Türk əsilli xanım Berlində deputat oldu
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Almaniyanın paytaxtı Berlin şəhər-əyalətində keçirilən seçkilərdə Sol Partiya (Die Linke) tarixi qələbə qazanıb.
“Yeni Sabah” xəbər verir ki, partiyanın namizədi, Türkiyə əsilli siyasətçi Elif Eralpın rəhbərliyi altında partiya səslərin təxminən 25%-ni toplayaraq, birinci yeri tutub. Bu nəticə Sol Partiyanın Berlin tarixində indiyədək əldə etdiyi ən yüksək göstəricidir.
Seçki kampaniyası zamanı əsas diqqət mənzil böhranı və yüksək kirayə haqlarına yönəldilib. Eralp böyük mənzil şirkətlərinin milliləşdirilməsini vəd edib. Məlumata görə, hazırda Sol Partiya Yaşıllar və Sosial Demokrat Partiyası ilə koalisiya danışıqlarına başlamağa hazırlaşır. Dördpendirli pizza
Elif Eralp 1981-ci ildə Almaniyanın Münhen şəhərində anadan olub. Onun valideynləri 1980-ci ildə Türkiyədəki hərbi çevrilişdən sonra siyasi səbəblərə görə Almaniyaya köçüblər.
Elif Eralp ixtisasca hüquqşünasdır, Hamburq Universitetində hüquq təhsili alıb. 2010-cu ildən Berlinə köçüb və Sol Partiyanın hüquq siyasəti üzrə məsləhətçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Sentyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















