Icma.az
close
up
RU
“Türk Müsəlman tarixi və coğrafiyası”nın kökənliyi

“Türk Müsəlman tarixi və coğrafiyası”nın kökənliyi

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Dünya sivilizasiyası, dövlət quruculuğu, siyasi-ictimai, milli-mənəvi mədəniyyət…irsinin təkamül mərhələlərinin Türk-Müsəlman dünyası coğrafiyası Amerika, Avropa və Asiya qitələri hüdudlarını əhatə etməklə, həm də 10-15 min illik tarixə malikdir. Bu sırada Astek-Mayya, Qara-Xəzər dənizləri, İtil/Volqa-Abu/Su çayları, Hun/Uyğur və Aral/Ural dağları, Sibir-Altay, Türküstan-Sarısu, Şumer-Anadolu… təkamül mərhələlərinin izləri istər əski şəhər mədəniyyəti, daş kitabələr və qayaüstü yazı/rəsm nümunələri,istərsə də, şifahi və yazılı epos abidələri olsun…“Türk-Müsəlman tarixi və coğrafiyası” irsinin əsasını təşkil etmişdir. Üç qitənin və Üç sivilizasiya məkanının əski Etnoİttifaqının genetik irs və irq/dil köklərinin daşıyıcıları olan qədim protoTürk və çağdaş Türk dilli xalqlar dini-sakral, ictimai-dünyadərki mədəniyyətinin daşıyıcıları kimi yaşadıqları coğrafi ərazilərin Antik və Qədim dövr İntibah mərkəzlərinə/mədəniyyət mərhələlərinə çevrilməsinə nail olmuşlar, dünyadərki, ictima gücü və tarixlə uzlaşan etnomilli dəyərləri ilə…

Bu barədə bir sıra görkəmli fikir-təfəkkür alimləri əsərlərində qeyd etmişlər, belə ki, antik yunan tarixçisi H.Herodot (e.ə.584-425-ci illər) “Tarix” əsərində yazmışdır ki, qədim dünyanın tanıdığımız xalqları sırasında Skiflər dünya mədəniyyətinin inkişafına təsir edən xalqlar sırasında öncül yer tutmuşlar.

Rus arxeoloqu, REA-nın akademiki B.A.Rıbakov (1908-2001) isə “Herodot Skifi. Tarixi-coğrafi təhlil” kitabında (1979) göstərir ki, yunan səyyahı H.Herodotun e.ə.514-cü ildə Skif xalqlarının dövlət hüdudlarına (Şərqi Avropa əraziləri nəzərdə tutlur) səyyahəti bu xalqların dünyəvi dövlət-mədəniyyət təşəkkülünün ümumilikdə e.ə.VI-V əsrlər mərhələsini əhatə etdiyinə bir sübutdur.

Və yaxud, digər rus şərqşünası, Sosialist Əməyi Qəhrəmanı, akademik B.B.Piatrovskiyə (1908-1990) görə qədim dünya mədəniyyətinin təşəkkülündə Skif maddi-mənəvi irsi/mərhələsi həlledici rol oynamışdır.

Haşiyə. E.ə. I minillikdə Altay dağlarından Dunay çayınadək, Xəzər və Qara dəniz hövzələrində güclü İttifaq Birliyi və geniş coğrafi məkanda ictimai-siyasi Dövlət quruculuğunun təşəkkülü Skif/İskit etnomilli Türkdilli Ailə-Dil birliyinə malik xalq eləcə də, Saklarla, Massagetlərlə, Sarmatlarla, Hunlarla....genetik qan-irq-dil qohumluğuna malik olmuşdur.

“Tarix” elminin “atası” H.Herodot Sarmatları “Qıyıqgözlülər” hesab etmişdir ki, bu da, həmin etnotoplumun İrandillilərə mənsubiyyətini inkar edən “bioloji-irqi” amillərdən biridir, məhz əski Türkdilli xalqlara mənsub olduğuna əsaslı sübutdur.

Rus şairi və tarixçisi V.Y.Bryusovun (1873-1924) Sarmatlara həsr edilmiş “Mənim uzaqlaşmış əcdadlarım” şeri, məşhur AA..Blokun (1880-1921) isə:

-Bəli, Skiflər bizik...Biz Asiyalıyıq....

...msiraları bir daha uzaq keçmişin tarixi-coğrafi səhifələrinin diqqətli və hərtərəfli tədqiqi zəruriliyini unutmamağa çağırır...və xatırlatmaqdadır...

Axı, o cümlədən Sarmatların da coğrafi məkanlarının əski toponimləri qədim Türkdilli tayfaların etnomilli dil-tələffüz irsinin məhsuludur...

Sarmat mədəniyyətinin yaranmasında Asiya/Şərq coğrafiyasının əskiTürkdilli etnoqollarının filoloji və etnomorfoloji təsiri şübhə doğurmur.

Proto/Əski Türkdilli xalqlara məxsus dünya mədəniyyətinin təşəkkülü dövrləri Asiya qitəsində aşkar edilməklə, hərətərəfli arxeoloji, tarixi, coğrafi, mistik-fəlsəfi, dini-sakral…tədqiqatlar obyektinə çevrilmişlər. Qeyd edilən, Antik çağların İntibah mərhələləri yaşayış məskənlərinin mükəmməl struktural quruluşu, Qəbilə-Tayfa mərasimlərinin təkmil elementləri, qiymətli zinyət əşyalarının və təsviri sənət nümunələrinin Mistik/Fəsəfi məna yükü, çoxsaylı cilalanmış əmək alətlərinin çeşidi, daş və qayaüstü naxışların mükəmməl riyazi təfəkkürdən doğan simmetrik quruluşu ...kimi irs nümunələri ilə ifadə olunmuşdur.

Bu baxımdan eramızdan əvvəlki minilliklərdə (XII-IV) Üsta Daş, Neolit, Eneolit (Mis-Daş) və Tunc/Bürünc dövrlərində formalaşan İntibah-Mədəniyyət mərhələsinin coğrafi məkan sırasında Uzaq Şərq-Altay-Sibir bölgələrinin, Hun-Quz-Saxa/Sak, Qırğız-Oğuz...etnoİttifaqlarının xüsusi yeri vardır və təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

-erkən eneolit dövrünün Sıalax/Sumnagin mədəniyyəti (e.ə. VIII-VI minillər, e.ə. 6820-5440-cı illər);

-Belkaçin mədəniyyəti səviyyəsi (e.ə. IV-III minilliklər dövrü);

-Altay-Minusin mədəniyyəti (e.ə.III minilliyin II yarısı);

-Göy Tenqri-Sarı Su təkamül mərhələsi (e.ə. III-I minilliklər);

-Sumnagin maddi-mədəniyyət dövrü;

-neolit dövrünün Sibir mədəni-arxeoloji mədəniyyət mərhələsi (Saxa/Sak-Yaqut bölgəsi);

-Cənubi Sibirin Üst-Mil mədəniyyət mərhələsi, Hun-Quz etnoarxeoloji maddi irs təməlinə əsaslanmaqla (e.ə.XIV-IV əsrlər arası), eyni səviyyə Saxa-Yaqut diyarında Vilyuy çayı hövzəsini də əhatə etmişdir;

-Skif mədəniyyəti dövrü (e.ə.VII- e. III əsri);

-Saxa/Sak-Yaqut diyarının Qızılsırs mədəniyyəti;

Sak-Saxa/Yakutiya diyarına və Tamur/Taymır yarımadasına yayılan Sıalax İntibah mərkəzi Böyük Ana Su çayının orta hövzəsində e.ə. V-IV minilliklərdə (erkən Eneolit dövrü) yaranan mədəniyyət mərhələsi kimi bütünlüklə Şərqi Sibir bölgəsini əhatə etmişditr. Coğrafi məkan üzrə etnodemoqrik təkamül və miqrasiya xəttinə yerli etnomilli kökənlilərlə yanaşı, Qərbi Sakit okean hövzələrindən hərəkət edən Hun-Quz-Sak...etnoslarının, eləcə də, Bəygöl/Baykal gölünün hər tərəfindən köç edən Qəbilə-Tayfa birliklərinin təsiri də böyük olmuş, sonrakı mərhələdə yerli Sumnagin mədəniyyətinin zənginləşməsi ilə nəticələnmişdir. Həmin dövrün şifahi folkloru və yazılı salnamələri, tarixi-maddi irsi...bir daha sübut etmişdir ki, Sibir və Uzaq Şərq bölgəsi daxil qitə/materik ərazisinin orta və qütbətrafı enlikləri bütünlüklə əskiTürkdilli xalqların əski yaşayış məkanları olmuş və bütün toponimlər Aral/Ural və Altay Ailə/Tayfa birliklərinin etnomorfogenetik irsindən yoğrulmuşdur, XV-XVI əsrlərdən üzü bəri bir sıra yad dil-leksik təhriflərə məruz qalsalar da, ilkinliyi, kökənliyi itirməmişlər...o cümlədən, Sıalax/Sumnagin İntibah mədəniyyəti də...

Bu barədə rus tədqiqatçıları, arxeoloqlar-tarixçilər A.F.Middendorf (1815-1894), N.B.Kyakşto (), A.P.Okladnikov (1908-1981), Y.A.Moçanov (1934-2020)....əsərlərində elmi-nəzəri mülahizələrinə yer vermişlər.

Eramızdan əvvəl XI-IVminilliklər arası dövrdə Şərqi Sibir xalqlarının İntibah mərhələsinin təşəkkül tapdığı Böyük Ana Su çayının orta axarlarında 1928-1950-ci illərdə aşkar edilmiş tarixi-arxeoloji məntəqələrdən/qədim insan yaşayışı dayanacaqlarından biri də Munqu çayı yatağı boyunca, Çinqalax (“çaydaşları, çaqıl-çınqıllarla örtülü gətirmə konusu”) yatağında yayılmışdır. Ərazi qədim dövrün qəbilə-tayfa birliklərinin miqrasiyası, köç yolunun kəsişdiyi yer kimi də qiymətləndirilir.

Yerli təbii-coğrafi şəraitə uyğun olaraq erkən Eneolit dövrünə aid olan Munqu ocağında (eləcə də, Sıalax, Yuedey, Qullatı, Uolba, Xan...yataqlarında və ) aşkar edilmiş çay daşlarından, sümüklərdən, daş və ağac hissələrindən (xüsusilə, kvars qumlarından, effuzif bazalt və andezitlərdən) hazırlanmış, cilalanaraq təkmil əmək və soyuq silah alətləri, naxışlı-saxsı bəzək, zinyət əşyaları...kamil sənətkarlıq fəaliyyətinin inkişafından xəbər verir.

Haşiyə. Əski Orxon-Yenisey tələffüzündə və yazısında ”Munku-Munqa” toponimi “açıq, çılpaq sahə, yer” mənasında olduğundan, Çərqi Sayan dağlarının ən uca zirvəsi də Munqu-Sərdağ (“daimi açıq dağ”), eləcə də, Başqurd diyarının cənubundakı Munqa çayı (Ağgölə tökülür), Bəygöl/Baykal gölü hövzəsində Qaşqara vadisində axan Muqubəy çayı... da eyni mənanı daşıyır.

Şərqi Sibir bölgəsi və Saxa/Yaqut diyarı qədim dövrün İntibah irsi ilə zəngin olduğu kimi, həm də Təbiət abidələri ilə örtülüdür. Böyük Ana Su çayının orta hissəsinin yatağı boyunca (Xan çayı hövzəsində), çayın sağ sahilində, 40 km məsafədə, 100-200 m hündürlükdə ucalan Qayalar Sütunu geoloji Kembri dövrünün (560-540 milyon illik tarixə malik) yadigarıdır ki, 1994-cü ildən Milli Park kimi qorunur və 2012-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir.

İlahi Hökmlə yaranan bu Təbiət abidələri Saxa/Sak-Yaqut xalqının milli-mənəvi və dini-sakral təsəvvürndə əfsanə, rəvayət, epos...məzmunu kəsb etmişdir...

Sıalax/Sumnagin İntibah mədəniyyəti mərhələsi Belkaçin mərhələsi ilə əvəz olunmuşdur...

(ardı var)

R.S. 2019-cu ilin oktyabr ayında Bryansk şəhərində “Şərqi Avropa düzənliyinin paleolit dövrü mədəniyyətinin coğrafiyası” mövzusunda Beynəlxalq konfrans keçirilmiş, müzakirə mövzuları əsasında arxeoloq-tarixçilər həm də Qədim Sibir mədəniyyətinin dəqiq meyarları elmi-nəzəri baxımdan qiymətləndirilmişdir.

R.S.S. XVII əsrin əvvəllərindən başlayaraq rus xəritəçiləri kökənli Türkdilli xalqlarından olan Evenklərin (Hun/Quz ailəsinə aid olan) Böyük Ana Su çayını-“Lena”...adlandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:300
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri