Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz edib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün Kırlıkovalı Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq onu Ruben Vardanyanla bağlı mövqeyinə yenidən baxmağa çağırıb.

APA-nın xəbərinə görə, Kırlıkovalı məktubunda “X” sosial şəbəkəsində Ruben Vardanyanın həbsdə qaldığı müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyini barədə son ictimai bəyanatına münasibət bildirib.

“Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin ciddi təhlili göstərir ki, onun yüksək profilli xeyriyyəçi obrazı klassik mənada sizin “narrativ qalxan” adlandıracağınız bir vasitədir — qeyri-qanuni maliyyə fəaliyyəti və geosiyasi sabitliyin pozulması ilə bağlı reallığı gizlədən bir örtükdür”, - amerikalı tədqiqatçı vurğulayıb.

Kırlıkovalı qeyd edib ki, Nassim Nikolas Talebin Ruben Vardanyanın həbsini təqdimetmə tərzi Vardanyanın bölgədə mövcudluğu nəticəsində yaranmış kəskin siyasi qeyri-sabitliyi nəzərə almır: “Onun 2022-ci ilin sonlarında Qarabağa qəfil gətirilməsi yerli sabitliyi birbaşa sarsıtdı və bu proses onun həbs edilməsi, daha sonra isə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı qrupların yaradılması ittihamları ilə 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum olunması ilə nəticələndi”.

Ergün Kırlıkovalı diqqətə çatdırıb ki, Vardanyanın “Troika Dialog” bankı “Troika Laundromat” adlanan sxemin mərkəzində fəaliyyət göstərib: “Qlobal maliyyə qurumları və hüquqi araşdırmaçıların məlumatına görə, bu şəbəkə əsas və ikinci dərəcəli “layering” vəsaitlərin çoxpilləli şəkildə gizlədilməsi üsullarından istifadə edib, mürəkkəb ofşor sxemlər, vasitəçi banklar və saxta şirkətlər vasitəsilə Rusiyadan milyardlarla dolların qanunsuz çıxarılmasını təşkil edib, eyni zamanda son benefisiar sahibləri sistemli şəkildə gizlədib.

Bundan əlavə, bank auditləri şəbəkənin adi və heç nədən xəbəri olmayan vətəndaşlardan hüquqi şəxslərin hesablarını formal olaraq onların adına rəsmiləşdirmək üçün necə istifadə etdiyini, onların şəxsiyyətindən mürəkkəb beynəlxalq maliyyə şəbəkələri vasitəsilə kapitalın hərəkəti üçün yararlandığını ətraflı şəkildə ortaya qoyub”.

Ergün Kırlıkovalının sözlərinə görə, sistemli maliyyə pozuntularından əlavə, Vardanyanın fəaliyyəti birbaşa hüquqi və təhlükəsizlik nəticələri də doğurur.

“Siz ciddi beynəlxalq sanksiyalarla üzləşən bir şəxsin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etdiyiniz zaman, regional zorakılığı maliyyələşdirən mexanizmləri fəal şəkildə müdafiə etmiş olursunuz.

Vardanyanın keçdiyi yolu sadəcə humanitar bir mübarizə kimi qiymətləndirmək, yazılarınızda xəbərdarlıq etdiyiniz həmin “kor nöqtələr”in qurbanına çevrilmək deməkdir.

Bundan əlavə, ictimai mövqeyiniz bu münaqişənin qurbanlarına qarşı dərin tarixi empatiya çatışmazlığını göstərir. Otuz ildən artıq müddətdə Azərbaycan xalqı öz torpağında fəlakətli faciələrlə üzləşib. Bu irsə 1992–2020-ci illərdə davam edən amansız hərbi işğal nəticəsində silah gücünə doğma yurdlarından didərgin salınmış bir milyona yaxın azərbaycanlı mülki şəxs və 1992-ci il Xocalı qətliamının sənədləşdirilmiş dəhşətləri daxildir.

Bu ərazilərin azad edilməsi və 2020-ci ilin noyabrında əldə olunan atəşkəs, nəhayət, daimi və danışıqlar yolu ilə əldə ediləcək nizamlanmaya gedən yolu açsa da, davamlı sülh tam şəkildə beynəlxalq hesabatlılıqdan və hüququn aliliyindən asılıdır.

Kölgə ticarəti, qeyri-qanuni qlobal maliyyə əməliyyatları və müharibə logistikası ilə sıx bağlı olan bir oliqarxı müdafiə etmək üçün qlobal platformanızdan vasitə kimi istifadə etməklə etik mövqe nümayiş etdirmirsiniz.

Əksinə, süni şəkildə formalaşdırılmış ictimaiyyətlə əlaqələr kampaniyasının intellektual dürüstlüyünüzə xələl gətirməsinə imkan verirsiniz.

Əsl humanizm bizdən məcburi köçkünlərin və təcavüz qurbanlarının tərəfində olmağı tələb edir, onların iztirablarından qazanc əldə edən güclü maliyyəçilərin deyil.

Sizi şəxsi simpatiyanızdan istər real, istərsə də xəyali olsun kənara çıxmağa, Vardanyanın şəbəkəsinə münasibətdə öz ciddi skeptisizm meyarlarınızı tətbiq etməyə və onu müdafiə etməyinizin doğurduğu dərin etik nəticələrə yenidən baxmağa çağırıram”, - o əlavə edib.

Qeyd edək ki, 1952-ci ildə Türkiyənin İzmir şəhərində anadan olan Ergün Kırlıkovalı 1974-cü ildə İstanbulun Boğaziçi Universitetində kimya ixtisası üzrə bakalavr dərəcəsi alıb. Avstriya və Niderlandda təcrübə keçdikdən sonra 1975-ci ildə Mançester Universitetində polimer elmi üzrə magistr təhsilini başa vurub. O, 1985-ci ildə öz şirkətini yaratmazdan əvvəl San-Fransisko, Nyu-York və Los-Ancelesdə polimer şirkətlərində çalışıb. Onun təsis etdiyi şirkət B-2 və F-35 kimi təyyarələrdə istifadə olunan “görünməzlik” texnologiyası üçün polimer örtüklərin hazırlanması üzrə ixtisaslaşıb. Kırlıkovalı, həmçinin, 2011–2013-cü illərdə Türk-Amerika Assosiasiyaları Assambleyasının prezidenti olub və 2018-ci ildə “İlin nümunəvi türk-amerikalı vətəndaşı” adına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri