Icma.az
close
up
RU
Boradigahın ruhunu əks etdirən kitab

Boradigahın ruhunu əks etdirən kitab

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Boradigah iqtisadiyyatına, mədəniyyətinə, əhalisinin ictimai-siyasi fəallığına, ziyalılarına və məktəbinə, habelə coğrafi mövqeyinə görə respublikamızın ən tanınmış qəsəbələrindən biridir.Buradan bir əlini uzatsan Xəzər dənizinə, o biri əlini uzatsan güllü-çiçəkli Talış dağlarına çatar.

Gözəlliklər diyarı olan bu qəsəbə füsunkar təbiətə malik olub, dənizlə meşənin qovuşduğu gözəlliklərin mərkəzində durur. Mənə doğma olan bu yerdən yazmaq həm məsuliyyətli, həm də şərəflidir. Həmin məsuliyyəti tanınmış jurnalist, mahir qələm ustası Sücəddin Şərifov öz üzərinə götürmüşdür. Bu yaxınlarda o mənə Boradigaha həsr etdiyi yenicə çapdan çıxan kitabını hədiyyə etdi. »Boradigah tarixi qaynaqlarda» adlanan bu monoqrafik kitab mənim orta təhsil aldığım, bir gənc kimi formalaşdığım, mənə çox əziz olan yurd-yuvamıza həsr olunmuşdur. Müəllif kitabın girişində bu əsərini Boradigahın tarixi kimi səciyyələndirsə də, kitabla tanış olduqdan sonra əmin oldum ki, ensiklopedik, tarixi, bədii, ictimai-siyasi bilgilərlə zəngin olan bu kitab Boradigahın özüdür.

Bu kitabda nələr yoxdur?

Böyük həcmli kitabda verilən məlumatlar söz yığını olmayıb, faktlara, canlı şahidlərin söhbətlərinə, müəllifin şəxsi müşahidələrinə və axtarışlarına əsaslanır. Mən də qələm adamı olduğumdan həmin faktların toplanmasına nə qədər enerji tələb olunduğunu, ayrı-ayrı insanlarla söhbətlərin nə qədər səbr və danışdırmaq ustalığı tələb etdiyini təsəvvür edirəm. Böyük zəhmətin, gərgin işin, inadkar axtarışın məhsulu olan bu kitab qəsəbəmizin keçmişi, bu günü haqqında məlumatlar verməklə yanaşı, onun gələcəyini proqnozlaşdırır. Böyük bir məsuliyyətli işi öz üzərinə götürən müəllif əsil Boradigahlı kimi bu işin öhdəsindən şərəflə gələ bilmişdir. Məncə Boradigahın əxlaqını və ruhunu özündə əks etdirən bu kitab bütün Boradigahlıların və Boradigahı sevənlərin evində kitab rəfinin bəzəyi, gəlin köçən qızlarımızın ən qiymətli cehizi olmalıdır. Əsərin müəllifi Sücəddin bəy isə məncə bu kitabı yazmaqla, doğma yurda əvəzsiz xidmət göstərmiş, Boradigahın fəxri vətəndaşı hüququnu qazanmışdır.

Vaqif Nəsir
Fizika-riyaziyyat elmləri doktoru, professor, AYB-nin üzvü, Y. Məmmədəliyev mükafatı laureatı

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see330

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see318

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see314

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see307

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see305

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see275

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see269

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see231

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see205

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see203

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see200

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see182

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see169

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see166

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see165

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

13 Oktyabr 2026 18:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri