması üçün informasiya məkanında da qarşılıqlı əlaqələr genişlənməli, ortaq layihələr həyata keçirilməlidir. Bu baxımdan Azərbaycan-Özbəkistan media əməkdaşlığının Türk Dövlətlər Təşkilatı kontekstində genişləndirilməsi, perspektivdə müştərək media platformalarının təməlinin atılması, xüsusi olaraq Türk dünyasının ortaq televiziya platformasının yaradılması artıq sadəcə nəzəri ideya deyil, strateji zərurət kimi qiymətləndirilməlidir”. Onu da qeyd etmək vacibdir ki, son illər Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə türk dövlətləri arasında həm media, həm də QHT əməkdaşlıq platformaları yaradılıb. Azərbaycan–Özbəkistan, Azərbaycan–Qazaxıstan, Azərbaycan–Türkiyə media əməkdaşlığı platformalarının qurulması bu prosesin mühüm istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, indi dövlətlərarası münasibətlər yalnız siyasi və iqtisadi təmaslarla məhdudlaşmır, ictimai və informasiya əlaqələri üçün də yeni institusional imkanlar yaranır. Bu prosesin əhatə dairəsinin genişlənməsi üçün yeni təşəbbüslərin yarandığını nəzərə çatdıran M.Ələsgərli ikitərəfli əməkdaşlıq formatlarından daha geniş regional və beynəlxalq platformalara keçidin baş verdiyini dedi: “Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığının inkişafı, Türk Xəbər Agentlikləri Birliyinin yaradılması, media üzrə koordinasiya mexanizmlərinin formalaşdırılması və QHT-lərin vahid əməkdaşlıq platformasının təsis edilməsi prosesdə mühüm mərhələdir. 2025-ci ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının ilk rəhbərliyinin Azərbaycana həvalə olunması və daimi qərargahının Bakıda yerləşdirilməsi Azərbaycanın bu prosesdə fəal rolunu göstərən nümunələrdəndir. Azərbaycan–Özbəkistan əməkdaşlığı belə layihələrin sınaq və inkişaf meydanlarından biridir”.

Türk dünyasının ortaq televiziya kanalını formalaşdırmaq ideyasına toxunan ekspert rəqəmsal texnologiyaların, peyk yayımının, onlayn platformaların və süni intellekt əsaslı tərcümə imkanlarının inkişafının belə bir layihənin texniki baxımdan həyata keçirilməsini əlçatan etdiyini vurğuladı: “2025-ci ildə Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində də ortaq beynəlxalq televiziyanın yaradılması məsələsinin həll olunmasının vaxtının çatdığı açıq şəkildə vurğulanmışdı. Əgər 2014-cü ildə əsas sual “belə bir kanal yaratmaq mümkündürmü?” idisə, 2026-cı ildə “mövcud imkanları necə birləşdirib bu layihəni həyata keçirmək olar?” şəklinə düşüb. Bu televiziya yalnız xəbərlərin yayımlandığı növbəti media qurumu olmamalıdır. O, Türk dünyasının ortaq informasiya məkanının, mədəni və humanitar əlaqələrinin, iqtisadi imkanlarının və beynəlxalq proseslərə dair baxışlarının təqdim olunduğu peşəkar media platformasına çevrilə bilər”.

...Başlanğıc işin yarısı deməkdir. Türk dünyasının ortaq televiziya kanalının fəliyyətə başlaması eyni kökdən gələn xalqlar arasında canlı körpü olmaqla yanaşı, böyük hədəfə – Turan birliyinə ən böyük töhfəni verməyə qadir tribuna rolunu oynayacağına şübhə etmirik.

Tofiq ABBASOV,
teleaparıcı, siyasi icmalçı

Ümumiyyətlə, Türk dünyasının vahid informasiya məkanının yaradılması olduqca vacib məsələdir. Bunu zəruri edən əsas amil Türk coğrafiyasındakı cəmiyyətlərin daim bir-birindən xəbər tutması məsələsidir. İnformasiya dəhlizlərinin mövcudluğu önəmlidir, amma bununla yanaşı, birgə layihələrin reallaşdırılmasına da ehtiyac var. Televiziya kanalına gəldikdə isə, bu platforma xüsusi əhəmiyyətə malikdir. Çünki teleməkan kifayət qədər böyük auditoriyanı əhatə edir və burada maraqlı kontentlərin, qarşılıqlı cazibə doğuran reportajların, süjetlərin yayımlanması böyük effekt doğuracaq. Hesab edirəm ki, bu layihədə diqqəti çəkən əsas məsələ yayımın dilidir. Ortaq türk dili barədə nə qədər danışsaq da, hələlik buna nail olmamışıq. Türk dünyasının vahid telekanalında milli-etnik dillərin hərəsinin öz bölümü yaradılmalıdır. Nümunə kimi Londonun BBC informasiya korporasiyasının üslubundan yararlana bilərik. Orada müxtəlif dillərdə əlahiddə redaksiyalar fəaliyyət göstərir. “Amerikanın səsi” rediosunda da eyni yanaşma var. Bəli, bu, çoxfunksional sxem həll yollarından biri kimi tətbiq edilə bilər. Ya həmin televiziyanın türk respublikalarının paytaxtlarında öz nümayəndəliyi, ya da seçilmiş vahid şəhərdə hər bir ölkənin özünün təmsilçiliyi fəaliyyət göstərməlidir. Əlbəttə, bu layihənin reallaşmasından ötrü siyasi qərar verilməlidir. Televiziya texnologiyası həddən artıq inkişaf edir və bu sahəyə ciddi investisiya qoyulmalıdır. Digər tərəfdən, rəqəmsallaşma, sosial şəbəkələrlə rəqabət mütləq nəzərə alınmalıdır.

Türk dünyasının vahid telekanalı milli respublikalar arasında sıx əməkdaşlığı, cəmiyyətlərin inteqrasiyasını təşviq və təbliğ edəcək. Eyni dalğaya köklənən türkdilli xalqlar öz aralarında korporasiyanı inkişaf etdirməklə həm vahid informasiya siyasətini reallaşdıra, həm də bir-birilərini daha yaxından tanımağa xidmət edəcək ortaq yayımı formalaşdıra bilər. Efir məhsullarının mübadiləsini də nəzərdə tutan belə bir model var və onun tətbiqinin məqamı yetişib.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri