Icma.az
close
up
RU
“Türk dünyasında yeni mərhələ: ortaq əlifba və mədəni birliyin güclənməsi“ “Независимая газета“

“Türk dünyasında yeni mərhələ: ortaq əlifba və mədəni birliyin güclənməsi“ “Независимая газета“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Ərdoğanın təşəbbüsü ilə türk xalqlarının vahid əlifba və mədəniyyət layihəsi yeni mərhələyə qədəm qoyur..."

Türk dünyasında mədəni və dil birliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə dəstək qazanmağa davam edir.

Moderator.az xəbər verir ki, bu barədə "ng.ru" nəşri yazıb.

Nəşr yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə irəli sürülən vahid türk əlifbası ideyası artıq BMT və UNESCO platformalarında da qəbul olunur.

15 dekabr tarixi türk xalqları üçün rəmzi bir gün kimi tarixə düşüb. Məhz bu tarix ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunub. Qərar UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilib və bu təşəbbüs birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.

Ortaq əlifba ilə ortaq gələcək

Ərdoğan uzun müddətdir türk xalqları arasında mədəni inteqrasiyanın dərinləşdirilməsi üçün vahid türk əlifbasının tətbiqini təşviq edir. Bu ideyanın praktik təzahürü kimi Türk Akademiyası türk ədəbiyyatının iki böyük əsərini - Abay Kunanbayevin "Nəsihət sözləri" və Çingiz Aytmatovun "Ağ gəmi" romanını ilk dəfə ümumtürk əlifbası ilə nəşr edib.

BMT Xəbərlər Xidməti bu tarix seçiminin rəmzi məna daşıdığını vurğulayaraq xatırladıb ki, 15 dekabr 1983-cü ildə danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını deşifrə etdiyini elan edib. Bu yazılar VIII əsrdə qədim türklər tərəfindən yaradılıb və bu gün Avrasiya boyunca onlarla xalqı birləşdirən dil irsinin əsasını təşkil edir.

Türk dövlətlərinin dəstəyi və beynəlxalq legitimlik

Ərdoğanın bu təşəbbüsü Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri tərəfindən dəstəklənib. Daha sonra isə UNESCO-nun Səmərqənddə keçirilən 43-cü Baş Konfransında 21 ölkə bu ideyaya səs verib.

UNESCO Ümumdünya Türk Dilləri Gününü elan etməklə dil əməkdaşlığının, mədəni yaxınlaşmanın və sivilizasiyalararası dialoqun əhəmiyyətini xüsusi olaraq önə çəkib. Bu gün çərçivəsində sərgilər, elmi konfranslar, açıq müzakirələr, ədəbi və poeziya gecələri təşkil olunacaq.

"Türk dünyasının baxışı" və siyasi simvolizm

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası "Türk dünyasının baxışı" adlı strateji sənəd təqdim etməyə hazırlaşır. Bu sənəd türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq mexanizmlərini əks etdirəcək və ən mühüm məqam ondan ibarətdir ki, bu, vahid türk əlifbası ilə yazılmış ilk siyasi sənəd olacaq.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin sözlərinə görə, yeni əlifba ilə nəşr edilən klassik əsərlər "türk dünyasının mədəni birliyinin canlı təcəssümüdür". O, Ərdoğanın tez-tez vurğuladığı fikri xatırladıb: "Ortaq əlifba birliyimizin möhkəmlənməsinə aparan yoldur".

Genişmiqyaslı layihələr və strateji baxış

Hazırda Türk Akademiyası türk xalqlarının tarixi, dili və mədəniyyəti üzrə 40-dan çox elmi layihə həyata keçirir. Bu il təkcə 50 kitab, o cümlədən dövlət başçılarının tapşırığı ilə hazırlanan "Türk ölkələrinin tarixi" əsəri nəşr olunub.

Bununla yanaşı, Türkiyə rəhbərliyi ilə türk dünyasının vahid xəritəsinin hazırlanması üzərində də iş aparılır. Türkiyə Milli Müdafiə Nazirliyinin general-mayoru Osman Alp bu xəritənin türk birliyinin, tarixi bağların və mədəni əlaqələrin gücləndirilməsi üçün  güclü rəmz və alət olacağını bildirib.

Geosiyasi müzakirələr fonunda Ankara amili

Məqalədə bəzi rusiyalı ekspertlərin bu prosesləri tənqidi qiymətləndirdiyi də qeyd olunur. Onlar bu təşəbbüsləri Mərkəzi Asiyanın Rusiyadan uzaqlaşması kontekstində dəyərləndirsələr də, reallıq ondan ibarətdir ki, Ankara öz siyasətini yumşaq güc, mədəni inteqrasiya və ortaq kimlik üzərindən qurur.

Türkiyə bu təşəbbüslərlə türk dünyasında ortaq dəyərlərə əsaslanan yeni bir mədəni-siyasi məkan formalaşdırmağa çalışır və bu prosesin mərkəzində məhz Rəcəb Tayyib Ərdoğanın şəxsi iradəsi və strateji baxışı dayanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri