Icma.az
close
up
RU
“Türk Müsəlman tarixi və coğrafiyası”nın irsi

“Türk Müsəlman tarixi və coğrafiyası”nın irsi

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Dünya sivilizasiyası, dövlət quruculuğu, siyasi-ictimai, milli-mənəvi mədəniyyət irsinin təkamül mərhələlərinin Türk-Müsəlman dünyası coğrafiyası Amerika, Avropa və Asiya qitələri hüdudlarını əhatə etməklə, həm də 10-15 min illik tarixə malikdir. Bu sırada Astek-Mayya, Qara-Xəzər dənizləri, İtil/Volqa-Abu/Su çayları və Aral/Ural dağları, Sibir-Altay, Türküstan-Sarısu/Xuanxe…təkamül mərhələlərinin izləri istər əski şəhər mədəniyyəti, daş kitabələr və qayaüstü yazı/rəsm nümunələri,istərsə də, şifahi və yazılı epos/abidələri olsun…“Türk-Müsəlman tarixi və coğrafiyası” irsinin əsasını təşkil etmişdir.

Üç qitənin və Üç sivilizasiya məkanının kökənli Etnoİttifaqının genetik irs və irq/dil köklərinin daşıyıcıları olan əski protoTürk və çağdaş Türk dilli xalqlar dini-sakral, ictimai-dünyadərki mədəniyyətinin daşıyıcıları kimi yaşadıqları coğrafi ərazilərin Antik və Qədim dövr İntibah mərkəzlərinə/mədəniyyət mərhələlərinə çevrilməsinə nail olmuşlar, dünyadərki, ictima gücü və tarixlə uzlaşan etnomilli dəyərləri ilə…

Bu barədə bir sıra görkəmli fikir-təfəkkür alimləri əsərlərində qeyd etmişlər, belə ki, antic yunan tarixçisi H.Herodot (e.ə.584-425-ci illər) “Tarix” əsərində yazmışdır ki, qədim dünyanın tanıdığımız xalqları sırasında Skiflər dünya mədəniyyətinin inkişafına təsir edən xalqlar sırasında öncül yer tutmuşlar.

Rus arxeoloqu, REA-nın akademiki B.A.Rıbakov (1908-2001) isə “Herodot Skifi. Tarixi-coğrafi təhlil” kitanında (1979) göstərir ki, yunan tarixçis və səyyahı Herodotun e.ə.514-cü ildə Skif xalqlarının dövlət hüdudlarına (Şərqi Avropa əraziləri) səyyahəti bu xalqların dünyəvi dövlət-mədəniyyət təşəkkülünün ümumilikdə e.ə.VI-V əsrlər mərhələsini əhatə etdiyinə bir sübutdur.

Və yaxud, digər rus şərqşünası, Sosialist Əməyi Qəhrəmanı, akademik B.B.Piatrovskiyə (1908-1990) görə qədim dünya mədəniyyətinin təşəkkülündə Skif maddi-mənəvi irsi/mərhələsi həlledici rol oynamışdır.

Haşiyə. E.ə. I minillikdə Altay dağlarından Dunay çayınadək, Xəzər və Qara dəniz hövzələrində güclü İttifaq Birliyi və geniş coğrafi məkanda ictimai-siyasi Dövlət quruculuğunun təşəkkülü Skif/İskit etnomilli Türkdilli Ailə-Dil birliyinə malik xalq Saklarla, Massagetlərlə, Sarmatlarla, Hunlarla....genetik qan-irq-dil qohumluğuna malik olmuşdur.

“Tarix” elminin “atası” H.Herodot Sarmatları “Qıyıqgözlülər” hesab etmişdir ki, bu da, həmin etnotoplumun İrandillilərə mənsubiyyətini inkar edən “bioloji-irqi” amillərdən biridir, məhz əski Türkdilli xalqlara mənsub olduğuna əsaslı sübutdur.

Rus şairi və tarixçisi V.Y.Bryusovun (1873-1924) Sarmatlara həsr edilmiş “Mənim uzaqlaşmış əcdadlarım” şeri, məşhur AA..Blokun (1880-1921) isə:

-Bəli, Skiflər bizik...Biz Asiyalıyıq....

...msiraları bir daha uzaq keçmişin tarixi-coğrafi səhifələrinin diqqətli və hərtərəfli tədqiqi zəruriliyini unutmamağa çağırır...və xatırlatmaqdadır...

Axı, o cümlədən Sarmatların da coğrafi məkanlarının əski toponimləri qədim Türkdilli tayfalarının etnomilli dil-tələffüz irsinin məhsuludur...

Sarmat mədəniyyətinin yaranmasında Asiya/Şərq coğrafiyasının əskiTürkdilli etnoqollarının etnomorfoloji təsiri şübhə doğurmur.

Proto/Əski Türkdilli xalqlara məxsus dünya mədəniyyətinin təşəkkülü dövrləri Asiya qitəsində aşkar edilməklə, hərətərəfli arxeoloji, tarixi, coğrafi, filoloji, dini-sakral…tədqiqatlar obyektinə çevrilmişlər. Qeyd edilən, Antik çağların İntibah mərhələləri yaşayış məskənlərinin mükəmməl struktural quruluşu, Qəbilə-Tayfa mərasimlərinin təkmil elementləri, qiymətli zinyət əşyalarının və təsviri sənət nümunələrinin Mistik məna yükü, çoxsaylı cilalanmış əmək alətlərinin çeşidi, daş və qayaüstü naxışların simmetrik təsviri...kimi irs nümunələri ilə ifadə olunmuşdur.

Bu baxımdan eramızdan əvvəlki minilliklərdə (XII-IV) Üsta Daş, Neolit, Eneolit (Mis-Daş) və Tunc/Bürünc dövrlərində formalaşan İntibah-Mədəniyyət mərhələsinin coğrafi məkan sırasında Uzaq Şərq-Altay-Sibir bölgələrinin, Hun-Quz-Saxa/Sak, Qırğız-Oğuz...etnoİttifaqlarının xüsusi yeri vardır və təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

-erkən eneolit dövrünün Sıalax/Sumnagin mədəniyyəti (e.ə. VIII-VI minillər, e.ə. 6820-5440-cı illər);

-Belkaçin mədəniyyəti səviyyəsi (e.ə. IV-III minilliklər dövrü);

-Altay-Minusin mədəniyyəti (e.ə.III minilliyin II yarısı);

-Göy Tenqri-Sarı Su təkamül mərhələsi (e.ə. III-I minilliklər);

-Sumnagin maddi-mədəniyyət dövrü;

-neolit dövrünün Sibir mədəni-arxeoloji mədəniyyət mərhələsi (Saxa/Sak-Yaqut bölgəsi);

-Cənubi Sibirin Üst-Mil mədəniyyət mərhələsi, Hun-Quz etnoarxeoloji maddi irs təməlinə əsaslanmaqla (e.ə.XIV-IV əsrlər arası), eyni səviyyə Saxa-Yaqut diyarında Vilyuy çayı hövzəsini də əhatə etmişdir;

-Skif mədəniyyəti dövrü (e.ə.VII- e. III əsri);

-Saxa/Sak-Yaqut diyarının Qızılsırs mədəniyyəti;

Sak-Saxa/Yakutiya diyarına və Tamur/Taymır yarımadasına yayılan Sıalax İntibah mərkəzi Böyük Ana Su çayının orta hövzəsində e.ə. V-IV minilliklərdə (erkən Eneolit dövrü) yaranan mədəniyyət mərhələsi kimi bütünlüklə Şərqi Sibir bölgəsini əhatə etmişditr. Coğrafi məkan üzrə etnodemoqrik təkamül və miqrasiya xəttinə yerli etnomilli kökənlilərlə yanaşı, Qərbi Sakit okean hövzələrindən hərəkət edən Hun-Quz-Sak...etnoslarının, eləcə də, Bəygöl/Baykal gölünün hər tərəfindən köç edən Qəbilə-Tayfa birliklərinin təsiri də böyük olmuş, sonrakı mərhələdə yerli Sumnagin mədəniyyətinin zənginləşməsi ilə nəticələnmişdir. Həmin dövrün şifahi folkloru və yazılı salnamələri, tarixi-maddi irsi...bir daha sübut etmişdir ki, Sibir və Uzaq Şərq bölgəsi daxil qitə/materik ərazisinin orta və qütbətrafı enlikləri bütünlüklə əskiTürkdilli xalqların əski yaşayış məkanları olmuş və bütün toponimlər Aral/Ural və Altay Ailə/Tayfa birliklərinin etnomorfogenetik irsindən yoğrulmuşdur, XV-XVI əsrlərdən üzü bəri bir sıra yad dil-leksik təhriflərə məruz qalsalar da, ilkinliyi, kökənliyi itirməmişlər...o cümlədən, Sıalax/Sumnagin İntibah mədəniyyəti də...

Bu barədə rus tədqiqatçıları, arxeoloqlar-tarixçilər A.F.Middendorf (1815-1894), A.P.Okladnikov (1908-1981), Y.A.Moçanov (1934-2020)....əsərlərində elmi-nəzəri mülahizələrinə yer vermişlər.

Şərqi Sibir bölgəsi və Saxa/Yaqut diyarı qədim dövrün İntibah irsi ilə zəngin olduğu kimi, həm də Təbiət abidələri ilə örtülüdür. Böyük Ana Su çayının orta hissəsinin yatağı boyunca (Olekma və Aldan şəhərləri arasında), çayın sağ sahilində, 40 km məsafədə, 100-200 m hündürlükdə ucalan Qayalar Sütunu geoloji Kembri dövrünün (560-540 milyon illik tarixə malik) yadigarıdır ki, 1994-cü ildən Milli Park kimi qorunur və 2012-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir.

İlahi Hökmlə yaranan bu Təbiət abidələri Saxa/Sak-Yaqut xalqının milli-mənəvi və dini-sakral təsəvvürndə əfsanə, rəvayət, epos...məzmunu kəsb etmişdir...

Sıalax/Sumnagin İntibah mədəniyyəti mərhələsi Belkaçin mərhələsi ilə əvəz olunmuşdur...

(ardı var)

R.S. 2019-cu ilin oktyabr ayında Bryansk şəhərində “Şərqi Avropa düzənliyinin paleolit dövrü mədəniyyətinin coğrafiyası” mövzusunda Beynəlxalq konfrans keçirilmiş, müzakirə mövzuları əsasında arxeoloq-tarixçilər həm də Qədim Sibir mədəniyyətinin dəqiq meyarları elmi-nəzəri baxımdan qiymətləndirilmişdir.

R.S.S. XVII əsrin əvvəllərindən başlayaraq rus xəritəçiləri kökənli Türkdilli xalqlarından olan Evenklərin (Hun/Quz ailəsinə aid olan) Böyük Ana Su çayını-“Lena”...adlandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri