Icma.az
close
up
RU
Türk politoloq: ATƏT in Minsk qrupunun ləğvi Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır

Türk politoloq: ATƏT in Minsk qrupunun ləğvi Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 dekabr, Elmir Səftərov, AZƏRTAC

ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğv edilməsi təkcə funksiyasını itirmiş bir vasitəçilik mexanizminin bağlanması deyil. Bu qərar beynəlxalq ictimaiyyətə Cənubi Qafqazda otuz ilə yaxın davam edən dondurulmuş status-kvonun geri dönüşsüz şəkildə sona çatdığını bəyan edən tarixi bir mərhələdir. Bu gün həm beynəlxalq hüquq, həm regional reallıqlar, həm də strateji güc balansı eyni həqiqəti təsdiqləyir: Azərbaycanın ərazi bütövlüyünü sahədə bərpa edən iradə artıq diplomatik müstəvidə də qəti şəkildə tanınıb. Bu, sadəcə bir münaqişənin başa çatması deyil. Bu, Cənubi Qafqazda qərarvermə və həll mexanizmlərinin artıq xaricdən diktə olunan formatlarla deyil, bölgə ölkələrinin öz iradəsi və təhlükəsizlik arxitekturası ilə formalaşacağının açıq bəyanıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat sahədə real sabitlik yaratdığı kimi, Minsk qrupunun ləğvi də bu yeni sabitlik modelini beynəlxalq müstəvidə hüquqi və siyasi fakta çevirdi. Artıq Cənubi Qafqazın gələcəyini müəyyən edən bölgədənkənar aktorlar deyil, Bakının formalaşdırdığı yeni geosiyasi nizamdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, Azərbaycanın son dövrdə əldə etdiyi nailiyyətlər yalnız hərbi üstünlüklə məhdudlaşmır. Suverenlik məkanının tam şəkildə bərpası artıq beynəlxalq hüquq müstəvisində mübahisəsiz qəbul olunub. Bununla yanaşı, Bakı regional nəqliyyat və enerji xətləri üzərində əsas oyunçuya çevrilərək həm iqtisadi inteqrasiyasını gücləndirən, həm də siyasi manevr imkanlarını artıran yeni strateji dərinlik qazanıb. Artıq bir çox elmi və analitik araşdırmalar Azərbaycanın Cənubi Qafqazda “regional norma müəyyən edən aktor” kimi yüksəlişini orta güc nəzəriyyəsi çərçivəsində qiymətləndirməyə başlayıb.

“Yeni dövrün ən kritik məsələsi, şübhəsiz ki, Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız texniki bir nəqliyyat xətti deyil, Türk dünyasının coğrafi əlaqəliliyini təmin edən, Mərkəzi Asiyadan Anadoluyadək uzanan yeni bir geostrateji dayağıdır. Bu xətt Bakı ilə Ankara arasındakı inteqrasiyanı daha da dərinləşdirir və uzun müddət nəzəri səviyyədə müzakirə olunan türk dövlətləri birliyinin konkret infrastrukturuna çevrilir. Dəhlizin açılması Cənubi Qafqazın ticarət, enerji və logistika şəbəkələrini Avrasiyanın əsas arteriyaları ilə birləşdirərək regionun geoiqtisadi mənzərəsini yenidən formalaşdıracaq. Zəngəzur boyunca həyata keçiriləcək müasirləşmə layihələri yaxın dövrdə tranzit ticarətini artıracaq, orta perspektivdə isə Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xəttini Avrasiyanın əsas marşrutlarından birinə çevirəcək.

Beynəlxalq aktorların bu prosesə münasibəti də artıq aydındır: böyük güclər daxil olmaqla bütün tərəflər Minsk Prosesinin sona çatdığını və yeni reallığı qəbul etməli olduqlarını görürlər. Bəzi aktorlar Bakının artan gücünü balanslaşdırmağa çalışarkən, digərləri regional əməkdaşlığın açdığı iqtisadi imkanlara yönəlirlər. Bu mürəkkəb mənzərəyə baxmayaraq, Azərbaycan çoxvektorlu diplomatiyası ilə Rusiya, Qərb və region dövlətləri arasında çevik, tarazlı və rasional xətt izləyərək öz strateji avtonomiyasını qorumağı bacarır.

Bu mərhələdə Ermənistanın seçimi həlledici olacaq. Minsk prosesinin bitməsi heç bir boşluq yaratmadı, əksinə İrəvan reallıqları düzgün dəyərləndirərsə həm normallaşma, həm də iqtisadi inkişaf üçün yeni bir imkan pəncərəsi açılıb. Lakin bu pəncərənin açıq qalması Ermənistanın təcrid və təxribat siyasətindən imtina etməsindən, regional sülh modelinin təqdim etdiyi imkanlara yönəlməsindən asılıdır. Əks halda bu, İrəvanın daha da kənarda qalmasına və Cənubi Qafqazda formalaşan güc nizamında passiv müşahidəçiyə çevrilməsinə gətirib çıxaracaq”, - N.T.Aktay vurğulayıb.

Türkiyəli politoloq bildirib ki, bu dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin qazandığı strateji dərinlik isə regionun gələcəyini formalaşdıran əsas sütundur. Ankara ilə Bakının həmrəyliyi təkcə iki dövlətin qardaşlıq münasibətlərindən deyil, həm də Türk dünyasının yüksələn geosiyasi vahidliyindən güc alır. Bu etimad və koordinasiya, Cənubi Qafqazda yaranan yeni nizamın ən möhkəm dayağıdır. Bütün bu inkişaflar fonunda, ATƏT-in Minsk qrupunun ləğv edilməsi bir sonluq deyil, Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır. Bu model ideologiyaya deyil, faktlara, hüquqa, reallığa və ortaq maraqlara əsaslanır. Cənubi Qafqazın gələcəyi artıq masa arxasında qurulan sxemlərlə deyil, bölgə ölkələrinin iradəsi və Türk dünyasının yüksələn strateji şəbəkəsi ilə formalaşır. Azərbaycanın qətiyyətli mövqeyi və dəyişən geosiyasi reallığı düzgün oxuyan siyasəti sayəsində Cənubi Qafqaz ilk dəfə bu qədər konkret, bu qədər real və bu qədər öz daxili dinamikaları ilə formalaşan bir sülh perspektivinə yaxınlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri