Icma.az
close
up
RU
Türk gənc fəallar COP29u ətraf mühit sahəsində təcrübənin toplanması üçün mühüm töhfə adlandırıblar AZƏRTAC

Türk gənc fəallar COP29u ətraf mühit sahəsində təcrübənin toplanması üçün mühüm töhfə adlandırıblar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 2 dekabr, AZƏRTAC

Uşaqlar və gənclər iqlim böhranı probleminə ən az cavabdehdirlər, lakin əhalinin məhz bu kateqoriyası ətraf mühit dəyişməsinin təsirlərinə ən həssas olandır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasında (COP29) iştirak edən fəal gənclərin müsahibəsini dərc etmiş Türkiyənin “Milliyet” qəzetini dərc etdiyi məqalədə bildirilib.

Nəşr qeyd edib ki, gənc vətəndaşlar nəsli rəhbər şəxsləri iqlim dəyişikliyi ilə mübarizədə təcili addımlar atmağa çağıraraq, ölkələrin ekoloji gündəmlərinə daha böyük töhfə verməyə hazırdır.

Türkiyənin “iqlim səfirləri” – “Yeditepe” Universitetinin tələbəsi Nazya Yürek və “Bahçeşehir” Universitetinin tələbəsi Kamil Koray Eryılmaz COP29-u ekologiya sahəsində üfüqlərin genişləndirilməsi və təcrübə toplanılmasına əhəmiyyətli töhfə adlandırıblar.

“Əminəm ki, gənclər iqlim dəyişikliyi ilə mübarizədə böyük rol oynaya bilərlər. Son illər bütün dünyada gənc nəslin cəmiyyətlərin həyatında iştirakı artmaqdadır, lakin biz hələ də istənilən səviyyədən uzağıq”, - deyə Nazya Yürek qeyd edib.

Kamil Koray Eryılmaz gənc nəsildə öz ölkələrinin davamlı inkişafına maksimum töhfə vermək zərurəti anlayışının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

O, ətraf mühit sahəsində layihələrə, tədqiqatlara və karyera proqramlarına güclü dəstək verməyə çağırıb. “Bərpaolunan enerji mənbələri sahəsində həm özəl təşəbbüsləri, həm də şirkətlərin fəaliyyətini, eləcə də ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı texnologiyalarının təkmilləşdirilməsini dəstəkləmək həyati əhəmiyyət kəsb edir”, - deyə Türkiyənin “iqlim səfiri” bildirib.

2024-cü ilə qədər Türkiyənin “iqlim səfirləri” ölkənin onlarla universitetinin 18-25 yaş arası 175 tələbəsidir. Eyni sayda tələbə ehtiyat səfirlər siyahısına daxil edilib. Hərəkat 2021-ci ildə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin himayəsi ilə yaradılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri