Icma.az
close
up
RU
Türk general: Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir

Türk general: Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 mart, AZƏRTAC

Naxçıvanda mülki obyektlərin pilotsuz uçuş aparatları ilə hədəfə alınması regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli presedentdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.

General qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində mülki hədəflərin pilotsuz uçuş aparatları ilə vurulması hansı hərbi əsasla izah edilməyə çalışılsa da, regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli həddin aşılması kimi qiymətləndirilməlidir.

Y.Karauz vurğulayıb ki, yaranmış vəziyyət artıq yalnız iki ölkə arasında diplomatik gərginlik çərçivəsində deyil, birbaşa mülki infrastrukturun təhlükəsizliyi və dövlət suverenliyi məsələsi kontekstində qiymətləndirilməlidir. Türk generalın fikrincə, baş verən hadisənin bir neçə mühüm nəticəsi ola bilər: “Birincisi, Azərbaycan xüsusilə Naxçıvan istiqamətində hava hücumundan müdafiə sistemlərini, erkən xəbərdarlıq və sərhəd təhlükəsizliyi mexanizmlərini daha da gücləndirəcək. İkincisi, Bakı ilə Tehran arasında onsuz da kövrək olan etimad mühiti ciddi şəkildə zədələnib. Əgər üzr istənilməsi, şəffaf araşdırma aparılması və bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması ilə bağlı tələblər qarşılanmasa, münasibətlər uzun müddət davam edə biləcək nəzarətli gərginlik mərhələsinə daxil ola bilər. Üçüncüsü isə bu hadisə yalnız Azərbaycan–İran münasibətlərinə deyil, həm də Türkiyə, Cənubi Qafqazdakı tranzit xətləri, eləcə də regionun enerji və təhlükəsizlik balansına dair hesablamalara da təsir göstərə bilər”, – deyə o bildirib.

Y.Karauz qeyd edib ki, mülki hədəflərə qarşı istənilən hücum qəti şəkildə pislənilməlidir. “Azərbaycanın hadisəyə verdiyi reaksiya beynəlxalq hüquq, dövlət suverenliyi və deterrensiya baxımından tamamilə başa düşülən və legitimdir.

General əlavə edib ki, bundan sonrakı mərhələdə ən vacib məsələ emosional deyil, strateji yanaşmanın üstün tutulmasıdır. “Bir tərəfdən, Azərbaycanın deterrensiya qabiliyyəti açıq şəkildə nümayiş etdirilməlidir. Digər tərəfdən isə hadisənin daha geniş regional münaqişəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik kanallar açıq saxlanmalıdır. Çünki Naxçıvan kimi həssas geosiyasi məkanda baş verən hər hansı insident təkcə iki ölkə arasında deyil, bütün Cənubi Qafqaz regionunda daha geniş təhlükəsizlik reaksiyası yarada bilər”, – deyə o vurğulayıb.

Y.Karauz bildirib ki, Azərbaycan Qarabağ Zəfərindən sonra regionda güclü dövlət kimi mövqeyini möhkəmləndirib və Cənubi Qafqazın ən güclü aktorlarından biridir: “Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir. Belə cəhdlərə qarşı Azərbaycanın “dəmir yumruğu” iradəsi yerindədir. Şuşa ruhu yaşayır və Azərbaycanla bağlı hesab aparanlar Türkiyəni, Qars müqaviləsini, Şuşa Bəyannaməsini və qəlbi Azərbaycanla döyünən 86 milyonluq türk xalqını da unutmamalıdırlar”, – deyə general əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri