Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf yaxşı olar ki, ölkəsinə nəzər yetirsin, milyonlarla insanın hüquq və azadlıqlarının pozulması, öz ana dilində təhsil ala bilməməsindən danışsın. İranın İslam pərdəsi adı altında hansı oyunlardan çıxdığı bütün dünyaya məlumdur. Ona görə də Hüseyn Simayi-Sərraf kimilərinin Azərbaycana nə dərs keçməyə, nə ölkəmiz haqqında bir kəlmə belə danışmağa, nə də insan hüquq və azadlıqlarının müdafiəçisi kimi çıxış etməyə haqqı var".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda baş örtüyünün qadağan edilməsi ilə bağlı fikirləri kökündən yalnışdır:
"Azərbaycanda baş örtüyünə heç bir qadağa yoxdur. Məlum olduğu kimi yalnız təhsil müəssisələrində vahid geyim standartları tətbiq edildiyi üçün məktəblərdə müəllim və şagirdlərin dərsə baş örtüyü ilə gəlməsi məqbul hesab edilmir".
Arzuman Muradlı qeyd edib ki, Azərbaycanda baş örtüyü qadağan edilsə belə, bu ölkəmizin daxili işidir və Azərbaycanın daxili işlərinə kimsənin qarışmasının haqqı yoxdur:
"Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Azərbaycan istənilən qərarı öz iradəsi ilə verir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Əli Əhmədov: “Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışa bilməz”
19 Dekabr 2025 11:30
Araqçi Trampa cavab verdi: “Heç kim İranın daxili işlərinə qarışa bilməz” VİDEO
08 Mart 2026 23:23
Braziliya lideri: “Qərarlarımıza heç kim qarışa bilməz”
12 Sentyabr 2025 08:26
Bu, Azərbaycanın daxili işlərinə qarışmaqdır
21 Aprel 2026 13:31
Azərbaycanın daxili işlərinə müdaxilə ŞƏRH
16 Sentyabr 2026 17:22
Baxış sayı:134
Bu xəbər 27 Oktyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















