Icma.az
close
up
RU
Türk ölkəsinin liderindən heyrətləndirən qərar: Birbaşa əraziyə getdi

Türk ölkəsinin liderindən heyrətləndirən qərar: Birbaşa əraziyə getdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Erhürman adanın rum kəsimini əhatə edən Kipr Respublikasının lideri Nikos Hristodulidislə görüşüb.  Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Kiprdəki nümayəndəsinin ofisində baş tutub.

Görüşdə BMT nümayəndəsi Khassim Diagne də iştirak edib. Bu, Tufan Erhürmanın prezident seçildikdən sonra adanın rum hökumətinin rəhbəri ilə ilk görüşüdür. Liderlərin görüşü Kipr adasında vəziyyətin gərginləşməsi fonunda diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Kipr problemi regionda potensial münaqişə ocağına çevrilə bilər:

“Dünyada artan gərginlik və geosiyasi maraqlar uğrunda mübarizə dondurulmuş münaqişələri alovlandırmaqdadır. Bu mənada Kipr adası istisna deyil. Ona görə də, problem mürəkkəbləşmədən və geriyə qayıdış yolları bağlanmadan tərəflərin dialoq qurması təqdirəlayiqdir.


Mütəllim Rəhimli

Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Erhürmanın yunan Kiprinə səfəri cəsarətli addımdır. Bu, nəinki gələcəkdə yaranacaq müharibəni aradan qaldıra, hətta adanın taleyi ilə bağlı ortaq mövqenin formalaşmasına təsir belə göstərə bilər. İki Kipr dövləti arasında münasibətlər sadə deyil, hətta kifayət qədər mürəkkəb və gərgindir. Üstəlik, bu ağır prosesdə Yunanıstan və Türkiyə də iştirakçıya çevrilib və qarşı-qarşıya dayanıb. Uzun illər davam edən mübahisəli vəziyyət tərəflərin geriyə addım atmaq imkanlarını da bloklayıb. Təəsüf ki, müharibə ehtimalı çoxdur. İki Kipr dövlətinin prezidentlərinin görüşü bu ehtimalı da azaltmağa xidmət edir.

Ən mühüm nüanslardan biri Şimali Kiprin sülh və anlaşma tərəfdarı olduğunu nümayiş etdirməsidir. Prezident Erhürman yunan Kiprinə səfər etməklə bunu göstərmiş oldu. İndi qarşı tərəfin adekvat davranışlarını diqqətlə izləmək lazımdır ki, müvafiq nəticələr çıxarmaq mümkün olsun”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri