Icma.az
close
up
RU
Türk millətinin bir adı, bir dili var, o da bəllidir Akif Aşırlı

Türk millətinin bir adı, bir dili var, o da bəllidir Akif Aşırlı

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ana dilimizin Türkçə olması fikrini müdafiə edənlərin guya Azərbaycanı Türkiyənin içərisində əritmək, bu fikrin daşıyışılarının milləti kiçiltmək məqsədi daşıdığını irəli sürməsi sərsəmlikdir"

"Azərbaycan dövlətinin sərhədləri içərisindəki böyük çoxluğun milli-etnik mənşəyi Türkdür. Yəni, millətin adı Türkdür, dili də 1936-cı ilə qədər Türk dili adlandırılıb. Azərbaycan Konstitusiyasını misal çəkənlər unudur ki, Azərbaycan xalqın adıdır, milli mənsubiyyəti ifadə etmir". 


"Sherg.az"ın xəbərinə görə, bu sözləri "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib. 


Baş redaktor vurğulayıb ki, talışı, kürdü, tatı, saxuru, ləzgisi, türkü ilə birgə eyni ortaq mədəniyyətin daşıyıçısıdır. Tarixi etnoqrafik xüsusiyyətləri ilə birgə bu etnoslar Azərbaycan xalqını təşkil edir: 

"Qafqaz coğrafiyasında müsəlmanların, Türklərin adının müəyyənləşməsi prosesinə Rusiyanın işğalından, 1805-ci ildən sonra başlanılıb. Cünki Osmanlı imperiyasında yaşayan türklərlə buradakı türkləri ayırmaq ücün ideya lazım idi. Çar Rusiyasının burada yaşayan türklərlə Anadoludakıların ayrı-ayrı mədəniyyətin, dilin, soy-kökün daşıyıcısı olduğu tezisini irəli sürürdülər. Hətta, anadilli mətbuatımızda Rusiyanın göstərişi ilə aydınlarımız Türk adının dəyişdirilməsinin müxtəlif variantları üzərində düşünür, məqalələr yazırdı. "Ziyayi- Qafqaziyyə" , "Kəşkül" , "Şərqi- rus" qəzetlərində, dərgilərdə bu barədə onlarla məqalə var. Bu yazıların bir coxu Rusiyanın siyasi elitası, yerlərdəki məmurlarının sifarişi əsasında yazılır, Anadoluda yaşayan türklərlə Qafqazdakı türklərin fərqli etnos olduğunu əsaslandırmağa hesablanırdı. Amma bu cəsarəti göstərmək istəsəkər də, həqiqətin üzərindən xətt çəkə bilmədilər. Ən yaxşı halda millətin adını Azərbaycan Türkü , dilini azəri türkçəsi  kimi təsfir edurdilər. Müzakirələri başladan insanın yaradıcılığına diqqət yönəltmədən söyləmək olar ki, bu insanların, aydınların çoxu Rusiyanın təsir dairəsindədirlər. Məqsədləri həqiqət axtarışı deyil . Burada diqqət yönəldiləcək ən əsas məsələ rəsmi dövlət dili olan Azərbaycan dili ilə Rus dilini bu müstəqil dövlətin ərazisində rəqabətə buraxmaq, üstünlüyü Rus dilinə verməkdir.  Azərbaycan dilində təhsilin səviyyəsinin aşağı olması fikrinin bilərəkdən təkrar-təkrar ortaya atılması da bu məqsəd daşıyır".


Akif Aşırlı vurğulayıb ki, ana dilimizin Türkçə olması fikrini müdafiə edənlərin guya Azərbaycanı Türkiyənin içərisində əritmək, bu fikrin daşıyışılarının milləti kiçiltmək məqsədi daşıdığını irəli sürməsi sərsəmlikdir: 

"Bu iddiaların hec bir əsası yoxdur. Türk dilini Türkiyənin sərhədlərinə sığışdırmaq kimin ağlına gəlir, bilmirəm. Türk Dünyası böyükdür, müstəqil dövlətlərinin sayı, Rusiyanın içərisindəki müxtar türk cümhuriyyətləri də bəllidir. Bir də ki, Güney Azərbaycanda 35 milyon qardaşımız özlərinə Türk, dillərinə türkçə deyir. Amma o aydındır ki, Türk millətinin bir adı var və bir dili var. O da bəllidir ki, Azərbaycanda yaşayan talış, kürd, tat, ləzgi və digər etnik qruplarla birgə bu gözəl Vətənimizi Türk Dünyası içərisində firavan, gözəl bir həyat gözləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri