Icma.az
close
up
RU
Türk sivilizasiyasının qədim dövrü

Türk sivilizasiyasının qədim dövrü

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III Yazı

Biz görürük ki, bir tərəfdən müxtəlif dini inanclar (İslam, Buddizm, Xristian, İudaizm və b.), digər tərəfdən dünyada hökmran­lıq edən “Qərb mədəniyyəti” Turan-Türk xalqlarının milli düşüncə sistemini xeyli sarsıtmışdır. Bu anlamda çıxış yolu olaraq Turan-Türk xalqları mövcud dini inanclarını (İslamlıq, Xristianlıq, Şamanizm, Buddizm və b.) qoruyub saxlamaq­la, Qərb mədəniyyətini mənimsə­məklə yanaşı, eyni zamanda milli varlığını, milli törələrini da unut­mamalıdırlar. Hindlilər Hinduizm mədəniyyətinin, Yəhudilər İude­ya-İsrail mədəniyyəti­nin, Farslar Arian-Əhəmən-Sasani (İran) mə­dəniy­yətinin, Avropalılar Yunan-Roma mədə­niy­yətinin nisgilini ya­şa­yaraq, özlərini yenidən ifadə etməyə çalışdıqları bir zamanda Türk-Turan xalqlarının Şumer, Qut, Turukki, İskit-Oğuz, Hun, Midi­ya, Göktürk, Xəzər, Səlçuqlar və başqa dövlətlərimizin dövr­lərindəki mədəniyyətləri necə ümumiləş­dirməsi məsələsinə həll tapılmalıdır.[1]

Ərəstun Həbibbəyli doğru yazır ki, Türk sivilizasiyası qədim tarixi köklərə malik olub, özünün inkişaf yolunda bir neçə mərhələ yaşamış və mövcudiyyətini qoruyub saxlamaqda olan sivilizasiyalara aiddir.[2] Onun fikrincə, tarixin müxtəlif zamanlarında və hətta bəzən eyni zaman periodunda Türk sivilizasiyası bir neçə mərkəzi güc üzərində qurulmuşdur: “Məsələn, birinci nəsil sivilizasiyalar dövründə Ön Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının izlərinə rast gəlinir. Sonrakı mərhələ­lərdə Osmanlı, Səfəvi, Misir Məmlük sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, çoxqütblülük Türk sivilizasiya­sının zəngin mədəniyyətinin və çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindən biridir”.[3]

Ə.Həbibbəyli onu da doğru qeyd edir ki, dünya sivilizasiya­ları sahəsini tədqiq edən Qərb alimləri arasında istər sivilizasiya­şünaslar, istərsə geopolitiklər sivilizasiyaları təsnifləşdirərkən heç bir halda Türk sivilizasiyasını ayrıca bir sivilizasiya olaraq nəzərdən keçirməmişlər: “Nə Samuel Hantinqtonda, nə Arnold Toynbidə, nə Frensis Fukuyamada Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast gəlmirik. Bunun səbəblərini isə Qərb sivilizoloqlarının qeyri-elmi, qərəzli mövqelərində axtarmaq lazım­dır. Məlumdur ki, sivilizasiya məfhumuna elmi yanaşma ilk dəfə Avropada başlamışdır və hazırda da bu sahə ilə daha çox Qərb ölkə­lərinin alimləri məşğul olurlar. Onlar isə tarixin ən qədim dövründən günümüzədək maddi-mənəvi özünəməxsus­luğunu qoruyub saxlamış Türk sivilizasiyasını görməzlikdən gəlir, yaxud bu fenomenə qısqanc yanaşırlar. Halbuki, Türk sivilizasiyası tarixdə nəsildəyişmə mər­hələlərindən öz seçkinliyini qoruyub saxlayaraq keçən azsaylı sivilizasiya tiplərindəndir. Belə ki, məlum olduğu kimi, hazırda sivilizasiyaların təsnifatında əsas kriteriya olaraq nəsil (zaman) dəyişikliyinə üstünlük verilir. Arnold Toynbi, Samuel Hantinqton, Elvin Toffler kimi sivilizoloqlar üç və ya dörd nəsil sivilizasiya müəyyən etmişlər və bu təsnifatlarda heç zaman Türk sivilizasiyasına müstəqil element kimi baxılmasına rast gəlmirik. Əslində isə Türk sivilizasiyası çox nadir sivilizasiya tiplərindəndir ki, həm birinci nəsil (Qədim Misir, Şumer, Çin, Hind və s.), həm də sonuncu nəsil (sənaye­dən sonrakı) sivilizasiya tipləri ilə bərabər mövcud olmuşdur və hələ də öz varlığını qoruyub saxlayır”.[4]

Rahid Uluselin təsnifatında isə Türk sivilizasiyası İslam, Yapon, Çin, Hind, eyni zamanda Afrika və Okeaniya sivilizasiyaları ilə bərabər hazırkı dünya sivilizasiyasının Şərq qrupunu təşkil edir.[5]

Biz də qətiyyən şübhə etmirik ki, bu gün dünyada tarixi dəqiq bilinməyən, ya da çox az bilinən dövlətlərin və mədəniyyət­lərin mahiyyətində ən çox Türk-Turan sivilizasiyasının damğası, ya da birbaşa özü var. Bunu, biz türklərdən çox Avropa alimlərin daha yaxşı bilməsi qənaətindəyik. Ən azı ona görə ki, Turan sivilizasiya­sına aid yazılı, ya da maddi abidələr də bizlərdən çox Qərb alimlərinin əllərindədir. Bu gün dünya tarixini, dünya sivilizasiyalarını müəyyənləşdirən Qərb elmi olduğu üçün, ancaq oradan gələn bir fikrə möhtac qalmışıq. Qərb alimləri də dünya elmində nəinki bir mədəniyyət olaraq Türk sivilizasiyasını qəbul etmək niyyətləri var[6] hətta, onun “gənc” və “barbar” olması iddiasında qalmaqdadırlar. Bu anlamda heç bir ciddi əsas olmadan Şumer, Midiya mədəniyyəti də, tarixi də Hind-Avropa mədəniy­yətinin, ya da Arilərin adına çıxılır. Halbuki Qərb mədəniyyəti öz başlanğıcını Şumer və Misirdən götürmşüdür.[7] Ancaq Avropa/Qərb alimlərinə inansaq dünyada ilk mədəniy­yətin, ilk təktanrılıq ideyasının müəllifləri də Hind-Avropa mədəniy­yətinin daşıyıcıları, yəni Arilər­dir (Avropa­lılar, İranlılar, Hindlilər və b.). Onlar ilk mədəniyyət, ilk təktanrı­çılıq ideyalarının başlanğıcı məsələlərində də özlərinə az-çox rəqib kimi Samiləri (Yəhudiləri, Ərəbləri və b.) görürlər.

“Avropamərkəzçilər”in ən əski mifoloji, dini və sivil mədəniyyətin, bir sözlə qədim sivilizasiyaların kökünü əsasən Arilikdə, qismən də Samilikdə axtarılması heç də təsadüfi olma­mışdır. Bizcə, kökü daha qədimlərə gedib çıxan, ancaq “Avropamərkəzçilər” tərəfindən qismən XVIII əsrdə, əsasən isə XIX əsrin başlarından ortayan çıxarılan ideologiyanın tərkib hissəsi kimi Arilik və Samilik məqsədli şəkildə ortaya atılmışdır. Onların əsas hədəfi də bir tərəfdən tarixin dərinliklərinin içindən Avropa mədəniyyətini, Avropa sivilizasiyasını “kəşf” etmək, bununla da Qərb siviliza­siya­sını əsaslandırmaq olmuşdursa, digər tərəfdən Yəhudiləri (Akkad, Assuriya), Ərəbləri (Ərəb Xilafəti) və Farsları (Əhəmənlər və Sasanlar) əski mədəniyyətin sahibləri kimi oyadaraq Türk-Turanın ruhunu az da olsa, yaşadan Qacarları və Osmanlını devirmək olmuş­dur. Deməli, “Avropamərkəzçilər” Samilik və Ariliyi gündəmə gətirməklə yalnız Qərb sivilizasiyası­nın mahiyyətini əsaslandırmağı deyil, bununla yanaşı Osmanlının hakimiyyəti altında yaşayan Ərəblər və Yəhudilər arasında uyğun olaraq Vəhabiliyi, Sələfiliyi, Yəhudiliyi Qacarların nüfuz dairəsində olan Farslar və digər farsdil­lilər arasında isə Zərdüşt­lüyü, Ariliyi təbliğ etmək olmuşdur. Burada “Avropamərkəzçi­lər”in əsas məqsədi öz maraqlarına uyğun olaraq Osmanlı və Qacarların hakimiyyəti altında yaşayan ərəblərin, yəhudilərin, farsların, ermənilərin mədəni, sivil və qədim bir xalqlar olduğu halda, amma onların idarə edən Türklərin vəhşi, barbar və mədə­niyyətsiz xalq olduğunu təbliğ etməyə çalışmışlar. Təsadüfi deyil ki, “Avropamərkəzçilər”in Osmanlıda apar­dığı bu siyasət nəticəsində ilk öncə Ərəblər (Səudiyyə Ərəbi­stanı) öz dövlətlərini yaratmış, “İran”da isə Qacarlar devrilərək (1925) onların yerinə farsyönlü Pəhləvilər gətirilmişdir.[8]

İlk Turan-Türk imperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. IV-II minilliklərə, bəzən də daha qədim dövrlərə aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə I minillikdə görənlər də var. Buna səbəb də, Turan imperiyasının varlığına yanaşma­larda dünya alimlərinin əksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxa­sında da özəllik­lə Qərb alimlərinin iranlıların/farsların “qara qaş­larına, ala göz­ləri­nə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önəmli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxmaq şərtiylə çoxu Turan İmperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər gəncləşdiməyə, bu da müm­kün olmadığı halda Turanlıları Türklərdən ayırıb onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar.

Turan imperiyasının ya da Turan mədəniyyətinin varlığı ilə bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Ariya ideya­sının dirçəldilməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən etibarən Avropa alimlərinin çoxunun Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi adlandır­ması, bu zaman da “İran imperiyasını” qədimləş­dirmək adına onun Turan İmperiyasıyla üz-üzə qoyulması sırf “Avropamərkəzçi” ideya olmuşdur. Çünki iranlıların/aryanların ən əski tarixində iki millətlə: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Bu da bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarşıdurmaları Sami­lərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alimlərinin İran-Sami deyil, İran-Turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünki ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur. Bu, ariyanların ən qədim kitabı hesab olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan “Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır.[9]

[1] Ələkbərli Faiq. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, s.9-10

[2] Həbibbəyli Ərəstun. Sivilizasiyaların kəsişməsində Türk dünyası. Bakı, Elm və təhsil, 2011, s.11

[3] Yenə orada, s.25-26

[4] Yenə orada, s.32-33

[5] Ulusel Rahid. Qloballaşma və Türk Sivilizasiyası. Bakı, Çaşıoğlu, 2005, s.240

[6] Feyziyev Cavanşir. Türk sivilizasiyasının təməl dəyərləri. 5 kitabda, 1-ci kitab. Bakı, Mütərcim, 2017, s.11-12

[7] Arslan Ahmet. İlkçağ felsefe tarihi-1. Sokratöncesi Yunan felsefesi. İstanbul, İstanbul Bilgi Universitesi Yayınları, 2006, s.23

[8] Ələkbərli Faiq. Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, “Elm və təhsil”, 2021, s.13

[9] Ўзбекистон фалсафаси тарихи. I жилд. Тошкент: Noshir, 2013, s.8


OXŞAR XƏBƏRLƏR

Simurq quşu kimi külündən doğulanlar - Yaxud, susmadan yaşamaq fəlsəfəsi

08:15

Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə

01:10

Türkiye ve Azerbaycan’ın Ortak Geleceği

5 Oktyabr 10:57

Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

4 Oktyabr 15:38

3 oktyabr… İstanbul… Yanlış seçilmiş gün və ünvan…

4 Oktyabr 10:55

3 okyabr 1993-cü  il: Azərbaycanın və Güney Qafqazın siyasi həyatını dəyişən tarixi hadisə

3 Oktyabr 19:09

Əl tutmaq Əlidən qalıb, siz kimdən qalmısınız?

2 Oktyabr 12:52

ATA YAŞI…

2 Oktyabr 12:32

YƏHUDİ DAMĞASI: Arqumenti olmayanların siyasi silahı

30 Sentyabr 18:22

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

30 Sentyabr 18:18

TURKIY FALSAFIY TAFAKKUR – TARIXIY XOTIRA VA ZAMONAVIY O‘ZLIKNI ANGLASH OMILI

30 Sentyabr 18:03

Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30 Sentyabr 18:02

Xalqın birliyindən zəfərə doğru

28 Sentyabr 15:34

Türkiyədən BƏYANAT GƏLDİ: “Qardaşlığımızı sarsıdan cəhdlərə imkan verməyək”

28 Sentyabr 15:06

İstanbullu dostum Mehmetə məktub...

28 Sentyabr 13:48

Xəyalə Dadaşova: "Tarix seçmə yaddaşla yazılmır"

27 Sentyabr 11:41

Ruhuna və bədəninə qiymət biçmək insani bir davranış deyil

24 Sentyabr 12:15

Bu, robot-gəlin məsələsi haradan çıxdı?

23 Sentyabr 12:34

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı faktlar

5 Oktyabr 14:52

Ramil Usubovun kürəkəni qəfil öldü - FOTO

5 Oktyabr 12:20

Hərbi xidmətə yararlı olub-olmadığınızı süni intellektin köməyi ilə bilinəcək

5 Oktyabr 12:14

Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama

5 Oktyabr 11:44

Nazirin xalası oğlu mənimsədiyi pulu dövlətə ödədi

5 Oktyabr 10:44

Ermənistan İrana qarşı elə bir hərəkət etdi ki... - QALMAQAL

5 Oktyabr 10:35

SON XƏBƏRLƏR

Türk sivilizasiyasının qədim dövrü

08:30

Simurq quşu kimi külündən doğulanlar - Yaxud, susmadan yaşamaq fəlsəfəsi

08:15

“Anadolu’dan Hazar”a - Yunus Emre İnstitutunda adlı ədəbi görüş keçirilib

08:00

Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə

01:10

44 günlük Qarabağ müharibəsinin şəhidlərinin ruhuna ehsan verildi - FOTOLAR

01:07

Polkovnik Əflatun Məmmədov həbs edildi

5 Oktyabr 23:01

Yəmən hökumət qüvvələri Moha şəhərini husilərdən geri alıb

5 Oktyabr 22:33

Lavrov NATO-ya Əfqanıstanla bağlı sərt xəbərdarlıq etdi

5 Oktyabr 20:54

Vensdən İran xəbərdarlığı: “Bütün ehtimallara hazırıq”

5 Oktyabr 20:49

Yaponiyadan Çinə mesaj: “Vacib qonşumuzdur”

5 Oktyabr 18:00

Fransada seçki müdaxiləsi iddiası: İsrail şirkətinin adı hallandı

5 Oktyabr 17:58

Bolqarıstanda silsilə bomba təhdidləri - Polis hərəkətə keçdi

5 Oktyabr 17:51

Rusiya Qara dənizdə iki yük gəmisinə hücum etdi

5 Oktyabr 17:38

Müştəriyə qarşı bunu edən satıcılar CƏZALANDIRILACAQ - XƏBƏRDARLIQ

5 Oktyabr 17:29

Sürücülərin nəzərinə - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK

5 Oktyabr 17:16

Kaladze: Ukraynaya görə təəssüf edirik, artıq onu belə adlandırırlar

5 Oktyabr 16:59

Ankarada “Eyni Hilal altında: İki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçirilib

5 Oktyabr 16:48

Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir

5 Oktyabr 16:46

Bu tarixdən yağış kəsəcək, temperatur qalxacaq

5 Oktyabr 16:42

İranlı general: “Yeni hücumun alovu hər kəsi bürüyəcək”

5 Oktyabr 16:41

Türkiyəli məşhur aktyor Göksel Arsoy vəfat etdi

5 Oktyabr 16:29

Yəməndə 324 strateji hədəf vuruldu

5 Oktyabr 16:24

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

5 Oktyabr 16:11

Bir ömrün şərəfi və ya insanlıqdan ziyalılığa, ziyalılıqdan dövlət xidmətinə gedən yol

5 Oktyabr 15:58

Şəhidimizin adını daşıyan gəmiyə Qara dənizdə dron hücumu: İtkin düşənlər var - Foto/Video

5 Oktyabr 15:57

Arvadına bu qadağaları qoyan kişilər cərimələnəcək – 700 manatadək…

5 Oktyabr 15:36

ŞAD XƏBƏR: Bakıda “sudan ucuz” torpaqlar satışa çıxarıldı

5 Oktyabr 15:31

Görənlər gözlərinə inanmadı: Sirli görüntü

5 Oktyabr 15:26

“Təqaüdçülər aldıqları pulla heç 2 həftə dolana bilməzlər” - İQTİSADÇI

5 Oktyabr 15:23

ABŞ Karib dənizində qayığa hücum etdi: 4 nəfər həlak oldu

5 Oktyabr 15:06

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı faktlar

5 Oktyabr 14:52

Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var

5 Oktyabr 14:40

Pakistanda təcavüzə uğrayan 23 yaşlı Diana Azərbaycana GÖNDƏRİLDİ

5 Oktyabr 14:38

Rusiyada vəba həyəcanı: 197 nəfər karantinə alındı

5 Oktyabr 14:22

Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu

5 Oktyabr 14:17

Azərbaycanda “paraleqal”lar fəaliyyət göstərəcək – Qaydalar

5 Oktyabr 13:58

Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı

5 Oktyabr 13:55

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

5 Oktyabr 13:52

Putin qarşısında bunu etsək, ağır nəticələri olacaq – Zelenski

5 Oktyabr 13:38

ABŞ B-1 bombardmançılarını İngiltərədən geri çəkdi

5 Oktyabr 13:37

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

“Şəki yaylası”nda faciə belə baş verib – VİDEO/Həssas görüntülər

8 Sentyabr 20:54

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

4 Oktyabr 16:17

“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum

7 Sentyabr 22:08

Çin prezidenti Si Cinpinin səhhəti ilə bağlı sirli məqam: İddia yayıldı

19 Sentyabr 19:20

Xudayarın anası: Hamısını məhkəməyə verib, təzminat alacağam

7 Sentyabr 11:23

DÜZ CAVABDAN DÜZ SUALA: “DƏRVİŞƏ SUAL”IN İRFAN YOLU

11 Sentyabr 11:29

Rusiya və İran Zəngəzur dəhlizinə qarşı birləşdi: Müharibə olacaq?

8 Sentyabr 15:11

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 13:22

Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO - VİDEO

9 Sentyabr 00:30

Paşinyandan sərsəm AÇIQLAMA: "Bakıda abidəm qoyulmalıdır"

11 Sentyabr 12:40

Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?

2 Oktyabr 11:15

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - VİDEO

8 Sentyabr 22:24

SON XƏBƏR: Prezident Əhməd İsmayılovu yeni quruma SƏDR TƏYİN ETDİ

8 Sentyabr 14:18

Rövşən Hüseynli: Azərbaycan Ermənistanla iqtisadi münasibətlərdə strateji təşəbbüsü ələ almalıdır

9 Sentyabr 23:44



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Oktyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri