Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Türkdilli dövlətlər daha bir təşkilat yaratdı FOTO

Türkdilli dövlətlər daha bir təşkilat yaratdı FOTO

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 10-da Azərbaycan Milli Kitabxanasında Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın prezidenti İsa Həbibbəyli, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Şimali Kipr Türk Respublikasından milli kitabxanaların direktorları və bu sahənin mütəxəssisləri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iclası açaraq qonaqları salamlayıb. Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının 1993-cü ildə yaradıldığını, bu təşkilatın Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda dəfələrlə iclaslarının keçirildiyini lakin təşkilatın rəsmi şəkildə qeydə alınmadığını bildirib. O, iclasın əsas məqsədinin təşkilatın gələcək taleyini müəyyən etmək, rəsmi qeydiyyata alınmasına aydınlıq gətirməkdən ibarət olduğunu deyib. Qeyd olunub ki, təşkilatın əsas vəzifəsi Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında çox böyük rol oynayan milli kitabxanaların fəaliyyətinin əlaqələndirilməsi, onların birgə müxtəlif layihələr həyata keçirməsi və türk mədəniyyətinin dünya miqyasında daha geniş təbliğ olunmasından ibarətdir.

Mədəniyyət naziri Adil Kərimli çıxışında bu gün bütün Türk dünyasının tarixi yaddaşını özündə əks etdirən, onun mühafizi kimi çıxış edən milli kitabxanaların birliyinin təməlinin qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni bir dönəmə keçdiyini qeyd edib.

Bildirilib ki, dost, qardaş ölkələrin milli kitabxanaları arasında məzmuna köklənmiş, ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə yönəlmiş ciddi və sıx əlaqələr mövcuddur. Bu sahədə birgə uğurlu layihələr həyata keçirilir və Azərbaycan Milli Kitabxanası bu prosesdə aktiv rol oynayır.

Adil Kərimli təşkilatın Türk Dünyası Milli Kitabxanalar Birliyi adlandırılmasını, onun tərkibində isə ali orqan kimi Direktorlar Şurasının yaradılmasını təklif edib, təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu ötən əsrin 90-cı illərində türk dövlətlərini birləşdirən ilk təşkilatın mədəniyyət nazirlərinin təşkilatı olduğunu, daha sonra TÜRKSOY-un yarandığını söyləyib. Hazırda Türk dünyasını birləşdirən müxtəlif fondların olduğunu qeyd edən millət vəkili bu gün kitabxanaların çox böyük işlər gördüyünü söyləyib.

Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Türk dünyasının birliyi üçün bu təşəbbüsün əhəmiyyətini qeyd edib, türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinin zəruriliyini burğulayıb.

TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın yaradılmasını türk mədəniyyətinin zəngin tərəflərini üzə çıxarmaqda böyük addım kimi səciyyələndirib. Baş katib xüsusilə də əlyazma əsərlərin araşdırmaçılar üçün əlçatanlığının təmin edilməsinin vacibliyini bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının mükəmməl elmi-ideoloji mərkəz olduğunu qeyd edib və professor Kərim Tahirovun yeni qurulacaq təşkilatın ilk sədri olması təklifini irəli sürüb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov söyləyib ki, kitab bir tərəfdən dil deməkdir, bir tərəfdən dövlət deməkdir. Bu mənada kitabxanaların üzərinə çox böyük məsuliyyət düşür. Akademik həmçinin təşkilatın adının dəqiq və funksionallığı əks etdirməsinin əhəmiyyətini qeyd edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız yaradılacaq qurumun Türk dünyasında elmin və mədəniyyətin inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıblar. Qeyd edilib ki, qardaş ölkələrin milli kitabxanalarının fond bir-birinə açıq olmalı, vahid elektron kataloqu yaradılmalıdır.

Müşahidəçi qismində iclasda iştirak edən Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa Azərbaycan Milli Kitabxanası ilə əlaqələrindən danışıb. O, Macarıstanın 2018-ci ildə bu əməkdaşlığa qoşularaq Şərq və Qərb mədəniyyətlərini daha da yaxınlaşdıran bir körpü yaratmağa başladığını söyləyib.
Sonra Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun yeni yaradılan Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Birliyinə sədrliyi təklif edilib və o, yekdilliklə qurumun sədri seçilib.

Kərim Tahirov iclas iştirakçılarına təşəkkür edib, tezliklə təşkilatın əsasnaməsinin razılaşdırılacağını, növbəti iclasın Ankarada keçiriləcəyini diqqətə çatdırıb və gələcək işlərdə hər kəsə uğurlar arzulayıb.
Sonra Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova XIX əsrə aid əlyazmanın faksimilesini Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

Qırğızıstan Milli Kitabxanasının müdiri Aynura Askarova Kərim Tahirova, TÜRKSOY-un baş katibi Sultan Raev və başqalarına Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 90 illiyi yubiley medalını təqdim edib.

İclasda 2025-ci ildə Özbəkistan Milli Kitabxanasının yaranmasının 155 illiyi, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, qazax şairi Abay Kunanbayevin 180 illik yubileylərinin qeyd olunacağı, beynəlxalq kitab sərgilərinin, kitab təqdimatlarının təşkil ediləcəyi və təşkilatın üzvlərinin belə tədbirlərdə bir araya gələrək fəaliyyətlərini daha da genişləndirəcəkləri vurğulanıb. Bundan başqa, qarşılıqlı mədəniyyət tədbirlərinin, oxu mədəniyyəti günlərinin, elmi seminarların, kitabxanalar arasında təcrübə mübadiləsi, kitabxana fondlarının tədqiqi və virtual oxu zallarının açılması təklifləri üzrə müzakirələr aparılıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://publika.az
archiveBu xəbər 10 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri