Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına həsr olunmuş “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. Tədbir çərçivəsində gənc şairin yaradıcılığına həsr olunan poeziya gecəsi də təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Aqibətnamə” əsəri Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm mövzularına dair ədəbi şərhlərdən ibarət esselər toplusudur.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

“Fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər və müxtəlif beynəlxalq tədbirlər türk xalqlarının zəngin ədəbi və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun bir çox tədbirlərində iştirak edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər müxtəlif kitab sərgilərində nümayiş etdirilib", - deyə A.Raimkulova vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxışında fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər yalnız klassik və müasir ədəbiyyatın təqdimatı deyil, həm də türkdilli ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirib ki, şairin əsərlərində milli dəyərlərin qorunması və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq şəkildə görünür.

“‘Aqibətnamə" oxuculara insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını dərindən təqdim edir. Əsərdəki hekayələr və təhlillər milli dəyərlərin qorunması, insan xarakterinin incəlikləri və cəmiyyətlə fərd arasındakı münasibətləri geniş şəkildə əks etdirir”,-deyə akademik bildirib.

Tədbirdə digər çıxış edənlər kitabın redaktoru, filologiya elmləri doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktorları Cavanşir Yusifli və professor Rüstəm Kamal fondun təşəbbüsü ilə işıq üzü görən nəşrlərin oxucular arasında böyük maraq yaratdığını, həmçinin türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin qorunması və insan taleyi mövzularını ustalıqla işləməklə yanaşı, türk dünyasının ortaq mədəni irsinin təbliğini də yüksək qiymətləndiriblər.

Tədbir zamanı Fərid Hüseynin müxtəlif mövzularda yazdığı şeirlər səsləndirilib. Qiraətçilər və teatr aktyorları şairin şeirlərindəki mənəvi dərinliyi və emosional çalarları iştirakçılara çatdırıblar.

Kitabın müəllifi Fərid Hüseyn çıxışında kitabda əsas məqsədin Nizami Gəncəvinin çoxqatlı ideyalarını müasir oxucuya çatdırmaq, hər kəsi öz aqibəti haqqında düşünməyə sövq etmək olduğunu deyib.

Müəllifin fikrincə, “Nizami Gəncəvi çoxqatlı ideyaları ilə hər insanı öz aqibəti haqqında düşünməyə vadar edir, bəşər övladının xarakteri həm də onun son gününün süjetini müəyyənləşdirir” və bu cür ideyalar baxımdan bu kitab həm ədəbi, həm də fəlsəfi mahiyyət daşıyır.

Daha sonra tədbir bədii proqramla davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri