Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Mövlud” kitabının təqdimat mərasimi keçirilib

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Azərbaycan Türkiyədə keçirilən 41-ci Beynəlxalq İstanbul Fuarında Fəxri Qonaq statusunda təmsil olunur. Türk Mədəniyyəti və İrsi Fondu da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ayrılmış stenddə öz nəşrlərini sərgiləyir, həmçinin bir sıra tədbirlər təşkil edir. Fondun təşkil etdiyi növbəti tədbir beynəlxalq təşkilatın nəşr etdiyi görkəmli türk mütəffəkkiri Süleyman Çələbinin alman və türk dillərində işıq üzü görən “Mövlud” kitabının təqdimat mərasimi olub.

Əsrlərdir ki, türk dünyasında ən çox oxunan kitablardan biri olan, bu gün də mövludnamələr içərisində ən çox istinad edilən əsas mənbələrdən sayılan Süleyman Çələbinin “Mövlud” kitabının təqdimat mərasimi İstanbul Kitab Sərgisində ziyarətçilərin böyük marağına səbəb olub. Təqdimat mərasimini Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn açaraq Fondun beynəlxalq müstəvidə ciddi əhəmiyyət daşıyan layihələrindən, mədəni irsin qorunması, o cümlədən türk xlaqlarının mədəniyyətlərinin dünya müstəvisində tanıdılması, həmçinin Fondun təsis etdiyi üç kitab seriyası – “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının ədəbi inciləri” haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib. F.Hüseynov türk dünyasının dahi şəxsiyyətlərinin həm doğum, həm də anım illərinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılaraq onların həyat və yaradıcılığı barədə danışıb, həmçinin yaradıcı irslərinin dünyada təbliği yönündə Fondun gördüyü çoxsaylı işləri diqqətə çatdırıb. Süleyman Çələbinin “Mövlud” kitabının da Fond tərəfindən 2022-ci ildə – görkəmli sənətkarın “Anma ili” çərçivəsində, vəfatının 600 illiyində yayımlandığını vurğulayıb.

Daha sonra kitabın alman dilindəki nəşrinin redaktoru, tanınmış yazar Orxan Aras Süleyman Çələbinin şəxsiyyəti, həyatı və əsərləri haqqında tədbir iştirakçılarına məlumat verərək, Türk Mədəniyyəti və İrsi Fondunun Aşıq Veysəl, Ömər Seyfəddin və digər klassiklərin əsərlərini alman dilinə nəşr etdirərək dünyada təbliğ etməsini türk irinin bütün cahana yayılması baxımından yüksək qiymətləndirdiyini bildirib.

Tədbirin yekununda gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəvan Cavid “Mövlud” əsərinin mahiyyəti haqqında dinləyicilərə məlumat verərək Türk Mədəniyyəti və İrsi Fonduna bu cür dəyərli əsərlərin beynəlxalq aləmdə təbliğindəki rolundan dolayı təşəkkürünü bildirib.

Sonda oxucularla xatirə şəkili çəkilib və sərgi ziyarətçilərinə Fond adından Süleyman Çələbinin “Mövlud” kitabı hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri