Icma.az
close
up
RU
Türk ekspert: Azərbaycan həm Asiya, həm də Qafqaz geosiyasətində güclənən aktor kimi diqqət çəkir

Türk ekspert: Azərbaycan həm Asiya, həm də Qafqaz geosiyasətində güclənən aktor kimi diqqət çəkir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan son illərdə diplomatiyada həm Asiya, həm də Qafqaz geosiyasətində güclənən bir aktor kimi diqqət çəkir. Xüsusilə 44 günlük Qarabağ Zəfərindən sonra Azərbaycan siyasi, diplomatik və hərbi sahələrdə daha güclü mövqe qazanıb. Bu yüksəlişi Türk Dövlətləri Təşkilatı (TDT) və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində də müşahidə edirik. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə və Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi beynəlxalq platformalarda fəal iştirakı bunun göstəricisidir. Burada Türkiyə ilə qurulan strateji əməkdaşlığın əhəmiyyəti də aydın görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan bildirib.

O deyib ki, Mərkəzi Asiyada Azərbaycan əsasən enerji, logistika və ticarət sahələrində fəal iştirak edir. Lakin gələcəkdə hərbi əməkdaşlıq və müdafiə sənayesi sahələrində də iştirak artırılacaq. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları toplantılarında əldə etdiyi status bu platformanın tamhüquqlu üzvü olduğunu göstərir və bu, Türk dünyası üçün mühüm qazancdır.

“Azərbaycan artıq hər iki regionda - həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada, supergüc və təsirli aktor kimi çıxış edir. Azərbaycanın gücü artan əhali, güclü idarəçilik, liderlik strategiyası, Xəzər və Qafqaz regionlarındakı enerji resursları və Türkiyə ilə birgə həyata keçirilən layihələrdə özünü göstərir. TANAP və digər boru xətləri Azərbaycanın strateji cazibəsini artırır.

Dünya hazırda qlobal yenidənqurma mərhələsindədir və Cənubi Qafqazda əsas aktor kimi Azərbaycan görünür. Türkiyə ilə qurulan strateji əməkdaşlıq Azərbaycanın iki müstəqil dövlətin gücü ilə hərəkət etmə qabiliyyətini ortaya qoyur. Bu, Asiyada Azərbaycanın geniş fəaliyyət imkanları yaratmasına səbəb olur.

Azərbaycan həm enerji və nəqliyyat, həm də təhlükəsizlik sahələrində açar ölkə mövqeyinə malikdir. Rəsmi Bakı türkmən qazının Türkiyəyə çatdırılmasında, Qazaxıstanın logistika keçidlərində və regional marşrutlarda strateji rol oynayır. Bu yolla Azərbaycan Avrasiyanın enerji, nəqliyyat və ticarət xəritəsində mühüm ölkə kimi çıxış edir”, - deyə G.Yavuzaslan vurğulayıb.

Azərbaycan Ordusunun artıq güclü döyüş qabiliyyətinə malik bir qüvvə kimi tanındığını deyən siyasi ekspert əlavə edib: “44 günlük Qarabağ Zəfəri bunun əyani nümunəsidir. Türkiyənin müdafiə sənayesində verdiyi dəstək də Azərbaycanın hərbi gücünü daha da artırır. Beləliklə, Azərbaycan həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada strateji təsirini artıraraq regional və qlobal miqyasda açar ölkəyə çevrilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri