Türk lider çaxnaşma olan ölkədə Təhlükəsizliyi nə yerdədir?
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda Cənubi Koreyada səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxudur.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Askat Alagözov məlumat verib.
“Prezident və nümayəndə heyəti üçün heç bir təhlükə yoxdur”, - o qeyd edib.
Alagözovun sözlərinə görə, dekabrın 3-nə planlaşdırılan rəsmi görüşlərin sonuncusu bu yaxınlarda başa çatıb.
Dövlət başçısının mətbuat katibi xatırladıb ki, dekabrın 4-də Qırğızıstan nümayəndə heyəti vətənlərinə qayıdacaq.
Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Seok-yeol xalqa müraciət edərək ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb. O, parlamentə nəzarət edən müxalif Demokrat Partiyasını “dövlət əleyhinə fəaliyyətdə” ittiham edib. Etirazçılar Seulda Milli Assambleyanın yaxınlığında toplaşıb və şəhərə hərbi texnika yeridilib.
Cənubi Koreyanın Müdafiə Nazirliyi isə ehtiyatda olan hərbçilərə xidmətə qayıtmaq əmri verib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Dekabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















