Icma.az
close
up
RU
Ortaq Türk Əlifbası yenidən gündəmdə 100 illiyə yeni əlifba ilə...

Ortaq Türk Əlifbası yenidən gündəmdə 100 illiyə yeni əlifba ilə...

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Ortaq Türk Əlifbasının yaradılması yenidən gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, əlifbanın yaradılması ilə Çingiz Aytmatovun əsərləri, eləcə də Oğuznamələr həmin əlifba ilə yenidən çapa veriləcək.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva mövzu ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, Ortaq Türk Əlifbasının ən sevindirici cəhəti Azərbaycanın orada təmsil olunmasıdır:

“Əlifbanın qəbul edilməsi məsələsi hamımızın arzusu idi. Ən sevindirici cəhətlərdən biri budur ki, Azərbaycan əlifbası bütövlükdə ortaq Türk əlifbasında təmsil olunur. 

Hazırda bəzi Türk dillərində "ə" səsi olsa da, "ə" hərfi yoxdur. Azərbaycan dilində "h" səsi var, amma o səsin yazılı işarəsi, eyni dil ailəsində olan digər Türk dilində  "h" və "ş" hərfləri ilə əvəzlənir. Məsələn, biz "arxiv" deyirik, Türkiyə türkcəsində "arşiv" deyirlər, biz "xəbər" deyirik, Türkiyə türkcəsində "haber" və s.  Lakin kimliyindən asılı olmayaraq, azərbaycanlı, özbək, türk, türkmən əlifbada öz dilində istifadə etdiyi bütün səslərin yazılı işarəsini görmək istəyir. Əgər söhbət ortaqlıqdan gedirsə, bu sözün əsl mənasında ortaq olmalıdır.

Əlifbada sağır nun hərfinin yazılı işarəsi də özbək dilinə xas olan formada öz əksini tapdı. Bu da sevindiricidir ki, hətta bizim dilimizdə tələffüz olunan bir səs də, orada təmsil olunur. Bu onu deməyə əsas verir ki, sözün həqiqi mənasında ortaq Türk əlifbası yaradılır. 

1926-cı ildə Bakıda birinci türk qurultayı keçirildi. Oraya gələn bütün türklərin ən böyük arzusu ortaq türk əlifbası, ortaq türk dəyərlərimizin, ədəbiyyatımızın və mədəniyyətimizin ortaqlaşdırılması məsələsi idi. Çox sevinirəm ki, artıq biz ikinci Türk qurultayına - yəni 2026-cı ildə keçiriləcək Türk qurultayının 100 illiyinə artıq ortaq türk əlifbasının qəbul edilməsi ilə gedirik.

Biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatının, cənab Prezidentin də vurğuladığı kimi, Türk dövlətlərinin birliyi məsələsi artıq ortaq türk əlifbasının reallaşmasına, onun tətbiqinə birbaşa yol açdı, istiqamət verdi. Bizim xalqlarımızın, mədəniyyətlərimizin, ədəbiyyatlarımızın birliyinin əsasında da, elə ortaq Türk əlifbası dayanır və dayanacaq”. 

Filologiya elmləri doktoru, professor Nadir Məmmədli Lent.az-a açıqlamasında qeyd edib ki, ortaq türk əlifbasının qəbul olunmasının mütərəqqi tərəfləri çoxdur:

“Bir vaxtlar türkdilli xalqların hamısı ərəb əlifbasından istifadə edirdilər. Xüsusilə, Türkiyə, Özbəkistan, Türkmənistan, hətta Tatarıstan türkdilli xalqları birləşdirirdi. Sait səslərin olmaması onlara çox kömək edirdi. Eyni əlifbada Cəlil Məmmədquluzadənin Molla Nəsrəddin jurnalı çıxırdı, Hindistanda, Kərkükdə onu oxuya bilirdilər. Əgər bu, orta əlifba qəbul olunsa, yenə həmin vəziyyət yarana bilər. Eyni hərflərdən istifadə ilə çətinliklər aradan qalxacaq. 

Çətinlik sadəcə hərf sayında yarana bilər. Məsələn hansısa xalqlar daha çox hərf istəyə bilərlər. Qazax dilində “ü” hərfinin bir neçə forması var. Lakin ortaq türk əlifbasında bu problemi aradan qaldırmaq üçün Azərbaycanda olduğu kimi - k hərfinin iki səsi (ke və ka) bildirməsini xüsusi qrafik işarə ilə fərqləndirmək olar. 

Şübhəsiz ki, bu ortaq əlifbanın qəbul olması bütün türkülü xalqlar üçün çox önəmli addımdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri