Türk dünyasının tariximədəni irsinin tədqiqi məsələsi müzakirə olunub AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 yanvar, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə Qazaxıstan Respublikası Milli Muzeyinin direktoru Berik Abdıqaliuli arasında görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər Türk dünyasının tarixi-mədəni irsinin tədqiqi və populyarlaşdırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Elmi əməkdaşlığı gücləndirəcək, türk xalqlarının mədəni irsinin daha geniş şəkildə təqdim olunmasına kömək edəcək tədbirlərin planlarına xüsusi diqqət yetirilib.
Sonda Şahin Mustafayev akademiya tərəfindən hazırlanmış nəşrlər toplusunu Qazaxıstan Milli Muzeyinə hədiyyə edib. B.Abdıqaliulu isə öz növbəsində muzeyin kolleksiyalarından qiymətli nəşrləri təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















