Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Özbəkistanın bugünkü qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı təsadüfi xarakter daşımır. Tarixinə nəzər yetirsək, xalqlarımız arasındakı münasibətlərin dərin kökə malik olduğunu görərik. Səlcuqların, Xarəzmşahın, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun alıb, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Qeyd etmək lazımdır ki, Bakı ilə Daşkənd arasında əlaqələrin inkişaf etdirilməsində keçmiş SSRİ-nin də "payı" az olmayıb. Hər iki ölkənin müttəfiq respublikalar tərkibində olması bu əlaqələri təkcə ittifaqdaxili deyil, eyni zamanda, ikitərəfli formatda da inkişaf etdirirdi. 1930-cu illərdə sovet imperiyasının cəza maşınının həyata keçirdiyi kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlının sürgün edildiyi Mərkəzi Asiya regionunda soydaşlarımızın özünə sığınacaq tapdığı ölkələrdən biri də məhz Özbəkistan idi.

Müstəqillik əldə etdikdən sonra əsası Ulu Öndər Heydər Əliyev tərəfində qoyulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Hər iki dövlət Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən yaşıl enerji dəhlizi kimi qlobal xarakter daşıyan layihələrin reallaşmasında iştirak edir. Müasir dünyanın çağırışlarına cavab verməyə çalışan bu dost və qardaş dövlətlər enerji transformasiyasını həyata keçirmək üçün uğurlu layihələrin müəllifi kimi çıxış edir. Azərbaycan Özbəkistan üçün Avropa ilə ticarət və enerji əməkdaşlığını genişləndirmək üçün bir “qapıdır” və rəsmi Bakı strateji tərəfdaşına geniş dəhlizlər təqdim edir.

Özbəkistanın enerji potensialına baxsaq, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin real və strateji tərəfdaşlar üçün nə qədər səmərəli olduğunu görərik.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox – 2 min 91 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2 min 58 milyard kilovat-saat Günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyard kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.

Son 5 il ərzində Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 Sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə bağlayıb.

Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar 19 layihə icra olunur. Bunlar istehsal gücü 3 min 977 meqavat Günəş və 3 min 100 meqavat külək elektrik stansiyalarıdır (7 stansiya). Bu layihələrin həyata keçirilməsi üçün xarici şirkətlər tərəfindən 9 milyard dollar həcmində sərmayə yatırılıb. Cari ilin ikinci yarısında Səmərqənd, Katakurqan, Buxara, Namanqan, Tomdin, Buxara və Daşkənd rayonlarında 3 külək və 4 Günəş enerjisi stansiyaları istismara veriləcək. 2025-ci ildə isə Buxara vilayətinin Peşkin və Qijguvan rayonlarında hər biri 500 meqavat istehsal gücü olan 2 külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulub. Hökumətin yaşıl enerjinin inkişafı proqramına əsasən, 2026-cı ildə Özbəkistanda ümumi gücü 1600 meqavat olan 4 külək, 8 min meqavat gücündə Günəş və 868 meqavat gücü olan su elektrik stansiyası istifadəyə veriləcək.

Ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Cari ilin aprelində isə Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində hər 3 respublika ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Bu günə kimi layihəyə Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarısan da qoşulub. Təsadüfi deyil ki, Dünya Bankı layihənin həyata keçirilməsi üçün ilkin olaraq 34 milyon dollar ayırıb.

Azərbaycana gəlincə isə qeyd etmək lazımdır ki, ölkəmizin 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat Günəş enerjisi istehsal etməsi gözlənilir. Bunun da 80 faizi ixrac olunacaq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Özbəkistan qarşılıqlı faydalı əməkdaşlıqla Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. Bu layihə hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, minlərlə iş yerinin açılmasına, büdcənin neft gəlirlərindən xilas olmasına, insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət etməklə yanaşı, onların Avrasiya regionunda aparıcı aktor olmasına və siyasi zəmanət əldə etmələrinə də səbəb olacaq.

Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünə dəvət edilməsi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanı bu formata tamhüquqlu iştirakçı kimi qəbul edildiyini bəyan etməsi də təsadüfi xarakter daşımır. Azərbaycanda həyata keçirilən islahatlar, yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, enerji sahəsinə ayrılan diqqət, cəlb edilən xarici sərmayələr rəsmi Bakını Mərkəzi Asiya dövlətləri üçün əvəzolunmaz tərəfdaşa çevirib.

Qarşılıqlı əlaqələrin yeni mərhələsinə keçidin əsasını isə Zəngəzur Dəhlizi yaradıb. Bu dəhliz türk dövlətlərini birləşdirməklə yanaşı, Avropaya yeni çıxışın təmin olunmasıdır. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərək - “Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, - deməsini yeni mərhələnin başlanğıcının olması kimi də qiymətləndirmək olar. (Azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see1967

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see241

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see213

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see210

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see187

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see186

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see163

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see153

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see151

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see150

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see149

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see134

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see132

“9990” və “7770” dən gələn zəng təhlükəlidir? RƏSMİ

14 Noyabr 2025 18:36see128

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri