Türk dünyası yeni bir intibah dövrünə qədəm qoyur SƏFİR
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün biz böyük qürur, sevinc və ümid hissi ilə gənclərimizin gözlərinə baxaraq gələcəyə daha inamla baxırıq. Çünki Türk dünyası son illərdə yenidən yüksəliş mərhələsinə qədəm qoyub. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Deneyap” proqramı iştirakçılarının Məzun günündə çıxışı zamanı deyib. Diplomat qeyd edib ki, Türk dünyası tarixində ən parlaq dövrlərindən birini XVI əsrdə İstanbuldan Səmərqəndədək olan geniş coğrafiyada elmin, innovasiyanın və mədəniyyətin intibah dövrünü yaşayıb. “O dövrdə Əliquşçu, Uluqbəy kimi alimləri yetişdirən məhz həmin dövrün ruhu idi. İndi əsrlər sonra, XXI əsrdə biz bu ruhu yenidən canlandırmaq, bu fürsəti yenidən yaşamaq ərəfəsindəyik”, – deyə səfir bildirib.
Birol Akgün vurğulayıb ki, Türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur: “Bu üfüqü genişləndirən, çağdaş texnologiyaları bilən, gələcəyə baxışı olan, öz mədəni kökləri ilə əlaqəni itirmədən müasir innovasiya mədəniyyətini mənimsəyən yeni türk gəncliyidir”.
Səfirin sözlərinə görə, bu məqsədlə gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deney Yap” atelyeləri mühüm rol oynayır: “Bu təşəbbüslər Türk dünyasının inkişaf və tərəqqi ruhuna verilən dəyərli töhfədir. Birol Akgün, həmçinin “T3” Fondunun rəhbəri Selçuk Bayraktarın Türkiyədə “Teknofest nəsli” adlandırılan yenilikçi, texnologiyaya açıq, müasir dünyada rəqabətə qadir yeni insan potensialının yetişdirilməsində önəmli rol oynadığını qeyd edib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:46
Baxış sayı:46 Bu xəbər 31 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















