Icma.az
close
up
RU
Türk dünyası üçün yeni bir yol xəritəsi

Türk dünyası üçün yeni bir yol xəritəsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti təqdimatı olan Şuşa Bəyannaməsinin dördüncü ildönümünü qeyd etməyə hazırlaşırıq. Bu tarixi addımın 15 İyun- Milli Qurtuluş Günündə atılması özündə bütün çağırışları ehtiva edir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar əsasında, həmçinin Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” olmağımızın yeni bir sübutudur.

Tarixi Zəfərimizdən ötən beş ilə yaxın dövrün hadisələrinin xronologiyasına diqqət yetirdikdə hər bir önəmli məqamda Türkiyə və Azərbaycan Prezidentlərinin biri-birinin yanında olduğunu böyük qürur hissi ilə qeyd edirik. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının imzalanmasından sonra Azərbaycanın Qələbəsinin, hərbi qüdrətinin, eyni zamanda, ermənilərin illərdir apardıqları «yenilməz erməni odusu» mifinin dağılmasının dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya nümayiş olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirdikləri görüşdən sonra mətbuata bəyanatında səsləndiridyi fikirləri bir daha yada salmaq istərdik: “Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.”
Bu gün Türkiyə- Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Şuşa Bəyannaməsi iqtisadi və enerji əməkdaşlığı, dostluğu olmaqla yanaşı, həm də türk dünyası üçün yeni bir yol xəritəsi kimi qəbul edilir. Türkiyə və Azərbaycan birliyini bir daha bütün dünyaya nümayiş etdirən bu Bəyannamə əsrlərdir davam edən qardaşlığımızın rəsmiləşdirilməsidir.
Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri