Icma.az
close
up
RU
Türk həkim tarix yazdı, dünyada bir ilk: Çox sayda xəstə üçün yeni ümid

Türk həkim tarix yazdı, dünyada bir ilk: Çox sayda xəstə üçün yeni ümid

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərən türk həkim Prof. Dr. Hüseyin İnce ürək qapağı müalicəsində inqilabi yeniliyə imza atıb.

Sherg.az Malatyanın Darende rayonundan köçmüş fəhlə ailəsinin övladı olaraq Almaniyaya gedən və tibb təhsilini Hamburq və Brüsseldə tamamlayan 54 yaşlı İncenin uğur hekayəsini təqdim edir…

Almaniyada çalışan Prof. Dr. Hüseyin İnce ürəyin triküspid (“üçtaylı”) qapağı üçün hazırlanmış yeni tibbi protezi dünyada ilk dəfə uğurla implantasiya edərək mühüm yeniliyə imza atıb.

Malatyanın Darende rayonundan köçərək Almaniyaya gələn və tibb təhsilini Hamburq və Brüsseldə alan 54 yaşlı İnce, ürək qapağı müalicəsində əldə etdiyi uğurları qiymətləndirib.

İnce bildirib ki, köhnə tibb triküspid (“üçtaylı”) qapaqlar ürəyə yerləşdirildikdən sonra onları çıxarmaq və ya müdaxilə etmək mümkün olmurdu. Bu səbəbdən yanlış müdaxilə zamanı ürək açıq əməliyyatla müalicə edilməli idi.

“Yeni hazırlanmış “üçtaylı” qapaqları isə ürək daxilində yenidən müdaxilə etməyə imkan verir və bu, daha təhlükəsiz müalicə deməkdir”, - deyə o qeyd edib.

Rostok Universitetində professor kimi çalışan və eyni zamanda Berlindəki Vivantes Am Urban və Neukölln xəstəxanalarında kardiologiya şöbəsinin rəhbəri olan İnce, minimal invaziv ürək qapağı müalicəsində dünya miqyasında tanınır.

İnce bildirib ki, bu yeni üsul ilk dəfə ağır triküspid çatışmazlığı olan 37 yaşlı bir xəstədə tətbiq olunub:

“Əvvəlki bərpa uğursuz olmuşdu. Daha sonra Triküspit Qapaq Replasmanı sistemi ilə dünyada ilk uğurlu əməliyyatı həyata keçirdik. Bu əməliyyat 2025-ci ilin avqustunda aparılıb və nəticələri Avropa Ürək Jurnalında dərc olunub.”

O əlavə edib ki, qapaq döş qəfəsi açılmadan, qasıq nahiyəsindən daxil edilərək ürəyə yerləşdirilir və sabitlənir. Bu yenilik, yüksək risk səbəbindən indiyə qədər əməliyyat oluna bilməyən bir çox xəstə üçün yeni ümid yaradır.

Bu üsul artıq digər xəstələrdə də uğurla tətbiq olunub və dünyada bu texnologiya ilə müalicə olunan xəstələrin sayı 80-ə çatıb. Almaniyada ilk 3 xəstə də məhz İncenin çalışdığı mərkəzlərdə müalicə olunub və yaxşı nəticələr əldə edilib.

Triküspid qapaq çatışmazlığı nəfəs darlığı, halsızlıq və bədəndə maye toplanması kimi problemlərə səbəb olur, həyat keyfiyyətini ciddi şəkildə aşağı salır və hətta orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

İnce vurğulayıb ki, açıq ürək əməliyyatı bir çox hallarda yüksək risk daşıyır. Son illərdə isə kateter əsaslı minimal invaziv üsullar bu sahədə daha çox istifadə olunur.

Yeni texnologiyanın ən böyük üstünlüklərindən biri isə qapağın lazım gəldikdə yenidən yerləşdirilə bilməsi və tam çıxarıla bilməsidir ki, bu da xəstə üçün əlavə risk yaratmır.

Həkim xəstələrə də tövsiyə verib:

"Nəfəs darlığı olan şəxslər mütləq həkimə müraciət etməlidirlər. Bu, hər zaman sadəcə çəki ilə bağlı olmur. Xüsusilə 60 yaşdan sonra ürək problemləri yarana bilər. Sevindirici hal odur ki, bu gün bu problemlər üçün effektiv müalicə üsulları mövcuddur.”

İnce bildirib ki, bu texnologiyanın yaxın 3–5 il ərzində Avropada daha geniş yayılması gözlənilir və araşdırmalar davam edir.

Avropanın tanınmış kardioloqlarından biri olan Prof. Dr. Samuel Sossalla isə bu nailiyyəti belə qiymətləndirib:

“Dünyada ilk qapaq implantasiyası ilə Prof. İnce tamamilə yeni yollar açır və yeni nəsil qapaq texnologiyası üçün elmi əsas yaradır.”

Hüseyin İnce həmçinin intervensional kardiologiya sahəsində 1000-dən çox MitraClip proseduru həyata keçirən ilk həkim kimi də tarixə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2026 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri