“Türk Hava Yolları” təyyarə sayına görə dünyada doqquzuncu yerə yüksəlib
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 13 oktyabr, Günel Karatepe, AZƏRTAC
“Türk Hava Yolları” (THY) şirkəti bu il inventarında olan təyyarələrin sayını 500-ədək artıraraq dünya aviaşirkətlərin sıralamasında doqquzuncu yerə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Bilal Ekşi açıqlama verib.
O, bildirib ki, THY 2003-cü ildə inventarındakı 65 təyyarə ilə 35-ci yerdə idi. Aviaşirkət 2033-cü ildə sahib olduğu təyyarələrin sayını 813-ə yüksəltməyi, bununla da dünya üzrə ilk beşliyə girməyi hədəfləyir.

