Icma.az
close
up
RU
Türkan çimərliyində narahatedici mənzərə Dəniz suyunun qaralması narazılıq doğurur

Türkan çimərliyində narahatedici mənzərə Dəniz suyunun qaralması narazılıq doğurur

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son günlər Türkan çimərliyində müşahidə edilən xoşagəlməz mənzərə yerli sakinləri narahat etməyə başlayıb. Dəniz suyunun rənginin qara çalara bürünməsi insanların həm sağlamlıq, həm də ekoloji təhlükələrdən ehtiyat etməsinə səbəb olub.

Çimərlik ətrafında yaşayan sakinlərin sözlərinə görə, əvvəllər Türkan dənizi təmizliyi ilə seçilirdi və paytaxt sakinlərinin dincəlmək üçün üz tutduğu məkanlardan biri idi. Lakin indi vəziyyət tamamilə fərqlidir. Suyun qaralması, dalğaların sahilə gətirdiyi kəskin qoxu və bulanıq mənzərə insanları çimərliyə getməkdən çəkindirir.

"Uşaqları dənizə buraxmağa qorxuruq. Suyun rəngi dəyişib, kəskin iy gəlir. Heç kim bilmir ki, bu hal hansı səbəbdən yaranıb. Sağlamlığımıza ciddi təhlükə ola bilər,”-deyə sakinlərdən biri bildirib.

Digər bir sakin isə bildirir ki, vəziyyət artıq gündəlik həyatlarına da təsir göstərir:

"Dəniz qoxusu evlərə qədər yayılır. Qonşularla danışırıq, hamı narazıdır. Aidiyyəti qurumlar gəlib bu vəziyyəti araşdırmalıdır.”

Mütəxəssislərin fikrincə, dəniz suyunun qaralmasının əsas səbəbləri bir neçə amillə bağlı ola bilər: Kanalizasiya sularının birbaşa dənizə axıdılması, sənaye müəssisələrindən gələn tullantılar, iqlim dəyişikliyi və dəniz ekosistemindəki balansın pozulması, alqaların həddən artıq çoxalması və oksigen çatışmazlığı.

Ekoloqlar xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, dənizdə canlıların məhvi, bioloji müxtəlifliyin azalması və ətraf mühitin ciddi zərər görməsi qaçılmaz olacaq.

Sakinlər artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Onlar vəziyyətin operativ şəkildə araşdırılmasını, çimərliyin əvvəlki təmizliyinin bərpası üçün tədbirlər görülməsini tələb edirlər.

“Biz istəyirik ki, bu problem sadəcə səthi yox, əsaslı şəkildə həll olunsun. Əgər kanalizasiya və ya digər zərərli axıntılar buradadırsa, onların qarşısı alınmalıdır. Çünki bu təkcə Türkan sakinlərinin yox, ümumilikdə Bakı sakinlərinin sağlamlığına zərərdir,” – deyə sakinlər bildirirlər.

Sakinlər ümid edirlər ki, bu problem yalnız sosial şikayət kimi qalmaz və yaxın zamanda dövlət qurumları tərəfindən araşdırılaraq ciddi tədbirlər görülər.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri