Icma.az
close
up
RU
Türk dünyasının mədəni irsinin böyüklüyünü əks etdirən unikal layihələr təqdim edilib

Türk dünyasının mədəni irsinin böyüklüyünü əks etdirən unikal layihələr təqdim edilib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbir çərçivəsində: Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış – 2040” və “TÜRKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair Kataloq; Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk Dövlət Başçılarının dəstəyi əsasında Fond tərəfindən həyata keçirilən çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiya nəşrinin təqdimatı baş tutub.

Təqdimatın davamında 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr - Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.

Təqdimat mərasiminin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin təşkilatçılığında göstərilən dəstəyə və qonaqpərvərliyə görə YUNESKO-ya və Özbəkistan Respublikasına dərin minnətdarlığını ifadə edib.

Fond tərəfindən nəşr olunan “Türk Dünyasının Mədəni Kodu” adlı çoxdilli Kataloq və çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiyası haqqında çıxış edən xanım Aktotı Raimkulova, Türk dünyasının mənəvi körpüsünə çevrilən bu layihələrin ərsəyə gəlməsində əməyi olan mütəxəssisləri, alimləri və Məşvərət Komitəsinin üzvlərini səmimi-qəlbdən təbrik edib, onlara bu yolda göstərdikləri əzm və fədakarlıqlarına görə təşəkkürünü bildirib.

Tədbir çərçivəsində çıxış edənlər arasında Fondun “Türk Dünyasının Mədəni Kodu” kataloqunun layihə kuratoru Rüstəm Müzəffərov, eləcə də Özbəkistandan tanınmış alim, “Türk Folklor İrsi” Antologiyasının hazırlanmasında iştirak edən Jabbor Eşonqulov yer alıblar. Onlar təqdim olunan nəşrlərin əhəmiyyətini vurğulayaraq, bu layihələrin təşəbbüskarı olan Türk Mədəniyyəti və İrsi Fondunun fədakar fəaliyyətini və Türk dünyasının mədəni irsinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Fəxri qonaq qismində Qırğız Respublikasının Prezidentinin müşaviri Arslan Qoyçiyev, Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, professor Kürşad Zorlu, Özbəkistan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov iştirak ediblər. Onlar bu tarixi qərarın Türk dillərinin zənginliyinin və ortaq mənəvi köklərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tədbirin həyata keçirilməsində Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri və səylərini yüksək qiymətləndiriblər.

Təqdimat zamanı çıxış edənlər arasında Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov, Türkmənistanın Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Maksat Çariyev, eləcə də Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliyinin müavini xanım Kinqa Simon yer alıblar. Tədbirdə həmçinin Qazaxıstan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Askar Abdraxmanov, Qırğız Respublikasının Fransa Respublikasındakı səfiri və YUNESKO yanında Daimi Nümayəndəsi Sadık Şer-Niyaz, Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasının məsul baş katibi Sabira Soltongeldiyeva, Türkiyə Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Gülnur Aybet, Özbəkistan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Kamol Muxtarov, YUNESKO-nun Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz, UNESCO-nun Almatıdakı Regional ofisinin direktoru Amir Piriç, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) direktoru Evren Rutbilaktiv iştirak ediblər.

Təqdimat mərasimində eyni zamanda Belçika, Ekvador, Fransa, Latviya, Oman, Qətər, Venesuela və Çexiyanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin təmsilçiləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri, Türk mədəniyyətinə və irsinə maraq göstərən əcnəbilər və media nümayəndələri iştirak ediblər.

Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “TURAN” ansamblının solistlərinin ifası ilə davam edib. Türk musiqi sənətinin parlaq nümunələrini səsləndirən solistlərin çıxışı mərasimin ən yaddaqalan və təsirli anlarından birinə çevrilərək tədbirin parlaq məqamı olub və iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see237

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see128

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see127

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri