Icma.az
close
up
RU
Türk dünyasının dil birliyinə dəyərli töhfə AZƏRTAC

Türk dünyasının dil birliyinə dəyərli töhfə AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 yanvar, AZƏRTAC

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” adlı kitabı Türkiyədə nəşr olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, kitabda türklər arasında əlifba və ünsiyyət problemləri müasir türkologiya elmi baxımından xüsusi əhəmiyyətli bir mövzu kimi təqdim edilir. Türk dünyasında ortaq ünsiyyət dili ilə bağlı müəyyən irəliləyişlər əldə edilsə də, əlifba və imla problemlərinə dair sistemli və hərtərəfli yanaşmanın hələ də formalaşdırılmaması diqqətə çatdırılır. Müəllif vurğulayır ki, mədəni birliyin təmin edilməsi üçün, ilk növbədə, ortaq əlifba və orfoqrafiya qaydalarının hazırlanması zəruridir.

Kitabda Türk dünyasında ortaq əlifbanın qəbul edilməsinin əhəmiyyəti geniş təhlil olunur. Bu yanaşmanın türk xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirəcəyi, inteqrasiya proseslərini sürətləndirəcəyi və elmi-tədqiqat işlərinin daha effektiv şəkildə koordinasiyasına töhfə verəcəyi qeyd edilir. Ortaq əlifba təkcə türk xalqlarının birliyinə deyil, həm də türk dilinin beynəlxalq miqyasda daha geniş yayılmasına və türkologiya elminin qlobal səviyyədə təsir imkanlarının artmasına şərait yaradacaq.

Türk dünyasında əlifba və imla problemlərinin həlli sadəcə dil məsələsi olmaqdan çıxaraq, həm də mədəni və strateji bir yanaşma kimi böyük əhəmiyyət kəsb edir. Müəllif qeyd edir ki, türklər arasında ortaq yazı sisteminin formalaşdırılması dildəki müxtəlifliyi qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada birləşdirilməsini də nəzərdə tutur.

Kitab tanınmış türkoloq alim, professor Şükrü Haluk Akalının elmi redaktorluğu ilə Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatı tərəfindən çap olunub. Əsər Türk dünyasının birliyini gücləndirmək üçün dil və mədəniyyət sahəsində atılacaq addımlara dəyərli töhfədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:342
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri