Icma.az
close
up
RU
Türk irsinin yeni ünvanı: ICESCO nominasiyaları üçün Bakıda ilk addım atıldı

Türk irsinin yeni ünvanı: ICESCO nominasiyaları üçün Bakıda ilk addım atıldı

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışında çıxış edib.

Bakupost.az xəbər verir ki, fondun prezidenti tədbirin İslam, həmçinin Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O, seminarın məhsuldar müzakirələr və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Çıxışında Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun ICESCO ilə sıx əməkdaşlıq etdiyini və bu istiqamətdə birgə layihələrin, o cümlədən, Qırğızıstanda İssık-Kul gölü sahilində keçiriləcək “Ruh Sanat” beynəlxalq mədəni forumun həyata keçirildiyini qeyd edib. Fondun prezidenti Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə məhsuldar görüşü və Fond ilə ICESCO arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində əldə olunan razılaşmalar barədə də məlumat verib.

Açılış mərasimində, həmçinin ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhəkim əs-Sənan, ICESCO-nun Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov, direktor müavini Məryəm Qafar-zadə və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədrinin müavini Rüfət Mahmud çıxış edərək seminarın əhəmiyyətinə toxunub, iştirakçılara uğurlar arzulayıblar.

Seminar çərçivəsində təlim sessiyalarına da start verilib. Bu sessiyalarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə və ekspertlər iştirak edirlər. Sessiyalarda ICESCO-nun nominasiyalar siyahısına təqdim olunması üçün sənədlərin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər paylaşılır.

Qeyd etmək lazımdır ki, seminarda Türk Mədəniyyəti və İrsi Fondunun heyəti də iştirak edir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri